Xəbər haqqında
10 Yanvar 2018 - Çərşənbə 13:50 89 nəfər oxuyub
 
Kamerunlu futbolçu “Keşlə”də
- Xəbəri
Kamerunlu futbolçu “Keşlə”də

Bakının “Keşlə” klubu Kamerun millisinin sabiq futbolçusunu baxışa çağırıb.


Xeber365.com-un məlumatına görə, bu, Herve Tçamidir. Almaniyanın “Herta” klubunun yetirməsi olan 30 yaşlı sol cinah yarımmüdafiəçisinin son iş yeri Səudiyyə Ərəbistanın “Hacer” komandası olub.


Kamerun yığmasında 1 oyun keçirən Tçami karyerası ərzində Polşanın "Zaqlembe", "Poqon", Macarıstanın "Solynok", "Honved", İsveçin "Varnamo", Əlcəzairin "Bel-Abbes", Omanın "Əl-Oruba", Portuqaliyanın "Feyrense" və Türkiyənin "Giresunspor" klublarında çıxış edib.


Qeyd edək ki, “Keşlə”nin baxışa çaxırdığı daha bir futbolçu Serbiyadandır. Lakin onun kimliyi dəqiqləşməyib.

 

Mənbə: Müəllif: XƏBƏR365
Kamerunlu, futbolçu, “Keşlə”də,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı