Xəbər haqqında
10 Noyabr 2017 - Cümə 18:08 43 nəfər oxuyub
 
Kataloniya parlamentinin sədri azad edildi
DÜNYA Xəbəri
Kataloniya parlamentinin sədri azad edildi

Kataloniya Muxtar Vilayətinin parlamentinin sədri Karme Forkadel 150 min avro məbləğində girov ödəyərək azadlığa çıxıb.

Xeber365.com "Report"a istinadən məlumat verir ki, o, müəyyən şərtlərə əməl etməklə işə baxılacağı vaxta qədər azadlıqda qala bilər.
Belə ki, onun İspaniya ərazisini tərk etməsinə qadağa qoyulub, pasportu əlindən alınıb, üstəlik, o, həftədə bir dəfə məhkəməyə getməlidir.


Qeyd edək ki, noyabrın 2-də İspaniya Ali Məhkəməsinin hakimi Kataloniyanın müstəqilliyini elan etməsi ilə əlaqədar K.Forkadelin məhkəmə istintaqı müddətində həbsdə olmasına, eləcə də 150 min avro girov qoymaqla azadlığa buraxılma hüququna sahib olmasına dair qərar qəbul edib.


Prokurorluq üsyan, qiyam təşkil edilməsi və dövlət vəsaitlərin əsassız xərclənməsi üzrə ittiham irəli sürüb. Bu cinayətlərə görə, ümumilikdə, 48 il həbs cəzası düşür.


K.Forkadel üçün girov ödənilməsi məqsədilə vəsaiti Kataloniyanın "müstəqilliyini" dəstəkləyən "Kataloniya Milli Assambleyası" ictimai təşkilatı toplayıb. Onun lideri Jordi Sançes də üsyan yaratmaq ittihamı ilə həbs olunub.

Mənbə: Müəllif: XƏBƏR365
Kataloniya, parlamentinin, sədri, azad, edildi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı