Xəbər haqqında
12 Sentyabr 2017 - Çərşənbə axşamı 15:33 388 nəfər oxuyub
 
Kriptovalyutalar Azərbaycanı böhrandan çıxara bilərmi?
İŞ DÜNYASI Xəbəri
Kriptovalyutalar Azərbaycanı böhrandan çıxara bilərmi?

2013-ci ildə dünya yeni valyuta sistemindən - kriptovalyutadan istifadə etməyə başlayıb. Kriptovalyutaları internet üzərindən, virtual şəkildə istifadə etmək mümkündür. İlk kriptovalyuta olan “Bitcoin” Satoshi Nakamoto tərəfindən yaradılıb. İlk vaxtlarda “Bitcoin”lərin dəyəri 1,2 milyard dollar olsa da, 2 il sonra bir neçə dəfə artaraq 8,2 milyard dollara çatıb.

 

Bununla da yeni kriptovalyutaların yaranmasına meydan açıb. Hətta rəqəmsal valyutalar o qədər şöhrət qazanıb ki, böyük dövlətlər də bu sahəyə maraq göstərməyə başlayıb.

 

Bəs Azərbaycan öz kriptovalyutasını buraxa bilərmi? Bu vasitə ilə dolların yenidən sabitləşməsinə nail olmaq mümkündürmü?

 

Xeber365.com bu suallarla ekspertlərə müraciət edib.

 

 

Marketoloq Qurbanəli Ömər artıq böyük dövlətlərin də kriptovalyutalara maraq göstərdiyini deyir: “Bitcoin”, kriptovalyutaların anasıdır. Hətta digərlərinə “alt koin” deyirlər. Hər çıxan yeni dijital pullar öz rezervinin bir hissəsini “Bitcoin”də saxlayır. Bu da istər-istəməz bu pul vahidinin dəyərinin yüksəlməsinə səbəb olur. İnternet üzərindən bu sahəyə marağın artması kriptovalyutaların istehsalı ilə məşğul olan yeni şirkətlərin yaranmasına yol açır. Bu da “Bitcoin”in dəyərinin yüksəlməsinə səbəb olan amillərdən biridir. Təsadüfi deyil ki, kriptovalyutalara böyük dövlətlər də maraq göstərməyə başlayıb. Bu da insanların kriptovalyutaya inamının artmasına səbəb olur. Təbii ki, hər kriptovalyutaya inanmalı deyilik. Bunu əminliklə demək olar ki, heç bir kriptovalyuta “Bitcoin”ə bərabər ola bilməz. “Bitcoin”in qiymətinin artmasının səbəblərindən biri də onun sayının məhdud olmasıdır”.

 

Ekspertin fikrincə, Azərbaycanda da rəqəmsal valyutaya maraq günü-gündən artır: “Vladimir Putin “Efirium”un rəhbəri ilə görüşüb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə “blokchain”in araşdırılması ilə bağlı göstəriş verib. Azərbaycan vətəndaşları da bütün bu xəbərləri izləyir. İnsanlar rahat pul qazanmağa böyük maraq göstərir.  Hər kəs istəyir ki, öz maddi azadlığını təmin etsin. Ona görə də kriptovalyutalara olan maraq bizdə də günü-gündən artır. Ancaq bir nüansı da qeyd edim ki, Türkiyədə 100 mindən çox insanın bu sahədə pulu batdı. Çünki onlar saxta şirkətlərə etibar etmişdilər. Bundan sonra Türkiyə vətəndaşları daha etibarlı şirkətlərin axtarışına çıxdılar və nəticədə “Bitcoin”ə müraciət etdilər. Aprel ayında “Bitcoin”in bir dənəsi 1100 dollar idisə, hazırda 5000 dollara çatıb”.

 

 

Marketoloq bildirir ki, rəqəmsal valyutaları ləşğ etmək  mümkün deyil, həmçinin onların sahibi yoxdur və hər kəs istehsal edə bilər: “Kriptovalyutaların gələcəyi ilə bağlı söz demək üçün dünyada baş verən prosesləri izləmək lazımdır. “Bitcoin”in dayandırılması, ləğv edilməsi mümkün deyil, amma kriptovalyutalar süni şəkildə manipulyasiyalar edilir. Mətbuada bununla bağlı hədindən artıq şişirdilmiş və yalan xəbərlər yayılır. Bunu treyderlərin böyük məbləğdə pullar qazanması üçün edirlər. İnsanlar buna qarşı ehtiyatlı olmalıdırlar. “Bitcoin”in adından istifadə edən saxta şirkətlər də çoxdur. Güman edirəm ki, 3-4 il ərzində bizdə “Bitcoin”in adını eşitməyən qalmayacaq.

 

Kağız pullardan rəqəmsal pulların tək fərqi odur ki, birincini əlinizə ala, cibinizə qoya bilərsiniz. Kağız puldakı kimi burda da seriya olur. 2140-cı ilə qədər “Bitcoin” 21 milyon ədəd istehsal olunacaq. Hazırda bu rəqəm 16 milyondur və ondan 5 milyonu itirilib. Dünya əhalisinin sayını nəzərə alsaq, tələb və təklifə əsasən demək olar ki, kriptovalyutaların sayı gələcəkdə artacaq. “Efirium” isə limitsiz şəkildə istehsal olunacaq. Kriptovalyutaların sahibi yoxdur, hər kəs istehsal edə bilər. Siz komputerinizin yaddaşından istifadə edərək, yeni dijital pul istehsal edə bilərsiniz. Ancaq bu, o demək deyil ki, siz istədiyiniz qədər istehsal edə bilərsiniz. Bunun bir alqoritmi, qaydası var. Buna nəzarət edən təşkilatlar çalışırlar ki,  rəqəmsal valyutanı hər zaman dəyərdə saxlasınlar. Hər kəs öz valyutasını çap edə bilər, ancaq bunun üçün milyonlarla pul lazımdır. İnsanlar da dəyəri 100 milyondan çox olan valyutalara etibar edir”...

 

 

Marketoloq dediyinə görə, Estoniya da öz kripto valyutasını çıxarır. Dünyanın bir çox ölkələri – Yaponiya, Hindistan Qərb ölkələri isə “Blockchain”dən istifadə edir, hətta Avstraliya “Bitcoin”i ikinci rəsmi valyuta etmək istəyir. Avrasiya Birliyinin isə vahid kriptovalyutası olacaq: “Fikrimcə, Azərbaycan ən müasir texnologiya ilə, ən rahat köçürmə imkanı verən və daha az komisyon tutan sağlam kriptovalyuta buraxarsa, bu bizim dövlətin ən böyük  iqtisadi uğuru ola bilər. Bunun arxasında dövlətin olduğunu göstərilərsə, rəqəmsal valyuta ölkəmizə neftdən çox gəlir gətirə bilər. Xüsusilə də, “coin”lərin oğurlanmasının qarşısını alan texnologiya yaradılsa, iri investorların diqqətini çəkə bilərik”.

 

 

İqtisadçı Fuad İbrahimov isə hesab edir ki, Azərbaycanda rəqəmsal valyutanın gələcəyi olmayacaq: “Kriptovalyutalar keçmiş SRRİ dövlətlərlində son zamanlar populyarlıq qazanıb. Amma Avropada artıq bunun dövrü keçib. Mən belə hesab edirəm ki, bunun gələcəyi yoxdur. O ki qaldı, Azərbaycanda bunun geniş tətbiq edilib-edilməyəcəyinə... Dövlət nəzarət orqanları bu məsələyə kifayət qədər nəzarət edəcək. Ona görə də Azərbaycanda rəqəmsal valyutanın gələcəyi olmayacaq. Qətiyyətlə bildirirəm ki, bu, iqtisadi böhrana heç bir təsir etməyəcək. Bizim mentalitetimiz elədir ki, insanlarımız əlini vurmadığı, gözü ilə görmədiyi şeyə inanmır. Amma Azərbaycanda bu işlə heç kimi məşğul olmadığını da demək olmaz. Çünki bizdə də bu sahəyə maraq göstərən şəxslər var”. 

Mənbə: Müəllif: XƏBƏR365
Kriptovalyutalar, Azərbaycanı, böhrandan, çıxara, bilərmi?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort