The document has moved here.
|
||
İsmayıllıda torpaq uçqunu olub, bir nəfər ölüb | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
İsmayıllı rayonunun Zərgəran kəndində bir nəfər torpaq uçqunu altında qalaraq ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən, 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb. Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və Vahid Əliyevin meyiti çıxarılaraq ailəsinə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır. |
||
|
||
İsmayıllıda, torpaq, uçqunu, olub,, bir, nəfər, ölüb, |
|