301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
13 İyul 2017 - Cümə axşamı 17:00 3351 nəfər oxuyub
 
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
MÜSAHİBƏ Xəbəri
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq

 Bir filmin uğurunun yarısını yaxşı ssenari, rejissura müəyyənləşdirirsə, yarısı da aktyorların doğru seçilməsindən asılıdı. Onları tapıb müəllifə təqdim eləyənsə kastinq direktorudu. Azərbaycan kinosunda bu vacib vəzifə yeni-yeni tətbiq olunmağa, formalaşmağa başlayır.
 
Xeber365.com-un müsahibi, Azərbaycanın ilk kastinq direktorlarından biri olan Səbuhi Məmmədov da bu sahədə mövcud olan problemlərdən, uğurlardan və dünya kinosu ilə ayaqlaşmaq üçün gərəkli olan digər məsələlərdən danışır... 
 
 
 
 
- Səbuhi bəy, bir az özünüz haqqında məlumat verərdiniz...
 
 
- İncəsənət Universitetinin Mədəni-Maarif fakultəsini bitirmişəm, mədəni maarif işinin təşkilatçı metodisti ixtisası üzrə. Universitetə daxil olandan sonra Akademik Dram Teatrında səhnə fəhləsi kimi işləməyə başlamışam, eyni zamanda səslə maraqlanmışam, səs operatoru kimi bir neçə tamaşada da işləmişəm. 92-ci ildə cəbhəyə getdim, qayıdandan sonra dram teatrında səs rejissoru və teatrda işlədiyim son iki il ərzində menecer kimi işləmişəm. Paralel olaraq YUG teatrinda, “SPACE” telekanalında, “ÜNS” yaradıcılıq səhnəsində səs rejissoru, İbrus teatrında direktor müavini işlədim. 2011-ci ildən Şərqi Avropa İfaçılıq Sənəti şəbəkəsinin üzvu olaraq müstəqil teatr prodüseri kimi fəaliyyət göstərirəm. 
 
 
- Kastinqlə necə məşğul olmağa başladınız?
 
 
- “SPACE” kanalının “Gənclik” departamentinin “Çardaq” adlı bir layihəsi vardı. Bəzən kiçik səhnəciklər çəkirdilər, hansısa aktyoru dəvət eləmək lazım gəlirdi, teatrda işlədiyimi bildiklərinə gorə mənə müraciət edirdilər. Düzdü, buna kastinq demək olmaz, amma ilk dəfə orda başlamışam. Sonra yadınızdadısa, o vaxt çoxlu reklam carxları, kliplər çəkilirdi və aktyorlardan istifadə olunurdu. Mən həmin kliplərin bəzilərində həm prodüser kimi işləyirdim, həm də aktyor seçimi ilə məşğul olurdum. 
 
 
- Professional şəkildə nə vaxt məşğul olmağa başladınız?
 
 
- 2005-ci ildə “Əkinçi Media Qrup”un istehsalı olan “Bizim sinif” kinojurnalında. Dram teatrının aktrisası Məsmə Ağaverdiyevanın  layihəsi idi, ilk dəfə İctimai televiziyada efirə çıxmışdı. Həmin layihə üçün böyük bir kastinq keçirdim, 300 nəfər uşaq iştirak elədi.  Iki ay davam eləyən kastinqlərdən sonra 10-13 yaşlı uşaqların arasından 17 nəfər seçdik. Amma böyük kinoda ilk işim 2007-ci ildə Rusiya kinematoqrafçıları ilə olub: “Feniksfilm” kinokampaniyasının “Vəsiyyət əsasında nigah” çoxseriyalı bədii filmində. Onun 7-8-ci seriyaları Bakıda çəkilirdi. Həmin seriyalarda ikinci plan və epizodik rollarda15 aktyorumuz cəkildi.  Kütləvi səhnələrdə isə 200 qədər həvəskar və tələbələr istirak etdi. Elə o vaxtdan da castinq direktoru kimi fəaliyyətə başladəm. 
 
 
 
 
- İndi sizin öz şirkətiniz, ya da komandanız varmı? 
 
 
- Kastinq direktoru kimi freelancer (hər hansı bir sahə üzrə heç kimə bağlı olmadan, sərbəst işləmək-red.) çalışıram. Amma artıq beş ilə yaxındı ki, “Actors Agency” adlı şirkət yaratmışıq. Bu, sadəcə kastinq şirkəti deyil. Kastinq (casting) sözü Orta Əsrlərdə İngiltərədə  balıq ovu zamanı torun, yaxud da tilovun xususi üsul ilə atılması metoduna deyirdilər. Sonradan kinematoqrafiyada “seçim” anlamında istifadə olunmağa başlanılıb. Kastinq –bədii fikrə uyğun olaraq rola düzgün namizədlərin seçilməsi deməkdi. Dünya kinematoqrafiyasında kastinq direktoru funksiyasını ilk dəfə Amerikada – Nyu-Yorkda Marion Duorti (Marion Dougherty), Hollivudda  Linn Stalmaster (Lynn Stalmaster) tətbiq eləyiblər. Onlara qədər rejissorlar film çəkməyə başlayanda assistentlərin gətirdiyi siyahılara baxırdılar və aktyorlara hər hansı bir filmdə, ya da şouda oynadıqları tipaja uyğun rol verirdilər. Yəni 60-cı illərə qədər kastinq direktoru adlı vəzifə yox idi. Buna görə də bu işlə məşğul olan insanların öz fikirləri olmurdu. Marion Duarti ilə Linn Stalmaster bu işi elə bir səviyyəyə qaldırdılar ki, kastinq direktoru funksiyası kinoistehsalat prosesinin son dərəcə vacib bir parçasına çevrildi və artıq kastinq direktorları söz sahibi oldular. Çünki yaradıcı prosesdə bu labüddü. Kastinq direktoru birləşməsindəki “direktor” sözü ingiliscə “director” sözündən götürülüb və kastinq üzrə rejissor deməkdi. O, həqiqətən rejissordu, sadəcə meydançaya aktyor gətirmir, həm də doğru xarakterləri tapır. Məsələn, əgər bizdə də kastinq direktoru prosesdə ssenarinin yazılmağa başladığı andan etibarən - yəni obrazların tapılması, xarakterlərin açılmasında iştirak eləsəydi, çox produktiv  olardı. Martin Skorseze deyir ki, filmin uğurunun 90-i aktyor seçimindən asılıdı. Aktyor yoxdusa, nə tamaşamız var, nə də filmimiz. Təəssüf ki, Azərbaycanda çox vaxt ancaq texnikaya üstünlük verilir, insan faktoru yaddan çıxır. Əlbəttə, hamıya aid deyil, amma unudanlar çoxluq təşkil eləyir. Elə burdaca bir məsələyə aydınlıq gətirim: Bizdə hərdən kastinq keçirən şirkəti ya qrupu aktyor agentliyi ilə qarışdırırlar. Aktyor agentliyi sirf professional aktyorlarla əməkdaşlıq edir. Kecirdiyi kastinqlərə də professional aktyorları dəvət edir. Azərbaycanda rəsmi və qeyri-rəsmi kastinq şirkətləri, qrupları fəaliyyət göstərir. Bu çox yaxşıdı, amma aktyor agentliyi  struktur etibarı ilə fərqlidir və kommersiya təşkilatıdır. Aktyor agentliyi ilk növbədə aktyorların tanıdılması, təqdimatı, professional hüquqlarının müdafiəsi  ilə  məşğul olur. Bizim agentlik hələlik Azərbaycanda bu sahədə fəaliyyət göstərən ilk şirkətdi, ancaq çox istərdim ki, başqaları da olsun. Rusiyalı həmkarlarımız belə bir agentlik yaratdığımızı eşidəndə birinci təbrik eləyirdilər, ardınca da “bu vaxta qədər yox idi ki?” deyə soruşurdular. Bu, adamı bir az incidir. Geri qalırıq bu işdə. 
 
 
 
 
- Təmsilçisi olduğunuz aktyorları özünüzmü seçirsiniz, yoxsa aktyorlar sizi tapırlar? Və agentliklə əməkdaşlıq üçün onlardan nə tələb olunur? 
 
 
- 2013-cü ildə agentlik yarananda mən bütün teatrlarda oldum, həm gənc, həm də yaşlı nəslə müraciət elədim, hətta neçə ildi, sənətdə olan aktyorlarımız üçün özəl şərtlər təklif elədik. Onlara aktyor agentliyinin funksiyası barədə məlumat verdik, dedik ki, agentliyin məqsədi aktyorların təqdimatı, tanıdılması, menecer-agent xidməti ilə təmin olunması və ən əsası,  professional hüquqlarının müdafiəsini təmin eləməkdir. Digər tərəfdən aktyor agentliyi ilə əməkdaşlıq bir imicdi. Baxın, mənim ən çox Rusiya ilə əlaqələrim var. Orda aktyorlar, rejissorlar, prodüserlər, kastinq direktorları da bunu normal qəbul eləyir. Və elə burdaca aktyor agentlərinin komisyonları barədə də məlumat verim: lahiyədən asılı olaraq aktyorun aldığı qonorarın 15-20 faizindən çox deyil. Avropada necədisə, bizdə də o standartlardı. Agentliklə əməkdaşlıq eləmək istəyən aktyor öz iş alətlərini - portfoliosunu hazırlamalıdı. Bura bir neçə şey daxildi:  
 
rezüme – bizim aktyorların, demək olar ki, 90-də yoxdu. Rezümedə aktyorun fiziki parametrləri, oyun yaşı, tipajı, filmoqrafiyası, tamaşaları, bacarıqları (xarici dil, idman, səs və s.) qeyd olunur;
aktyorların fotolarından ibarət albom -mutləq ağ-qara fonda çəkilən, bədii portret formatlı, eləcə də naturada cəkilən şəkillər;
 
video-vizit kartı –aktyor 2-3 dəqiqəlik  videoda özünü təqdim etməlidi: Kimdi, nəçidi, nə fikirləşir. Söhbət quru təqdimatdan getmir - adım filankəs, filan institutu bitirmişəm. O videoya baxanda onu tanımayan rejissorun, aktyor  haqqında  fikri formalaşmalıdı, aktyorun ampluası, xarakteri, dünyagöruşü barədə məlumat almalıdı. Video-vizit kartı aktyorun ozunu təqdimatı üçün vacib olan alətlərdəndir; 
 
Showreel - aktyorun çəkildiyi filmlərdən, iştirak etdiyi digər layihələrdən, tamaşalardan yığılan 4 dəqiqəlik qısa filmdi. Hərdən bizdə kəsikləri bir-birinin ardınca düzürlər. Showreel – aktyorun muxtəlif planlı və ya konkret ampluada professional oyununu nümayiş etdirən əyani vəsait vasitəsi olan kiçik bir filmdir. Kino industriyası inkişaf etmiş bütün ölkələrdə showreel-in hazırlanması ilə məşğul olan xırda şirkətlər var. 
 
 
- Bütün bunlar aktyorları uzun-uzadı sınaq çəkilişlərindən xilas eləyirmi?
 
 
- Bu alətlər kastinq prosesi zamanı vacibdir. Həm istehsalçı şirkətin və aktyorun vaxtının boş yerə sərfinin qarşısını alır, həm də professional münasibəti nümayiş etdirir. Ümumiyyətlə, mənə elə gəlir ki, uzun illər sənətdə olan, özünü təsdiqləmiş aktyorları  kastinqə çağırıb “mənə bir performans göstər” demək doğru deyil. Sınaq çəkilişlərinin  uzun-uzadı olmasına gəlincə, bu seçim  zamanı baş verən normal iş prosesidir. Bu bizim işimizdir. Əsas düzgün seçim və nəticədir.
 
 
- Aktyorlara özəl təkliflərlə müraciət elədiyinizi dediniz...
 
 
- Uzun zaman sənətdə calışan və sozünu deyən veteran aktyorlarımıza bir il ərzində pulsuz xidmət təklif eləmişdik. 
 
 
- Agentliklə əməkdaşlıq eləmək istəyənlər oldumu?
 
 
- Sözün açığı, bu özəl təklifə çox az aktyor reaksiya verdi. Məsələn, Nurəddin Mehdixanlı, Fəxrəddin Manafov, Hicran Nəsirova, Mehriban Zəki, Rafiq Əliyev, Sənubər İsgəndərli, Sabir Məmmədov, Elxan Quliyev, Sona Mikayılova, Yaqut Paşazadə, Mələk Abbaszadə bizi dəstəklədi.
 
 
 
- Bəs gənc nəsil?
 
 
- Gənc nəsildən Pərviz Məmmədrzayev, İlyas Əhməd, Rasim Cəfər, Xumar Səlimova, Zarina Qurbanova, Gunay Əhməd, Xəyalə Cavadova, Abasağa Əlizadə.. Agentliyimizin necə deyərlər, ilk məhsulu olan gənc aktrisa Dəniz Tacəddin...
 
 
 
 
 
- Yəni siz hazırda adlarını sadaladığınız aktyorların agenti hesab olunursuz?
 
 
- Adlarını cəkdiyim aktyorların bəziləri ilə işbirliyimiz var. Məsələ ondadı ki, bizim cəmiyyətdə sizə inanmaları üçün ortaya iş qoymaq lazımdı. Dörd illik fəaliyyətimiz ərzində,  altı bədii filmdə çalışmışıq – ikisi  “Azərbaycanfilm”in Debüt studiyasının istehsalı olan  qısametraj,  xarici şirkətlərlə müştərək çəkilən “Əli və Nino” bədii filmi, Gürcustan istehsalı olan bir film, Rusiya istehsalı olan iki tammetrajlı bədii film, yerli istehsal olan uç serial və eləcə də Xorvatiya, Turkiyə və Gurcustanda cəkilən üç reklam carxı... “Nar”, “Asan İmza”, “Bakcell”, “Azersun”, “XirdalanBeer” kimi brend şirkətlərlə və digərləri ilə iyirmi reklam carxında bizim agentlik tərəfindən təqdim və təmsil olunan aktyorlar rol alıblar. Agentlik yarandığı il polyak rejissoru Tomasz Leszczyńskinin quruluş verdiyi Sərhəddə tamaşasının castinqi agentlik tərəfindən kecirilib. Bu ilin yanvarında agentliyimiz ilk dəfə olaraq istehsalçı qismində İcveşrənin Cənubi Qafqazda Əməkdaşlıq Təşkilatı, Gurcustanın C/M Lab. Şirkəti və DOM teatrı ilə müştərək   beynəlxalq teatr layihəsini təqdim etdi.  Ancaq açığını desəm, Azərbaycan kinematoqrafiyasında hal-hazırda  aktyor-agent və prodüser münasibətləri arzu olunan səviyyədə deyil. Aktyor layihələrə dəvət olunur,  söhbət maliyyə münasibətlərin tənzimlənməsinə gəlib çıxanda, deyəndə ki, mən agentliklə əməkdaşlıq eləyirəm, ya onu müəyyən səbəblər, bəhanələrlə layihədən uzaqlaşdırırlar, ya da deyirlər ki, bilirsiniz, bizdə maliyyə azdı, olar ki, elə sizinlə danışaq, üçüncü tərəf qarışmasın? Əksəriyyət elə  dünüşünür ki, agenti olan aktyor böyük qonorar tələb eləyəcək. Əgər biz kino industriyanın inkişafından danışırıqsa, kinonun həm də biznes kimi inkişaf etməsini istəyiriksə, onda gəlin, bu biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq.
 
 
- Buna görə də xaricdə aktyor agentlikləri ilə yanaşı gildiyalar, həmkarlar ittifaqları, assosiasiyalar var və agentdən əvvəl onlar aktyorların hüquqlarını müdafiə eləyirlər.
 
 
- Xaricdə kastinq direktorlarının da gildiyası var. Düzdü, Azərbaycanda “MediaMaster”, “Oskar” kimi bir çox şirkətlər bizimlə əməkdaşlıq ediblər. Yəni demirəm ki, agentliklə əməkdaşlıq ümumiyyətlə yoxdu. Amma söhbət son vaxtlar çəkilən filmlər və seriallardan gedəndə, bu çox azdı. Yeri gəlmişkən, həmin kinoşirkətlərə - başda qocaman kino şirkətimiz “Azərbaycanfilm” olmaqla -  demək istəyirəm ki, aktyorun agentinin olması, onu təmsil etməsi o demək deyil ki, maliyyə baxımından reallıqdan uzaq danışıqlar aparılacaq, ağlasığmaz qiymətlər deyiləcək. Xeyr! Şirkətlərin agentliklə işləməsi ilk növbədə istehsalçı şirkət üçün əlverişlidir. İnsanıq, sabah aktyor əsəbiləşə, nədənsə narazı qala bilər. Agent, istehsalçı şirkətlə aktyor arasında bir vasitəçidi, ancaq bu, təkcə maliyyə cəhətdən vasitəçiliklə bitmir. Onların əməkdaşlığı layihə başlayandan bitənə kimi davam edir. Aktyor agentliyi aktyorla bağlanan müqavilədə qeyd olunan, yaxud şifahi danışılan şərtlərin yerinə yetirilməsinin zəmanəti rolunu oynayır. Yəni hər şey beynəlxalq standartlara uyğun formadadı. Mən Amerika kəşf etməmişəm ki.. Bu, bütün dünyada tətbiq olunan, bayaq adlarını çəkdiyim insanların işlədiyi, yaratdığı bir sistemdi.
 
 
 
 
- Beynəlxalq standartlar belədi ki, aktyorluq karyerasına təzə başlayanlar üçün ilkin qiymətlər- qonorarlar müəyyənləşdirilib. Hər hansı layihədə, serialda, filmdə cəmi bir söz deməyin də öz qiyməti var, iki söz deməyin də, bir dəqiqə görünməyin də, 10 dəqiqə görünməyin də. Azərbaycanda bu standartları kim və necə müəyyənləşdirməlidi? 
 
 
- Bayaq dedik, gildiyalar, assosiasiyalar olmalıdı. Məsələn, Rusiyada aktyor agentlikləri assosiasiyası var. Bu təşkilat agentlərin, agentliklərin  işlərinə nəzarət eləyir, hətta “stop list” adlı qara siyahıları da var. Yəni peşə qaydalarını pozan aktyorlar, agentliklər həmin siyahıya salınır. Amerikada aktyorların professional həmkarlar təşkilatı var. Aktyorların qonorarlarını tənzimləyən mexanizm movcuddu. Bütün kino şirkətləri bunu bilirlər və hec bir aktyoru artıq təsdiq olunmuş minimal məbləğdən aşağı qonorara çəkə bilməzlər. Sovet vaxtı bu mexanizm bizdə də movcud idi. Bu gun aktyor agentliyi bu mexanizmin bizim kinoda yenidən  işləməsi üçün çalışır. Təbii ki, hər şeyin həddi var. Mən həyatında ilk dəfə kamera qarşısında dayanan aktyor, aktrisa üçün öz başımdan bir qiymət deyə bilmərəm, axı?! Fəqət söhbət ondan gedir ki, bizdə bu institutlar yoxdu. Həmidə xanım Ömərova neçə il əvvəl çox xeyirxah bir iş gördü, Aktyorlar Gildiyası yaratdı. Amma çox təəssüf ki, bu gün bu qurum fəaliyyətsizdi. Həmidə xanım öz üzərinə düşən işi gördü, ancaq köməksiz qaldı. Bilirsiniz, bizdə nə çatışmır? Bizdə menecment problemi var. İstər teatrda, istər kinoda. Komanda yoxdu. Azərbaycanda yaxşı prodüser ola bilər və var, yaxşı rejissor ola bilər və var, ancaq onun komandası yoxdu. O komandanı  ya qurmaq istəmirlər, ya da lazım olan insanları tapa bilmirlər. Amma “o insanlar yoxdu” demək düzgün deyil. Heç kimin haqqını yemək olmaz. Kino kollektiv sənətdi. Buna görə də biz onu kollektiv şəkildə inkişaf etdirməliyik. 
 
 
- Hal-hazırda agentliklə əməkdaşlıq eləyən aktyorlar varmı? 
 
 
- Agentliyimiz bu ildən aktyorlarla əməkdaşlıq sistemini bir az dəyişib. 2013-2016-cı illər ərzində  kino ictimaiyyətini agentliyin  tanıdılması, funksiyası, məqsədləri və fəaliyyəti ilə maraqlandırmağa çalışdıq. Bu ildən agentliklə əməkdaşlıq eləmək istəyən aktyorlarla, əsasən, eksklüziv müqavilələr bağlanacaq. Məsələn, biz Dəniz Tacəddinlə ilk gündən eksklüziv çalışırıq. Hal-hazırda onunla yanaşı Zarina Qurbanova ilə müqavilə bağlanılıb.  Əməkdar artistlərdən Rasim Cəfər, Pərviz Məmmədrzayev, Şəlalə Şahvələdqızı ilə də ekskluziv müqavilə bu yaxınlarda imzalanacaq. Digər aktyorların agentliklə əmədaşlığı daha cox xarici lahiyələr zamanı baş verir. 
 
 
- Mümkünsə, “eksklüziv” sözünü bir az aydınlaşdırardınız. Yəni aktyorun agentliyin xəbəri olmadan iş qəbul eləməyə ixtiyarı  olmayacaq?
 
 
- Eksklüziv – o demək deyil ki, bu sahədə hansısa monopoliya yaranır. Seçim sənət adamında, aktyordadı. Bu müqavilənin anlamı odu ki, aktyor öz professional hüquqlarının təmsili və qorunmasını agentliyə etibar eləyir. Biz eksklüziv müqavilə bağladığımız aktyorlarla komanda şəklində çalışırıq. Məsələn, aktyor hansısa təklif ala bilər. Agentlik və aktyor təklifi qəbul edib-etməyəcəklərinə birlikdə qərar verirlər. Aktyor desə ki, bəli, mənə maraqlıdı və işləmək istəyirəm, qalan proseduru agentlik idarə eləyir. Bura aktyorun iş qrafikinin dəqiqləşdirilməsi də aiddi, çəkiliş meydançasına vaxtlı-vaxtında gəlib-getməsinə nəzarət də... Və nəhayət, maliyyə... Film istehsalçılarının çoxu deyir ki, aktyor agentliklə işləyirsə, söhbətə birinci maliyyədən başlayacaq. Amma belə deyil. Aktyor birinci olaraq dramaturji materialdan başlayacaq - ssenari və təklif edilən roldan. Qonorar məsələsinə gəldikdə isə, qızıl orta həmişə var. Çünki aktyor öz peşəsi ilə məşğul olmaqa, çəkilməyə maraqlıdı. Digər tərəfdən eksklüziv, yaxud qeyri-eksklüziv – əsas keyfiyyətdir.  Həm bizim işimizdə, həm aktyorlar üçün, həm film istehsalçıları üçün. Bundan əlavə agent xidmətləri də təklif eləyirik. Məsələn, eksklüziv müqaviləmiz olmayan aktyorlarla konkret bir lahiyə üçün müəyyən vaxt müddətində bağlanan müqavilə.
 
 
- Səbuhi bəy, söhbətimizdən belə başa düşdüm ki, hələlik aktyor agentliyi ilə işləməyə daha çox əcnəbilər üstünlük verirlər. Yerli aktyorlarla hansı əcnəbi və ya müştərək lahiyələrdə işləmisiniz və hal-hazırda kimlərlə əməkdaşlıq edirsiniz?
 
  
- Agentlik açıldığı müddətdə  əsasən, Rusiyadan agentliyimizə qoşulanlar daha çox olub. Xüsusilə də, cavanlar. Yaşlı nəsildən Rusiyada yaşayıb-işləyən aktyor və rejissor Ramiz İbrahimov, aktyor Fərhad Huseynov. Hamısını sadalasam, uzun bir siyahı alınar...  Onları daha çox xarici kastinqlərə təklif eləyirəm. Azərbaycanda əcnəbi aktyorların dəvət olunmasına bir az qısqanclıqla yanaşırlar. Hərçənd elə mən də burda daha çox öz aktyorlarımızın çəkilməyinin tərəfdarıyam. Amma filmdə italyan aktyoruna ehtiyac olduğu əsaslandırılsa, onda niyə də dəvət olunmasın? Yaxud rus aktyorları. Rus Dram Teatrının çox yaxşı aktyorları var, amma ola bilsin ki, rejissora lazım olan tipaj Rusiyadadı.  Məsələn, Rövşən İshaqın “Aktrisa” filmi üçün Alesiya Kaçer dəvət olunmuşdu. Amma yenə də deyirəm, daha çox öz aktyorlarımızın işləməsi və püxtələşməsinin tərəfdarıyam. O ki qaldı sualınızın ikinci hissəsinə. Bizim aktyorlarla xarici lahiyələrdə əməkdaşlıq 2007-ci ildə Rusiya istehsalı olan  çoxseriyalı film ilə başlayıb, ikinci plan və epizodik rollarda on beşə yaxın aktyorumuz çəkilib. 2008 ildə “NərimanFilm” kinoşirkətinin Gürcüstan kinomatoqrafçıları ilə müştərək  istehsalı olan “Sahə” filmində beş aktyorumuz çəkilib. Bu filmdə aktyor agenti və location menecer (çəkiliş meydançası üzrə menecer) kimi çalışmışam. “Azərbaycanfilm” və Rusiya kinematoqrafçılarının birgə istehsalı olan “Qorxma, mən səninləyəm - 1919” filmində 3 ay kastinq direktoru işləmişəm. Mənim kastinq elədiyim aktyorlardan altısı filmə təsdiq olunmuşdu. 2013-cü ildə SSRİ xalq artisti Eldar Şengelayanın “Qafqaz triosu” adlı filminin Bakıda çəkilən səhnələrində üç aktyorumuz epizodik rollara  dəvət alıb. Agentliyin təzə fəaliyyətə başladığı dövrlərdə təmsil etdiyimiz aktyorlar bir çox xarici şirkətlərin reklamlarında çəkiliblər. 2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə, İlgiltərənin “Pie-Pia Films” şirkəti tərəfindən  çəkilən “Əli və Nino” filmində 17 Azərbaycan aktyoru iştirak edib. Onlardan doqquzu ikinci plan rollarda idi, səkkiz aktyor da epizodik. Ümumiyyətlə, “Əli və Nino” agentliyin böyük işlərindəndir. Həm miqyasına görə, həm də maliyyə baxımından heç kim narazı qalmadı. Daha sonra 2016-cı ilin yayında Rusiyanın “Sreda” kompaniyasının istehsal etdiyi “Toyla sovrulanlar” filmində üç aktyorumuz  iştirak edib - Şəlalə Şahvələdqızı, Zarina Qurbanova və Cavanşir Məhərrəmov. 2016-cı ilin payızında yenə Rusiyanın “Partnerşip” şirkətinin istehsalı olan məşhur “Mətbəx” teleserialının  filmi çəkildi – “Mətbəx-son döyüş” adı ilə. Orda da Dəniz Tacəddin Dmitri Naqiyevin tərəf müqabili oldu. Agentlik yaranandan bu yana xarici layihələrdə işlərimiz hələ ki bu qədərdi.  Ümid eləyirik, yenə olacaq.
 
 
 
 
- Əcnəbi istehsalçılar çoxdan agentliklərlə işləyirlər, harda kimi necə tapmaq lazımdı, bilirlər. Bəs siz özünüz əlaqələr qurmağa çalışırsınızmı, yoxsa ancaq sizi tapırlar? 
 
 
- Özümüz də əlaqələr yaratmağa çalışırıq. Məsələn, İstanbulda, Moskvada, Kiyevdə tərəfdaşlarımız, razılaşmalarımız var. Sadəcə bir nüansı unutmaq olmaz: hərdən konkret nəticələr əldə etməkdən ötrü bir neçə il lazım gəlir. O qədər layihələr olub ki, gecə-gündüz işləmişik, göndərmişik, hətta sınaq materialları da çəkilib, ancaq ya bizim aktyorlar uyğun gəlməyib, ya da layihələr bağlanıb, təxirə salınıb. Məsələn, 2015-ci ildə məşhur “Dumandan və qumdan qurulmuş ev” filminin rejissoru Vadim Perelmanın yeni filmi üçün Bakıda böyük bir kastinq keçirmişdik. Təəssüf ki, sonra layihə müəyyən müddətə dayandırıldı.  Amma çox yaxşı bir şey baş verdi. O əməkdaşlığımızın üstündən iki il  keçəndən sonra Perelmanla əlaqələrimiz bərpa olundu. O, məni yeni filminin kastinq direktoru ilə tanış elədi.  Ona deyibmiş ki, Bakıda çox maraqlı sınaq çəkilişləri olub. O gündən həmin kastinq direktoru ilə əməkdaşlıq eləyirik. Məsələn, Dəniz Tacəddinin Rusiyaya dəvət olunması həmin əməkdaşlığın nəticəsi idi. Hal-hazırda da müxtəlif şirkətlərlə danışıqlar aparırıq.
 
 
- Rejissor Emil Quliyev “İkinci pərdə” filminin kastinqləri zamanı baş verən xeyli tragikomik əhvalatlar yazmışdı. Sizin də təcrübənizdə belə hallar olubmu?  Kastinqin Sovet dövründə sınaq çəkilişləri adlandırdığımız sistemdən fərqi nədi? 
 
 
- Format başqadı. Sovet vaxtında bu işi ikinci rejissorlar və rejissor aissitentlərindən biri idarə eləyirdi. İndi bu işlə xüsusi məşğul olan şəxslər – kastinq direktorlar olmalıdır. Təəssüf ki, Azərbaycanda bu funksiya faktiki olaraq yox dərəcəsindədi. Bir nəfərə tapşırırlar ki, kastinq işi ilə məşğul ol. O da şəkilləri gətirir, aktyorlara zəng vurub sınağa çağırır. Amma kastinq bu deyil, axı?! Kinoindustriyası inkişaf eləmiş ölkələrdə rejissor heç vaxt kastinq prosesinə qarışmır, bu işi kastinq üzrə rejissor yerinə yetirir. Yalnız sınaq çəkilişlərində istədiyi zaman iştirak edir və prosesin son mərhələsində aktyoru təsdiqləyir. Baxın, xaricdən mənə birinci ssenarini göndərirlər. Onu oxuyuram və öz fikirlərimi rejissora bildirirəm. Sonra onunla bir yerdə personajların xarakterlərini cızırıq və onlara uyğun aktyor axtarırıq.  Yəni kastinq üzrə rejissor, kastinq direktoru siyahı tutub aktyorları kastinqə çağıran adam deyil.  Bədii fikrə uyğun gələn namizədi tapıb təqdim eləyən şəxsdi. Ən əsası, istehsalat prosesində öz fikri olan bir şəxsdi. Hətta rejissorun hansısa aktyora tərəddüdlə yanaşdığı məqamlarda onu inandıra biləcək bir şəxsdi.  Kastinq direktoru aktyorları tanımalıdı, sevməlidi. Ola bilsin, mənim hər hansı aktyora simpatiyam yoxdu, ya da hansınısa zəif aktyor hesab eləyirəm. Dəxli yoxdu, əgər rola uyğun gəlirsə, onu kastinqə çağırmağa borcluyam. Emil Quliyevin kastinqdə üzləşdiklərindən danışdınız. Yenə deyirəm – əgər kastinqi rejissor ozü və ya ikinci rejissor yox, bu sahənin peşəkarı keçirsəydi  – söhbət məndən getmir – bütün problemlərdən qaça bilərdi. Təəssüflər olsun ki, bu gün kinomuzun beşiyi, ata kinoşirkət saydığımız “Azərbaycanfilm”də belə kastinq üzrə rejissor funksiyası aktual deyil.  Orda çox istedadlı adamlar var. Şəxsən tələbəsi olmasam da, Akif Rüstəmovu özümə müəllim sayıram. Bu gün də orda çalışan ikinci rejissorlara - Əliqulu müəllimə, Çingiz müəllimə, Elman müəllimə, vaxtı ilə kinostudiyada aktyor şobəsinin müdiri işləmiş Azər Əkbərova çox hörmətim var. Ancaq ikinci rejissor qərargah rəisidi və kastinq onun nəzarət etdiyi çoxsaylı funksiyalarından biridi. O, yalnız aktyorları dəvət eləyib rejissorla görüşdürür və imkanı olanda prosesdə iştirak eləyir, çünki başqa vacib vəzifələri var, lokasiyalara baxmalıdı, sənədləşdirmə aparmalıdı, təşkilati işlər və s. Müəyyən filmlərdə kastinqləri keçirən adamlar var, heç birinin əziyyətini yerə vurmaq istəmirəm. Amma onlar funksionallıq etibarilə kastinq rejissoru kimi yox, daha çox aktyor üzrə assistent kimi fəaliyyət göstərirlər. Həmin adamlara dəstək verilməlidi, qiymətləndirilməlidi. Əgər nəyisə bilmirsə, öyrənmək heç vaxt gec deyil. Məsələn, mən bu yaşımda belə öyrənməyə davam eləyirəm. Kinonun  inkişafı üçün on illik proqram cərçivəsində, heç olmasa, bu işlə məşğul olan adamları ustad dərslərinə göndərmək olardı. Rusiyada, Gürcüstanda, İranda, Avropada belə bu ustad dərsləri, treninqlər keçirilir. Bunların bizdə olmamağı çox təəssüfedici haldı. Ona görə də bizim rejissorların bəziləri sonradan “aktyor oynaya bilmədi” deyirlər. Aktyor oynaya bilmədisə, günah onda deyil, seçimdədi. Deməli, kastinq prosesində səhvə yol verilib. Bir rola, ən azı, 3 namizəd olmalıdı, onlara mətn verilməlidi, rol izah olunmalıdı və s.  Bəlkə aktyor fleqmatikdi, amma personaj sanqvinik? Hər şey nəzərə alınmalıdı. Əgər aktyor özü öz menecmentini qura bilirsə və özünü təqdim eləyə bilirsə,  nə yaxşı, eləsin. Amma bunun üçün insturmentlər lazımdı. Söhbətin əvvəlində danışdıq onlardan- portfolio, showreel və s. Məsələn, tanınmış aktyorlarımızdan birini Moskvaya kastinqə dəvət eləmək istəyirdilər. Portfoliosunu  gəndərdim, baxdılar və dedilər ki, biz onun hansı səviyyədə olduğunu başa düşdük. Bu, artıq münasibətdi. Həm bədii cəhətdən, həm də menecment- maliyyə cəhətdən. Artıq onun qiymətini bilirlər. Ən əsası isə ona hansı rolu təklif etməli olduqlarını. Aktyorlardan çox xahiş eləyərdim ki, özləri üçün protfolio hazırlasınlar. Sutkanın 24 saatı ərzində müraciət eləyib soruşa da bilərlər. Aktyorun fəaliyyət meydanı məhduddu- səhnə, çəkiliş meydançası. Burda da ya birinci olmalısan, ya da yox. Nə qədər çətin olsa da, öz üzərlərində çox işləməlidilər. Dünya bu dəqiqə intellektual aktyorları daha maraqlı hesab eləyir. Aktyorlara şərait yaradılmalıdı, stimul verilməlidi ki, evinə bir tikə çörək apara bilsin və sosial problemləri fikirləşməsin, özünü tamamilə sənətinə həsr eləsin. 
 
 
- Yeri gəlmişkən, kommersiya kinosu istehsalçıları sizə müraciət eləyirlərmi? 
 
 
- Təkrar eləyirəm: Məncə,  ata şirkət saydığımız “Azərbaycanfilm” başlasa, onlar da başlayarlar.  İndi “binayi qədimdən belə olub” deyirlər. Ancaq nəyisə dəyişmək, inkişaf etmək istəyiriksə, sistem, struktur dəyişikliyi olmalıdı. Konkret sualınıza cavab olaraq deyim ki, agentlik yarananda serial biznesi ilə məşğul olan bir-iki prodakşn müraciət eləmişdi. Amma hazırda çəkilən filmlərin istehsalçıları müraciət etmirlər. Ya tanımırlar, ya da “agent gəlib baha qiymət deyəcək” qorxusu onlarda da var. Yenə də deyirəm: Cavanlara hər zaman dəstək vermişəm, bundan sonra da kömək etməyə hazıram.  Təbii ki, təzə-təzə ayaq üstə duran gənc rejissorlarla, həm kastinq direktoru kimi, həm də agentlik kimi ingilislərlə, ruslarla işlədiyim qiymətə işləməyəcəm. Bu gun gənclərə veriləcək dəstək sabah kinomuzun inkişafı üçün zəmin yaradır.
 
 
 
 
Mənbə: Müəllif: Aygün Aslanlı
Kinonun, biznes, kimi, inkişafını, istəyiriksə,, biznesin, qaydaları, ilə, sözdə, deyil,, işdə, oynayaq,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı