Xəbər haqqında
03 Dekabr 2017 - Bazar 16:41 202 nəfər oxuyub
 
İŞİD üzərində qələbə münasibətilə İraqda parad keçiriləcək
DÜNYA Xəbəri
İŞİD üzərində qələbə münasibətilə İraqda parad keçiriləcək

İraq hökuməti İŞİD terror qruplaşması üzərində qələbəni elan etmək münasibətilə dekabrın 9-da hərbi parad keçirmək niyyətindədir.

 

Xeber365.com bildirir ki, bu barədə RİA Novosti ölkənin təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

 

Qeyd edilir ki, İraqın silahlı qüvvələrinin, ordusunun, xalq müdafiəçilərinin (müdafiə qoşunu) iştirakı ilə parad şənbə günü baş tutacaq. Hərbi tədbirdə İŞİD terror qruplaşması üzərində qələbə və hərbi əməliyyatların dayandırılması elan ediləcək.

 

Xatırladaq ki, İraqın baş naziri Heydər əl-Abadi noyabrın 21-də İŞİD-in ölkədə məğlubiyyətə uğradığını elan edib.

 

 

 

Mənbə: Müəllif:
İŞİD, üzərində, qələbə, münasibətilə, İraqda, parad, keçiriləcək,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı