Xəbər haqqında
15 Noyabr 2017 - Çərşənbə 12:19 95 nəfər oxuyub
 
İŞİD-ə qoşulan azərbaycanlılarla bağlı Dövlət Proqramı hazırlanır
GÜNDƏM Xəbəri
İŞİD-ə qoşulan azərbaycanlılarla bağlı Dövlət Proqramı hazırlanır

"İraq və Suriyadakı Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması üçün Dövlət Proqramı hazırlanır".

 

Xeber365.com bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib.

 


 
S. Salahlı bildirib ki, bu, qlobal və böyük məsələdir, həllini hər hansı dövlət qurumu ayrılıqda üzərinə götürə bilməz: "Artıq bu istiqamətdə ilk addım atılıb, bir uşaq İraqdan Azərbaycana qaytarılıb. Amma bu proseslərin dövlətlərarası müstəvidə ciddi araşdırılması, məsələlərin izahına ehtiyac var və bu problemləri həll etmək lazımdır".


 
Birinci müavin bildirib ki, kiminsə başqa ölkədən Azərbaycana gətirilməsi çox ciddi və çətin məsələdir: "Məsələn, dünya şöhrətli alim Lütfi Zadənin rəsmi vəsiyyəti olmasına baxmayaraq, Azərbaycana gətirilməsi neçə gün çəkdi?  Hər bir fərdlə bağlı ciddi araşdırma aparılmalı və müvafiq razılaşmalar əldə edildikdən sonra addım atılmalıdır. Bu istiqamətdə Azərbaycan Dövlət Proqramı hazırlayıb və bu istiqamətdə də işlər aparılır. Vətəndaşlarımız İraqa, Suriyaya hansı yolla aparılıblar, necə aldadılıblar, bütün bunlar da öyrəniləcək. Hələlik biz vətəndaşlarımızın ölkəmizə gətirilməsi üçün dövlət olaraq çox ciddi səy göstəririk ".
 

 

Mənbə: Müəllif:
İŞİD-ə, qoşulan, azərbaycanlılarla, bağlı, Dövlət, Proqramı, hazırlanır,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı
kaçak iddaa