Xəbər haqqında
25 Dekabr 2017 - Bazar ertəsi 16:53 444 nəfər oxuyub
 
İranla İsrail yenidən üz-üzə
DÜNYA Xəbəri
İranla İsrail yenidən üz-üzə

İran rəsmiləri casusluq və İsrail xüsusi xidmətləri ilə əməkdaşlıqda təqsirli olan Əhməd Rza Cəlalinin ölüm hökmünü təsdiqləyib.

 

Xeber365.com RİA "Novosti"yə istinadən bildririr ki, İranın IRIB telekanalında Mossad ilə Cəlalinin əlaqələri haqda “Geriyə dönüşü olmayan yol” adlı film nümayiş olunub. Video-materialda iddia olunub ki, sözügedən şəxs İranın nüvə alimləri haqqında məlumatları İsrail xüsusi xidmətlərinə ötürüb.

 

Tehranın prokuroru Abbas Cəfəri Dolatabadinin sözlərinə görə Cəlali xarici kəşfiyyat işçiləri ilə səkkiz dəfə görüşüb. İddia olunur ki, Cəlalinin “xidmətləri” nəticəsində onlarla İranlı nüvə fiziki qətlə yetirilib. 

 

Mənbə: Müəllif:
İranla, İsrail, yenidən, üz-üzə,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı