301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
04 Fevral 2016 - Cümə axşamı 16:01 544 nəfər oxuyub
 
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
“Agentləri satan adam da hərbçidir. O, dostlarını satdı, vətənini satdı.
BAXIŞ Xəbəri
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”

“Agentləri satan adam da hərbçidir. O, dostlarını satdı, vətənini satdı. Uşaqlarının, ailəsinin gözünə necə baxacaq? Bir düşünün görək. Agentlərimiz həyatlarını vəzifələrinə həsr etdilər, ailə və yaxınlarından vaz keçdilər. Üstəlik bir heyvan onları satdı. Donuz! Bu cür insanların gələcəyi yoxdur.”

Putinə məxsus olan, bir prezidenti özündən çıxardaraq söyüş söyməyə məcbur edən sözlər heç də xırda səbəbdən yaranmadı. Polkovnik Şerbakovun ABŞ-dakı Rusiya agentlərini ifşa etməsi Putini dünya mediasında gülüş obyektinə çevirdi. Neftin ucuzlaşması, Suriya, Ukrayna məsələləri belə Rusiya prezidentinin yaşadığı şokun altından çıxmasına imkan vermir, onu qərbə qarşı daha da aqressivləşdirir. Nə də olsa, keçmiş KQB rəhbəri kimi Putinin ən azından 400 agenti müxtəlif səfirliklərdə və rəsmi təşkilatlarda fəaliyyət göstərir. Belə dərin şəbəkəyə malik qurumun bu cür biabırçılığı alnından təmizləməsi uzun zaman alacaq.

Bu günlərdə Litvinenkonun KQB tərəfindən zəhərlənməsi iddiası mətbuatda yenidən manşetlənməyə başlanıb. Halbuki 2008-ci ildə zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılan Qordiyevski “KQB Litvinenko kimi məni də öldürmək istəyir. Məni heç vaxt rahat buraxmayacaqlar” demişdi.

Həmin Qordiyevski ki, KQB əməkdaşı olsa da, Britaniya M16-na satılmışdı. KQB-ni deşifrə edən Qordiyevskiyə inanmaq üçün ingilis kəşfiyyatçılarının onu sorğu-suala tutmasından 6 min səhifəlik material çıxdı. Bütün əziyyətlərə baxmayaraq, KQB Qordiyevski “alış-verişi” nəticəsində tarixinin ən böyük zərbələrindən birini aldı.

Sovet kəşfiyyatının atası sayılan “Dəmir Feliks”, yəni Dzerjinskinin sevdalısı olan agentlər indi də az deyil. Bəzi bölgələrdə rus kəşfiyyatının qəddar və amansız əməliyyatları “Dəmir Feliks”lərin hələ də yaşadığını göstərir. 90-cı illərdən FSB rəhbərliyinə gətirilən Vladimir Putin bu cür kadrların yetişməsində heç də az “əmək” sərf etməyib. Hər halda yarım milyona yaxın insanı məhv edən sələfi Çekanın təsiri tam keçməyib.

 

Putin Rusiyaya satılan casusları sevir

 

Rusiya prezidenti Vladimir Putin öz ölkəsinin kəşfiyyatçıları qədər əcnəbi agentləri də qiymətləndirir. Onun, Corc Bleyki  85 illik yubileyi münasibətilə “Dostluq” medalıyla mükafatlandırması da bu qəbildəndir. Rusiyaya satılan kəşfiyyatçılar həmişə Putinin diqqətindədir.

HAŞİYƏ: Corc Bleykin anası holland, atası Türkiyə yəhudilərindəndir. Rotterdamda doğulub. Atası İstanbulda doğulmasına baxmayaraq, ingilislər tərəfindən Osmanlıya qarşı döyüşmüşdü. Bleyk  Misirdə ikən xalası oğlunun təsiri altında kommunizmə meylləndi. Normandiyada alman əsirlərinin sorğulanmasında iştirak etdi. Koreyada ingilis kəşfiyyatına işləyərkən müharibənin başlanmasıyla Qərb qüvvələrinin Şimali Koreya xalqına etdiklərindən və “Kapital”da oxuduqlarından təsirlənərək marksist oldu. İngiltərəyə qayıdanda qəhrəman kimi qarşılandı və Berlinə yollandı. Maraqlıdır ki, vəzifəsi sovet agentlərini tapıb İngiltərə naminə ikili casusluq etmək idi. Ruslara sızdırdığı məlumatlarla M16-nın Şərqi Avropadakı bütün əməliyyat məlumatlarını qarşı tərəfə sızdırmış, rus hərbi kəşfiyyatında işləyən MKİ casusu Pyotr Popovu ortaya çıxararaq edam etdirmişdi. Hələ də marksist baxışlarını qoruyur, Moskvada yaşayır.

 

KQB qeybə çəkildi?


 

1991-ci ilin sonunda KQB də Sovet İttifaqı kimi, ən azı, kağız üzərində tarixə qovuşmuşdu. Çekayla başlayıb KQB ilə son dayanacağına çatan Sovet kəşfiyyatında qan, xəyanət, işgəncə, qəhrəmanlıq və amansızlıqla zəngin bir səhifə bağlanmaqda idi.

Artıq səhnədə FSB adlı yeni kəşfiyyat xidməti var idi. Əslində bu, sadəcə addan ibarət yenilik idi. KQB-nin kadrları SSRİ-nin özü kimi buxarlanmamışdı.

Belə ki, FSB-nin keçmiş rəhbəri, KQB agenti Vladimir Putin 2000-ci ildə prezidentlik kürsüsünə yiyələnəcək və həmin tarixdən etibarən ölkəni məxfi xidmət metodları ilə idarə edəcəkdi.

KQB tarixə qovuşmuş, “soyuq müharibə” bitmişdi. Bu, həm də “casuslar müharibəsi”nin bitməsi kimi qəbul edilə bilərdimi? Təbii ki, xeyr! Əksinə, “casus müharibəsi”nin daha da alovlandığını söyləyə bilərik.

Xüsusilə 11 sentyabr terrorundan sonra təhlükəsizlik baxımından siyasətlərini dəqiqləşdirən və kəşfiyyat xidmətinə böyük pullar ayıran ABŞ-ın ardınca digər ölkələr də eyni xətt tutdular. “Soyuq müharibə”nin bitməsiylə rahat nəfəs almağa başlayan dünyanın bu dincliyi uzun çəkmədi. Terrorizmin güclənməsi və ya gücləndirilməsi kəşfiyyat xidmətlərinin bütün güclərini işə salaraq təkrar səhnəyə çıxmasına səbəb oldu.

Digər tərəfdən Hindistan, Çin və Rusiya kimi yeni güc mərkəzlərinin yaranması ilə üstüörtülü də olsa, yeni “soyuq müharibə” başladı. Son olaraq 2010-cu ilin iyun ayında Amerikada Anna Çapman adlı rus qadınının doqquz yoldaşıyla birlikdə Rusiyaya casusluq etməsi səbəbiylə tutulması son otuz ilin ən böyük casusluq skandalı sayılır. Bu hadisə casusluq skandallarının bitməyəcəyini göstərir.

FTB Çapman və dostlarını 7 il izləmişdi. Sietldən Nyu-York, Boston və Virginiyaya qədər uzanan amerikan şəhərlərində saxta adlar altında yaşayan Çapman və dostları amerikan siyasi qərar mexanizmlərinə sızmaq üçün təşkilatlanmış bir casusluq şəbəkəsinin üzvü olmaqda günahlandırılırdılar. Vəzifələri hər yöndə amerikanlaşaraq güc və nüfuz sahibi amerikalılarla yaxınlaşmaq və nüvə silahı proqramlarından İran siyasətinə qədər çox sahədə Rusiya Xarici Kəşfiyyat Təşkilatı SVR üçün məlumatlar toplamaq idi.

 

KQB-nin intiqamı:Vladimir Putin

 

O, Stalinin ölümündən bir il öncə doğulmuşdu. KQB üçün kadr hazırlığı ilə məşğul olan Leninqrad Universitetinin hüquqşünaslıq fakultəsində oxuyarkən məxfi xidmət orqanı ilə tanışlığı başladı. Sonralar bu tanışlığı belə ifadə etmişdi: “Gənc idim və ölkəmə ən yaxşı şəkildə xidmət edəcəyimə inanırdım”.

Karyerasının böyük hissəsini Şərqi Almaniyanın Drezden şəhərində, Qərb texnologiyaları və NATO haqqında gizli bilgilərin əldə edilməsində məsul şəxs kimi keçirdi. Başqa bir vəzifəsi isə Qərbdə Rusiya hesabına rahatlıqla işləyə biləcək jurnalist, alim və mühəndis olan Şərqi Almaniya vətəndaşlarını tapmaq və öz tərəfinə çəkmək idi.

KQB-də ömrünün 17 ili keçdi. Artıq polkovnik rütbəsində ikən Qorbaçova qarşı çevriliş cəhdindən sonra istefa verdi. Bundan sonra Sankt-Peterburq meriyasında bir sıra bürokratik vəzifələri tutdu, Yeltsinin diqqətini də elə bu zaman cəlb etməyə başladı. 1998-ci ildə, “soyuq müharibə”nin bitməsindən sonra FSB adını alan KQB-nin rəhbərliyinə gətirildi və beləliklə, casus karyerasına yenidən start verdi. Çox keçmədən baş nazir və Yeltsin tərəfindən varis elan edilən Putinin ildırım sürətiylə Rusiya dövlətinin başına keçməsini “KQB-nin hakim sistemdən intiqamı” kimi şərh etdilər.

“Yediyi qaba tüpürməyi” doğru saymadığı üçün KQB-nin keçmişi haqqında hər hansı təftiş və mühakiməyə yol vermədi. Qərbə sığınan Qordiyevski kimi sabiq KQB agentlərinin yazdıqları kitabları oxuyub-oxumadığına dair ona verilən bir sualı isə “Vətəninə xəyanət edənlərin kitablarını oxumaram”deyə cavablandırmışdı.

 

Putinin ideoloq agenti “Ceyms Bond”: Ştirlits!

“Soyuq müharibə” həyatın hər sahəsində bloklararası çəkişməyə səbəb olmuşdu. Qərb Ceyms Bondu yaratdı, ruslar ona Ştirlitslə cavab verdi.

KQB-nin təlimatı ilə qələmə sarılan Yuliyan Semyonoviç kod adı “Ştirlits” olan sovet agenti Maksim İsayev xarakterini yaratdı. Ştirlits bir yandan Şərqi Avropa ölkələrini nasist işğalından qurtatır, digər tərəfdən amerikalıların məxfi anlaşma imzalayaraq ruslara hücum etmək planlarını üzə çıxarırdı. 1973-cü ildən etibarən serial olaraq rus televiziyasında yayımlandı və populyar mədəniyyətin ən tanınmış ünsürlərindən biri olaraq əfsanələşdi.

Ştirlitsi canlandıran Vyaçeslav Tixonov 2009-cu ildə vəfat etdi və bu zaman rus məxfi xidməti onun ailəsinə başsağlığı məktubu göndərdi. Onların arasında Putin də var idi. Özü də keçmiş KQB agenti olan Putin, həmin vaxt Ştirlitsin ən önəmli ideoloqlarından biri olduğunu söyləyəcəkdi.

 

Arvadını məxfi xidmətə satdı

 

KQB-nin istər özü, istərsə xələfləri ailə daxilində belə casusluq oyunları qurmağı çox sevir. Bu günkü bəzi postsovet ölkələrində hələ də bu kimi metodlardan istifadə olunur. Əsas siyasi müxaliflərə qarşı ailə üzvlərinin imtina imzası alınır və yaxud ailəsi tərəfindən mənəvi zərbə vurdurulur.

Bunun ən maraqlı və diqqət çəkən misalı kimi Şərqi Almaniyada yaşanan olayı göstərə bilərik. 1990-cı ildə bu ölkə parlamentinə seçilən və KQB tabeliyindəki məxfi polis və kəşfiyyat STASİ-nin sorğu-sualından sonra müəllimlikdən qovulan Vera Vollenberger vətəndaşların özləri haqqındakı STASİ raportlarına baxa bilməsi üçün məsələ qaldırdı və təklifində xeyli israr etdi. Bu haqda qanunun qəbuluna nail olduqdan sonra ilk işi öz raportuna baxmaq oldu və onu STASİ-yə satan adamın əri olduğunu bildi.

Dərhal boşandılar.

 

ÇEKA-dan KQB-yə, KQB-dən FSB-yə Putin hökmranlığına kimi, deyəsən, ən etibarlı və sərrast agentlər rus xanımları olub. Hər halda makiyaj etməklə lazım olan adamı aradan götürmək rus gözəlliyinin ayağına yazılmalıdır. Deyildiyi kimi, rus tankının girmədiyi yerə rus qızları girər.

 

Pomada vurmalıyam... Sonra “ölüm öpüşü”

 

Rus qadın casuslarının dillərdə dastan olan gözəlliyi həm də onların ölümcül vəzifələrinin də tamamlayıcı tərkib hissəsidir. XX əsrin ikinci yarısı və XXI əsr bir az da KQB-nin gözəlliyi ilə göz qamaşdıran casuslarının qurbanı olan, ağızlarından qaçırdıqları sirlərlə karyeralarının və həyatlarının sonuna çıxan Qərb bürokratlarının və agentlərinin tarixidir.

Amma bəzən bu qadın casuslar uğursuzluqdan da qaça bilmirdilər. Belə situasiyalarda KQB-nin texniki dəstək qrupunun icad etdiyi “ölüm öpüşü” köməyə gələrdi. 4.5mm-lik, tək mərmi atan bu pomada görünüşlü tapança uzun illər ərzində onlarla yüksək vəzifəlinin xəyallarını puş etmişdi.

 

“Bolqar çətiri” təkcə yağışdan qorumur, Litvinenko kimi müxalifləri də məhv edir

 

Rus məxfi xidmətləri müxaliflərini məhv etmək üçün bir-birindən maraqlı işlərə imza atıblar. KQB-nin texniki qrupuna aid 12 nömrəli məxfi laboratoriya belə əməliyyatlar üçün xüsusi silahları hazırlayırdı. Ampulaya salınan sıxışdırılmış qazın köməyi ilə atəş açan və “qurban”ını infarkt edən spreylər, dəriyə təmas edər-etməz iflic effekti yaradan zəhərli gellər, gilizlərindən kobra zəhərindən qat-qat güclü olan və zərdabı tapılmayan zəhər saçan mini mərmilər bunların ən məşhurları idi. Xüsusilə aralarında məşhur bolqar müxalif yazar Georgi Markovun da olduğu onlarla Kreml əleyhdarı, Qərb casuslarının “Bolqar çətiri” adlandırdıqları bu silahla öldürülmüşdülər.

Nobel mükafatçısı olan rus yazıçısı Aleksandr Soljenitsın 1971-ci ildə onu hədəfə alan çətir vasitəsilə zəhərlənmiş və ölümdən çətinliklə xilas olmuşdu. Sonuncu dəfə 2006-cı ildə Rusiya prezidenti Putinin müxalifi, keçmiş KQB agenti Litvinenkonun da radioaktiv poloniumla zəhərlənmə nəticəsində Londonda öldürülməsi “Bolqar çətiri”ni bir daha gündəmə gətirdi. Hazırda da Rusiya məxfi xidmətinin bu çətirdən müxaliflərinə qarşı istifadə etdiyi bildirilir. Deyəsən, işləri uğurlu alınıb ki, 2006-cı ildən bəri bu çətirlə bağlı hər hansı olay ortaya çıxmayıb.

 

Gülümsəyin, sizi KQB çəkir

 

Plaşın düyməsinə yerləşdirilən linzayla işləyən aparata “Ayaks” adı verilib. Şəkil çəkmək lazım olanda casus plaşın cibindəki aparatın düyməsini basır. Bir çox modeli olan bu gizli kameradan xüsusilə Avropa və Şimali Amerikadakı əməliyyatlarda istifadə olunur.

 

Rusların hədiyyəsinə sevinməyin

 

Hər rusdan hədiyyə götürmək ağılsızlıqdır. Sizə verilən əşya hədiyyə “canlı” da ola bilər. Yeri düşmüşkən, casusluq tarixinin ən maraqlı əməliyyatlarından birindən bəhs edək. Bir qrup rus məktəblisi 1946-cı ildə Moskvadakı ABŞ səfiri Averel Harrimana qartal heykəlciyini hədiyyə etmişdi. Kimin ağlına gələr ki, məktəblilərin bu hədiyyəsi KQB-nin canlı qulağı olar. Hər halda uşaqları və onların hədiyyəsini bir terrorist, agent kimi yoxlayası deyildilər. Uşaqların hədiyyəsindən duyğulanan səfir həmin hədiyyəni bir jest olaraq otağına qoydu. Bu, Moskva kimi yerdə ediləcək ən böyük səhv idi. Məsələ burasında idi ki, ruslar qartal heykəlciyinin daxilində xaricdən ötürülən siqnallarla işləyən mikrofon yerləşdirmişdilər. 1952-ci ildə səfirlikdə texniki təmizləmə zamanı rusların bu hoqqası üzə çıxdı.

Rus kəşfiyyatı indi də hədiyyə verməkdə özünü çox əliaçıq göstərir. Belə variantlar hazırda bir çox ölkələrdə, xüsusən despot ölkələrində müxalifləri, iş adamlarını izləmək üçün istifadə olunur.

 

Əlinizdəki qəpik casus ola bilər!

 

Bu qədəri də olmaz deyə bilərsiniz. Amma rus kəşfiyyatı telefon, rabitə vasitəsi kimi istifadə oluna bilən qəpiklər də istehsal edir. Qəpik, üzərindəki kiçik dəliyə soxulan iynənin köməyi ilə açılır. Daha sonra bu hiyləgər pullar vasitəsilə mikrofilm və mesajlarını göndərə bilirsən.

 Belə fakt ilk dəfə 1950-ci ildə üzə çıxmışdı. Agent Rudolf Abel diqqətsizlikdən qəzet alarkən bu pulu satıcıya vermişdi. Uzun illər araşdırma aparan FTB pulun qaynağını tapa bilmədi.

 

Hər kartof yeyilməz

 

Yüzlərlə metr məsafədəki insan, heyvan və digər şeylərin hərəkətlərini qeydə alıb, daxilinə yerləşdirilən antena vasitəsiylə mərkəzə göndərir. Mini-günəş batareyalarıyla işləyən bu ötürücülər it nəcisi və ya kartof şəklində olduqları üçün diqqət çəkmədən uzun müddət müəyyən edilmiş ərazidə qala bilir.

 

Düymə deyib keçməyin

 

Köynəyin qabaq düymələrindən biri kimi hazırlanan bu kompas casuslar üçün həyati önəm daşıyır. Kompasın üzü alt hissədəki iynənin üzərində fırlanır. Iki nöqtəli  hissə şimalı, tək nöqtəli hissə isə cənubu göstərir.

 

Sonu rus və sovet kəşfiyyatının daha yaxşı izahını verən, ukraynalı yumorist və rəssam Yakov Smironovun sözləriylə bitirmək olar:

“Sovet İttifaqında iki televiziya kanalı var idi. Birinci kanalda arası kəsilmədən rejimin təbliğatı aparılırdı. İkinci kanaldasa “Dərhal birinci kanala keç” deyə bağıran KQB agenti otururdu”.

 

Mənbə: Ali Çimən “Tarixi dəyişdirən gizli sevislər" və  "Tarixi dəyişdirən hadisələr"

 

Hazırladı və tərcümə etdi: Emin Piri

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
KQB,, “Qadın, öpüşü”, və, “bolqar, çətiri”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
“Qərb mediası Azərbaycan daxilində adam axtarır ki, hakimiyyəti söysün"
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı