The document has moved here.
|
||
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir? | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Məlum olduğu kimi, sentyabrın 14-də "Əsrin müqaviləsi" yenidən imzalandı. Müqavilənin müddəti 2050-ci ilə qədər uzadıldı. Sazişin yeni şərtlərinə əsasən, Azərbaycanın pay bölgüsündəki hissəsi artırıldı.
Manatın dollar qarşısında müvazinətinin itirəcəyi ehtimal edildiyi bir vaxtda "Əsrin müqaviləsi-2"nin Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? Manat hələ uzun müddət möhkəmliyini qoruyub-saxlaya bilərmi?
Xeber365.com bu suallarla iqtisadçı-ekspertlərə müraciət edib.
İlham Şabanın fikrincə, iqtisadiyyatın inkişafı birbaşa dövlətin işidir: “İstəyir ölkəyə 50 milyard dollar gəlsin, istərsə də 5 milyard, bunun məsələyə dəxli yoxdur. Məsələ vəsaitin professional xərclənməsidir. Ölkəyə o vaxt da xeyli pul gəlmişdi, amma 2015-ci ildə 10 ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azaldı. Bunun mənası nədir? Neft Fondu verirdi, Milli Bank da xərcləyirdi. Əsas məsələ iqtisadiyyatın idarə edilməsidir. Bunu oxucunun başa düşməsi üçün belə izah edərdim. Təsəvvür edin ki, bir insan ayda 500 manat alır, bununla bazarlığını edir, evdə yeməyini bişirir, bu pul onun və ailəsinin bir aylıq xərclərini ödəyir. Biri də var, sən ayda 5 min manat alırsan. Ancaq sən o pulu səmərəsiz istifadə edirsən. 500 manatlıq içki içirsən, maşınını vurub, onun təmirinə xərcləyirsən. Nəticədə də deyirsən ki, həmin pul mənə çatmır”.
Millət vəkili Vahid Əhmədov manatın dollar qarşısında güclənməsinin səbəblərini belə izah edir: “Son vaxtlar manat öz stabilliyini qoruyur. Düzdür, burada Milli Bankın da müdaxilələri var. Pul kütləvi bank tərəfindən nəzarətdə saxlanılır. Hər yerə pul xərclənmir. İkincisi, idxal-ixrac əməliyyatlarında ciddi dəyişiklik var. Əvvəllər idxal ixracı üstələyirdi, mənfi saldo olurdu. Ancaq indi tamam tərsinədir. Üçüncü ən ciddi faktor isə neftin qiyməti idi. Neftin qiyməti də son illər 50-55 dollardan aşağı düşmür. Hansıki, biz büdcədə 40 dollar göstərmişdik. Azərbaycanda inflyasiya da aşağı səviyyədə qorunub-saxlanılır. Burada müsbət tərəflərdən biri qeyri-neft sektorunun inkişafıdır. "Əsrin müqaviləsi"nin imzalanması buna öz müsbət təsirini göstərəcək”.
Rövşən Danyeri |
||
|
||
İstəyir, ölkəyə, 50, milyard, dollar, gəlsin,, mənası, nədir?, |
|