Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 18:42 275 nəfər oxuyub
 
İsa Qəmbər xəstəxanaya yerləşdirildi
GÜNDƏM Xəbəri
İsa Qəmbər xəstəxanaya yerləşdirildi

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.


Xeber365.com-un məlumatına görə, Müsavat başqanı Arif Hacılı “Report”a açıqlamasında deyib ki, bu gün İ.Qəmbərin ürəyində narahatlıq yaranıb və kardioloqa müraciət edib: “Həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçib. Müayinələrdən sonra onun ürəyində problemlərin yarandığı məlum olub. İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur və özünü yaxşı hiss edir”.


Onun sözlərinə görə, İ.Qəmbər iki gün xəstəxanada qalmalı olacaq.

Mənbə: Müəllif: XƏBƏR365
İsa, Qəmbər, xəstəxanaya, yerləşdirildi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı