The document has moved here.
|
||
İşğaldan azad edilən rayonların komendantları kimlərdir? | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.
"Xəbər365" müvəqqəti komendantların siyahısını təqdim edir:
Xocavənd rayonu – polis rəisi Xəyyam Mirhüseynov Füzuli rayonu – polis rəisi Xaqani Məmmədov Cəbrayıl rayonu – polis rəisi Toğrul Mahmudov Zəngilan rayonu - polis rəisi Bəkir Cabbarov Qubadlı rayonu – polis rəisi Bəhruz Cabbarov Şuşa rayonu - polis rəisi İlqar Rüstəmli
Qeyd edək ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər. |
||
|
||
İşğaldan, azad, edilən, rayonların, komendantları, kimlərdir?, |
|