The document has moved here.
|
||
İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
İsveçli fotoqraf və rejissor Mikael Silkberq Şuşa şəhəri və onun mədəni-tarixi irsi haqqında sənədli film çəkəcək.
Xeber365.com Report-a istinadən xəbər verir ki, Mikael Silkberq hazırlıq işləri görmək üçün 3 gün Şuşada qalıb.
Onun sözlərinə görə, bu, Avropa dünyasına şəhərin mədəniyyəti və xüsusiyyətlərini izah etmək cəhdidir.
Silkberq filmdə qəzəllərdən, muğamlardan istifadə etmək və digər musiqi janrları, o cümlədən cazla oxşarlıqları tapmaq istədiyini bildirib.
"Avropanın caz musiqisilə muğam arasında çox oxşar məqamlar, məsələn improvizasiyalar var. Mən də yerli mədəniyyəti sıfırdan öyrənmək və onu Avropa tamaşaçısına çatdırmaq istədim”, - o deyib. |
||
|
||
İsveçli, rejissor, Şuşa, şəhəri, haqqında, sənədli, film, çəkəcək, |
|