Xəbər haqqında
13 Sentyabr 2017 - Çərşənbə 14:38 163 nəfər oxuyub
 
Klinton Putini qisas almaqda ittiham etdi
DÜNYA Xəbəri
Klinton Putini qisas almaqda ittiham etdi

ABŞ prezidentliyinə keçmiş namizəd  Hillari Klinton Vladimir Putini “şəxsi vendetta”da ittiham edib. 

 

Xeber365.com-un lenta.ru-ya istinadən verdiyi məlumata görə, H.Klinton “USA Today”ə müsahibəsində Rusiya prezidentinin, Bill Klintonun hakimiyyətdə olduğu dövrdə Şərqi Avropada NATO-nun mövqeyinin güclənməsinə görə qisas aldığını deyib.

 

Klintonun sözlərinə görə, qisasın daha bir səbəbi 2011-ci ildə dövlət katibi işlədiyi zaman Rusiya əleyhinə etiraz dalğasını dəstəkləməsidir. 
“Təsəvvür belə etməzdim ki, Putinin burnumuzun düz dibində bizim demokratiyaya qarşı gizli və genişmiqyaslı hücuma başlamağa cəsarəti çatar və cəzasız qala bilər. Əminəm ki, Putin mənim məğlub olmağımı, Trampın isə qalib gəlməyini istəyirdi”, - Hillari Klinton bəyan edib. 

 

Demokratların namizədi müsahibəsində iddia edib ki, Tramp “yaxşı ört-basdır edilmiş rus pulları sayəsində” qələbə qazanıb. 

 

Sentyabrın 11-də Hillari Klinton bir daha prezident seçkilərində iştirak etməyəcəyini elan edib. Bununla belə o, siyasətçi karyerasını davam etdirəcək, çünki bu, “ABŞ-ın gələcəyi ilə bağlıdır”.
 

Mənbə: Müəllif: XƏBƏR365
Klinton, Putini, qisas, almaqda, ittiham, etdi, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort