Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 13:03 413 nəfər oxuyub
 
Kim Çen In dünyaya meydan oxudu
DÜNYA Xəbəri
Kim Çen In dünyaya meydan oxudu

“Əgər düşmənlərimiz israr etsə, KXDR sanksiyalara on illərlə, yüz illərlə tab gətirə bilər”

 

Xeber365.com “RİA Novosti”yə istinadla yazır ki, bu fikirləri Dövlət Elmlər Akademiyasının alimləri qarşısında çıxış edərkən Şimali Koreya lideri Kim Çen In səsləndirib.

 

“Çox ağır şəraitdə Koreya inqilabının qələbəsinin sirlərindən biri bizim əsas diqqəti elm və texnikanın inkişafına yönəltməyimizdir. Buna görə də düşmən 10 və 100 illərlə sanksiyalar tətbiq etsə belə, müstəqil milli iqtisadi bünövrə, elmi-texniki kadrlar və onların parlaq zəkaları sayəsində biz çətinlik çəkməyəcəyik” deyə KXDR lideri bildirib.

 

Xatırladaq ki, Koreya yarımadasında vəziyyət Şimalın raket-nüvə proqramını aktivləşdirməsindən sonra xeyli gərginləşib. BMT Təhlükəsizlik Şurası da bu səbəbdən Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaları sərtləşdirib.

Mənbə: Müəllif:
Kim, Çen, In, dünyaya, meydan, oxudu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı