Xəbər haqqında
04 Dekabr 2017 - Bazar ertəsi 18:02 532 nəfər oxuyub
 
İYİ Partiya Zərrab haqqında gözlənilməz mövqedə
GÜNDƏM Xəbəri
İYİ Partiya Zərrab haqqında gözlənilməz mövqedə

İYİ Partiyasından olan millət vəkili Nuri Okutan Rza Zərrabın İran xüsusi xidmət oqranlarının əməkdaşı olduğunu iddia edib. 

 

Xeber365.com Türkiyə mediasına istinadən bildirir ki, Nuri Okutan İranlı iş adamının bundan on il əvvəl Türkiyə hüquq-mühafizə orqanları tərəfindən izləndiyini və hökumətin də bunu bilə-bilə Zərrabla əlaqələr qurduğunu deyib.

 

 

“Rza Zərrabın atası və ailəsi müxtəlif qanunsuz əməliyyatlara görə  Türkiyə hüquq mühafizə orqanları tərəfindən illərlə izlənilib. Bununla əlaqədar sənədlər dövlət arxivlərindədir. Təbrizdə Zərrab ailəsini tanımayan yoxdur. Ordakı türklərdən soruşsanız sizə bu ailənin İran dövlətinin gizli, kirli işlərini gördüyünü deyərlər. Hətta Rza Zərrab İran xüsusi xidmət orqanlarının əməkdaşıdır. Belə olan halda necə olur ki, Türkiyə nazirləri, baş direktorlar, banklar bu adamla yaxın əlaqələr qurub?!"

 

Millət vəkili deyib ki, əgər dövlət normal işləsəydi bu nəticənin heç bir məntiqi açıqlaması ola bilməzdi: Ortada bir hiylə-tələ mövcuddur. Bu tələ ABŞ və Türkiyə münasibətlərini hədəf alıb. Onlar ABŞ-la Türkiyəni düşmən etmək istəyir. Yüksək məbləğli rüşvətlərlə Türkiyə rəsmi qurumları və bankları da bu hiyləyə alət olub. Bu tələ Türkiyəni idarə edənlərin əli ilə Türkiyənin özünə qarşı qurulub". 

 

Zərrab hadisəsinin arxasında İran xüsusi xidmət orqanlarının dayandığını iddia edən İYİ Partiyalı millət vəkili FETÖ mənsubu polis və prokurorlardın maşa olaraq istifadə edildiyini deyib: "ABŞ-dakı ağıllı idarəçilər və qurumlar bu əməliyyatın ABŞ-ın öz mənafeyi ilə üst-üstə düşmədiyini dərk etməlidirlər. Onlar bu əməliyyatlarla Türkiyəni zorla Rusiyanın yanına itələdiklərini görməli və bunu dayandırmalıdırlar".
 

Millət vəkili qeyd edib ki, Türkiyəni bu tələyə itələyən nazir və baş direktorlar mütləq qanun qarşısında cavab verməlidir. 

Mənbə: Müəllif:
İYİ, Partiya, Zərrab, haqqında, gözlənilməz, mövqedə,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı