Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 21:55 120 nəfər oxuyub
 
Konqresdə Trampın istefası ilə bağlı məsələ qaldırılacaq
- Xəbəri
Konqresdə Trampın istefası ilə bağlı məsələ qaldırılacaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü El Qrin prezident Donald Trampın istefaya göndərilməsi ilə bağlı məsələni səsverməyə çıxaracağına söz verib.

 

Xeber365.com "Report"a istinadən məlumat verir ki, bu dəfə konqresmenlər Trampı bəzi ölkələr barədə aşağılayıcı bəyanatlar səsləndirdiyi üçün impiçment etmək niyyətindədir.

 

“Konqresin rasist ritorikasını tənqid etməsi kifayət deyil. Gələn həftə mən yenidən prezident Trampın impiçmenti ilə əlaqədar qətnamə irəli sürəcəm ", - deyə E.Qrin "Twitter"də yazıb.

 

O, bu qətnamənin lehinə səs verəcəyinə söz verib.

 

Qeyd edək ki, ötən ilin dekabrında konqresmen analoji qətnaməni səsverməyə çıxarıb. Sənədin lehinə 58 deputat səs verib. Bu isə sənədin qəbul edilməsi üçün kifayət etməyib.

 

E.Qrinin qənaətinə görə, D. Trampın ritorıkası ölkədə ultrasağ qüvvələrin güclənməsinə yol açır və bu Amerika cəmiyyətinə zərər vurur.

Mənbə: Müəllif: XƏBƏR365
Konqresdə, Trampın, istefası, ilə, bağlı, məsələ, qaldırılacaq,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı