The document has moved here.
|
||
İzmirdə zəlzələ sonrası axtarış-xilasetmə tamamlanıb | ||
- Xəbəri | ||
![]() |
||
|
||
İzmirdə meydana gələn zəlzələdən sonra dağılan Rıza bəy binasında işlərin tamamlanması ilə zəlzələ nəticəsində dağılmış 17 binada axtarış-xilasetmə işləri sona çatıb.
"Xəbər365"in verdiyi məlumata görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat verilib.
Verilən son məlumata görə, zəlzələdən ölənlərin sayı 114, yaralıların sayının isə 1035 olduğu bildirilib. Yaralananların 898-i xəstəxanadan evə buraxılıb, 137 nəfərin müalicəsi davam edir. Reanimasiyada müalicəsinə davam edən 12 xəstədən 5-nin vəziyyəti ağırdır. Axtarış-xilasetmə işləri zamanı 107 nəfər dağıntıdan sağ çıxarılıb.
AFAD-dan verilən məlumata görə, 30 oktyabrda Egey dənizində saat 14.51-də baş verən 6.6 bal gücündəki zəlzələdən sonra ümumilikdə 1670 yeraltı təkan baş verib, onlardan 45-nin gücü 4baldan çox olub. |
||
|
||
İzmirdə, zəlzələ, sonrası, axtarış-xilasetmə, tamamlanıb, |
|