Xəbər haqqında
07 Dekabr 2017 - Cümə axşamı 23:33 53 nəfər oxuyub
 
Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatı qazandı
İDMAN Xəbəri
Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatı qazandı

Portuqaliyanın futbol üzrə yığma komandasının və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatı alıb.

 

Xeber365.com AZƏRTAC-a istinadən məlumat verir ki, bu barədə mükafatın təsisçisi olan “France Football” jurnalının Twitter səhifəsində məlumat yerləşdirilib. 2017-ci il üçün bu mükafata ümumilikdə 30 futbolçu iddia edib.

 

Kriştianu Ronaldu “Qızıl top”a 2008, 2013, 2014 və 2016-cı illərdə də layiq görülüb. Bundan bir müddət əvvəl isə FİFA onu ilin ən yaxşı futbolçusu elan etmişdi. İndiyədək “Qızıl top” mükafatına beş dəfə yalnız argentinalı futbolçu Lionel Messi layiq görülmüşdü.

Mənbə: Müəllif: XƏBƏR365
Kriştianu, Ronaldu, beşinci, dəfə, “Qızıl, top”, mükafatı, qazandı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı