Xəbər haqqında
29 Noyabr 2017 - Çərşənbə 17:49 603 nəfər oxuyub
 
Koreyalı qızcığaz ilə türk əsgərin hekayəsi: Ayla filmi
YARADICI Xəbəri
Koreyalı qızcığaz ilə türk əsgərin hekayəsi: Ayla filmi

“Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizəd, izləyici rekordu qıran türk filmi “Ayla” dekabrın 7-sindən etibarən ölkəmizdə nümayişə girəcək.

 

Filmin baş prodüseri M.Uslu deyib ki, “Ayla” filminin hekayəsi dünyada bənzərinə az rastlanan hekayələrdəndir. Elə bu səbəbdən də “Oskar”a layiq görülməlidir.

 

Filmin mövzusu gerçək həyatdan götürülüb. 1950-ci ildə baş vermiş Koreya müharibəsində iştirak edən türk əsgərlərindən biri döyüşdə ailəsi ölmüş balaca bir qız tapır və ona Ayla adını verir. Hər şey  bundan sonra başlanır.
Film, koreyalı qızcığazın sevgi və ümidlə bəslənən hekayəsindən bəhs edir.

 

 

 

 

Hekayənin gerçək qəhrəmanlarının hələ də həyatda olduğu “Ayla” filmi dil, din, irq ayrımı olmadan insanın sadəcə vicdanı ilə hərəkət etməsi gərəkdiyini söyləyir. Eyni zamanda türk insanının geniş ruhuna da şahid oluruq.

 

Təkcə keçən həftə filmi Türkiyədə 400 mindən çox adam izləyib.
Ancaq kinosevərlər tərəfindən böyük rəğbət görən film, kinotənqidçilər tərəfindən eyni rəğbətlə qarşılanmır.

 

Öncəliklə deyək ki, “Ayla” filmi “Oskar”a namizəd yox, namizəd namizədidir. Kino mütəxəssislərini də ən çox narahat edən məsələ məhz budur. Filmin prodüserinin afişalarda, reklamlarda filmi “Oskar namizədi” kimi təqdim etməsi tənqidçilərin dili ilə desək ticari məqsəd daşıyır.

Türkiyənin daha öncəki illərdəki “Oskar” namizədi filmlərinə baxdığımız zaman bu dərəcədə çox izləyici kütləsinə çatmağını görərik. İzlənmə sayına görə “Ayla”ya ən çox yaxınlaşan filmlər isə Yılmaz Ərdoğanın “Kəpənəyin yuxusu”, Mahsun Qırmızıgülün “Günəşi gördüm” və Yavuz Turqutun “Ekşıya” filmləridir.
 

 

“Ayla” filmi 1950-ci ildə Türkiyənin Koreyaya əsgər göndərməsi qərarı ilə başlayır.

Əsgər Süleyman Dilbirliği dostu Əli ilə birlikdə gəmi ilə yola çıxır. Müharibənin bitməsini gözləyərkən Çinin Koreyaya müdaxilə etməsi sonucu türk əsgərləri döyüşə qoşulur. Süleyman tələyə düşdüyü gecə koreyalı balaca qızı tapır və qızın ay kimi üzü olduğuna görə ona Ayla adını verir. 15 ay boyunca Aylaya baxan əsgər, Türkiyəyə qayıdan vaxt qızcığazı tərk etmək istəmir. Aylanı Türkiyəyə aparmaq üçün bir çox yollara əl atır, amma Koreya qanunlarına görə bu, mümkün deyil. Qızla əsgər ayrılmaq məcburiyyətində qalırlar. 60 ildən sonra isə Ayla və Süleyman təkrar görüşürlər. 

 

 

Filmdə 1940-cı illərin Türkiyəsi anladılarkən istifadə olunan geyim, musiqi və s. kostyum müsamərələrini xatırladır.

Bunu, filmi sadəcə “Oskar” üçün çəkilmiş ticari layihə olaraq dəyərləndirən kinotənqidçilər deyir. Hollivud filmlərində olan hər şeyin xoş görüldüyü kino dünyasında Türk rejissorların bu cür - Hollivud tərzi görüntülərə yer verməsi çox da təəccüb doğurmur, əslində. Ancaq tənqidçilər Türk kinosununun özünəxas tərzini itirməməsi gərəkdiyi fikrindədirlər.

 

Haqqında bir çox tənqidi yazılar yazılan filmi izləyicilərə bu qədər sevdirən səbəb nədir bəs?!
Yenə mütəxəssislərin yanaşması ilə dəyərləndirmək gərəkərsə, film türk seyirçisinin ürəyinə yol tapmağı bacarmış “Babam və Oğlum” filmi tərzindədir. Bu tərz filmlər isə sentimental türk insanını rahatlıqla ələ ala bilir.

 

Tənqidçilərin fikirlərinə bir az əks olsa da, bu cür gerçək və duyğusal həyat hekayəsi dünyanın istənilən yerindəki insanı təsirləndirə bilir. Üstəlik hekayənin içində müharibə, vicdan, mərhəmət, həsrət və uzun illər sonra gerçəkləşən vüsal var. Bunlar isə bir balaca hissiyyatı olan hər kəsi silkələyən mövzulardır.

 

Can Ulkayın rejissoru olduğu “Ayla” filmində Çetin Tekindor, İsmail Hacıoğlu, Erkan Petekkaya, Ali Altay, Murat Yıldırım və Sinem Uslu  kimi bir çox önəmli aktyorlar rol alıb.

 

Tənqidçilərinmi, yoxsa izləyicilərinmi haqlı olduğuna qərar vermək üçün filmi izləmək gərək.
 

 

 

Hazırladı: Aysel Əliyeva

Mənbə: Müəllif:
Koreyalı, qızcığaz, ilə, türk, əsgərin, hekayəsi:, Ayla, filmi, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı