Xəbər haqqında
03 Dekabr 2017 - Bazar 15:45 141 nəfər oxuyub
 
Jurnalist Tatyana Çaladze vəfat edib
DÜNYA Xəbəri
Jurnalist Tatyana Çaladze vəfat edib

Tanınmış jurnalist Tatyana Çaladze vəfat edib.

 

Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya açıqlamasında deyib.
T. Çaladzenin ötən gecə vəfat etdiyini bildirib.

 

Mərhum jurnalist bu gün Yasamal rayonunda Qurd qapısı qəbiristanlığında dəfn ediləcək.

 

Qeyd edək ki, T. Çaladze Latviyada anadan olub, yerli qəzetlərdə çalışıb. Qarabağ münaqişəsini işıqlandırmaq üçün 1992-ci ildə Azərbaycana gələn T. Çaladze qəlbə yarası alıb. Jurnalist Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxlu sayda məqalə müəllifidir. Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə T. Çaladzeyə  Əməkdar jurnalist adı verilib. 

Mənbə: Müəllif:
Jurnalist, Tatyana, Çaladze, vəfat, edib,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı