Xəbər haqqında
04 Dekabr 2017 - Bazar ertəsi 16:54 278 nəfər oxuyub
 
İsmayıl Hacıoğlu: Oskarımızı xalqdan aldıq
YARADICI Xəbəri
İsmayıl Hacıoğlu: Oskarımızı xalqdan aldıq

 
“Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizəd, izləyici rekordu qıran türk filmi “Ayla” kinosevərlərdən tərəfindən yüksək qiymət almağa davam edir.
 
 
Xeber365.com Türkiyədə 5 həftədə 3,5 milyon izləyici toplayan “Ayla” filminin baş rol ifaçısı İsmayıl Hacıoğlunun “Sözcü” qəzetinə verdiyi müsahibəni təqdim edir.
 
 
Qeyd edək ki, film 7 dekabr tarixindən etibarən ölkəmizdə göstərimə girəcək.
 
 
 
 
- Ayla filmi ilə yollarınız necə kəsişdi?
 
 
- Real hadisələrə söykənən bu tarixçə əsasında əvvəlcə sənədli film çəkilmişdi. Bir gün ssenarist Yiğit Güralp mənə zəng etdi, filmin tarixçəsindən danışdı və “səncə, gözəl bir film olmazmı?” deyə soruşdu. Möhtəşəm olar dedim. Daha sonra bir mətn yazdı və məndən o mətni səsləndirməyimi istədi. Çünki bu, 15 dəqiqəlik görüntü ilə prodüsserə müraciət edəcəkdi. Üç ya da dörd nəfər ilə görüşdükdən sonra ən son Mustafa Uslu ilə razılığa gəldilər. Digər təşkilati məsələləri həll etdikdən sonra Süleyman əmini tapdıq. Bizə 400-500 foto göstərdi, hadisənin bütün detallarını danışdı və Yiğit ssenarini yazdı. Çəkilişlər 6 ay davam etdi.
 
 
- Süleyman bəy ilə tanış olanda nə hiss etdiniz?
 
 
- Çox həyəcanlandım. Çünki sənədli filmini izləyəndə çox təsirlənmişdim. Həmin qəhrəmanı qarşımda görməkdən şad oldum. Əslində, siz Süleyman əmini Koreyada görməliydiniz. Əsl rok ulduz kimi idi, hamı onu tanıyırdı
 
 
 
- Çəkilişlərdə ən çox duyğulandığınız məqamlar hansılar oldu?
 
 
- Süleyman əminin yaşadıqları çox ağırdır və insan onun danışdığı hər xatirədən təsirlənir. Amma deyəsən Əli ilə vidalaşmaq mənim üçün daha çətin idi.
 
 
 
… Film nümayiş olunduqdan sonra haqqında çox yazıldı. Məsələn, son olaraq filmdəki müharibənin insanlara yanlış təqdim olunduğu, əslində ora sadəcə NATO-ya yarınmaq üçün getdiyimiz deyild.
Bu, real hekayədir, burada biz 20 min türk əsgərinin müharibəyə getməsindən bəhs edirik. Kaş olmasaydı deyirəm, amma keşmişə baxanda sorğu-sualsız belə bir zülmə yardım etmək, müharibəyə getmək mənə qürur verir. Dövrün şərtlərini nəzərə alıb düşünəndə deyirəm ki, bu hadisə mənim başıma gəlsəydi yəqin ki, “niyə gedirik” deyə düşünərdim. Di gəl, bunu bu gün sorğulamaq, yazmaq mənasızdır. Aradan 70 il keçib. İmperializm ilə kapitalizmin, sağ ilə solun, qara ilə ağın olduğu kimi müharibənin də növləri var. Təəssüf ki, bunlar baş verir və səbəbkarı da siyasətçilərdir. Ona görə bu cür əks mövqeyi bizə yox, müharibəni yaradan siyasətçilərə göstərmək lazımdır.
 
 
 
 
- Bəs bu gün müharibə olsa, çağırsalar, siz də o əsgərlər kimi sorğu sualsız gedərsiniz?
 
 
- Başqalarının ağrı-acısından öz mənfəətimiz üçün istifadə etsək, çox böyük yanlış olar. Amma işin içində kömək varsa, məqsədsiz şəkildə bir türk vətəndaşı olaraq deyirəm, müharibəyə hər zaman hazıram. Yəni, Süleyman əmi kimi mən də heç nə soruşmadan, düşünmədən gedərəm.
 
 
 
- Ölkəmizdə 5 həftədə 3,5 milyon izləyici qazanmısınız. Bu rəqəmi gözləyirdiniz?
 
 
- “İnsanların bu dərəcədə maraq duyacağını gözləyirdinizmi” deyə soruşsanız, xeyr. Amma izləyici sayının çox olacağını gözləyirdim.
 
 
 
- Hazırda hamının diqqəti Oskara yönəlib. Sizin gözləntiniz nədir?
 
 
- Təbii ki, Oskar versələr, alarıq (gülür).  Əslində nə yalan deyim, “yox canım, bizə verməzlər” abu-havasındayam və çox ümidlənmək istəmirəm. Ancaq orada olmağı çox istərdim. Bir türk filminin ilk beşlikdə yer almalı olduğunu düşünürəm. Oskarla geri qayıtsaq lap yaxşı olar. Niyə də yox?!
 
 
 
- Bel bağlamaq istəmirəm deyirsiniz, amma xəyallarınız olmamış olmaz..
 
 
- Siz mənə fikir verməyin. Əslində çox həyəcanlıyam. Yəni, vecimə deyil desəm yalan olar. Axı bir də nə vaxt belə bir həyəcan yaşayacağıq? 
Həyəcanlanmağa davam edək, hətta gedək mükafatı alaq, gələk..
 
 
 
 
- Bəs xəyal qırıqlığı yaşamaqdan qorxmursunuz?
 
 
- Olmayan bir şey onsuz da sizin deyil, niyə kədərlənim ki? Həqiqətən mükafatı almasaq çox da üzülmərəm, çünki hal-hazırda Oskarımızı xalqdan alırıq. “Elə gözəl bir film çəkmisiniz ki” deyə başlayan cümlələr eşitdikcə, insanların qəlbinə toxuna bildikcə elə Oskar almış qədər oluruq...
 
Mənbə: Müəllif:
İsmayıl, Hacıoğlu:, Oskarımızı, xalqdan, aldıq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı