Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 14:27 84 nəfər oxuyub
 
Kaspşik ATƏT-dəki postunda qaldı
GÜNDƏM Xəbəri
Kaspşik ATƏT-dəki postunda qaldı

Anjey Kaspşik 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

 

Xeber365.com yazır ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb.

 

APA-nın məlumatına görə, bu barədə müvafiq qərar ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb.

 

Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub. O, bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.

 

Qeyd edək ki, bu il ATƏT-ə sədrlik İtaliyaya keçib.

 

Mənbə: Müəllif:
Kaspşik, ATƏT-dəki, postunda, qaldı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı