301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
03 Aprel 2016 - Bazar 23:46 882 nəfər oxuyub
 
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Əslində mən özümü pessimist hesab eləyirəm, amma iltifat eşitməyə həmişə hazıram.
MÜSAHİBƏ Xəbəri
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”

Rejissor, prodüser, "Artdokfest" festivalının prezidenti Vitalı Manskinin hesabında otuza yaxın film var və əksəriyyəti nüfuzlu mükafatlara layiq görülüb. Rejissorun Ukraynaya həsr olunmuş "Doğmalar" adlı sonuncu filmi isə Rusiya Mədəniyyət NAzirliyinin maliyyə dəstəyindən məhrum edilib.  Manski filmlərində daha çox totalitar rejimlərdə yaşayan ölkələri və onların sakinlərini araşdırır.  Bir müddət əvvəl saytımızda rejissorun Şimali Koreyadan bəhs edən “Günəşin şüaları altında” sənədli filmi ilə bağlı müsahibəsini təqdim etmişdik. Bu müsahibəsində Manski mövzunun çevrəsini genişləndirib, Şimali Koreya, SSRİ, Kubadakı vəziyyəti müqayisə edir.   

- Vitali, siz zaman-zaman "sosializm dövründə həyat" mövzusuna qayıdırsız. Mən Kubada çəkdiyiniz "Vətən, ya da ölüm", Şimali Koreyadan bəhs edən "Günəşin şüaları altında" filmlərinizi nəzərdə tuturam. Bu nostalgiyadı, uşaqlığa qayıdışdı, yoxsa zaman maşınında səyahət?

- Eqoistlik olsa da, mən öz həyatımın sərhədlərini genişləndirmək istəyirəm. Şübhəsiz ki, mənə əcdadlarımın keçmişini, totalitar sistemin quruluşunu araşdırmaq həm maraqlı, həm də vacib idi. Kuba haqqında danışası olsaq, mən Kubanı yenidənqurma, qlobal dəyişiklik ərəfəsində olan ölkə kimi hiss eləyirdim. Sovet İttifaqında ictimai dəyişikliklərin yaddaşa salınması prosesi getmirdi. Yəni biz Rusiya, Sovet İttifaqı üçün son dərəcə vacib tarixi perioddan keçmişik, amma onu sənədli kinematoqrafiyada qorumamışıq. Postyenidənqurma dövrünün sənədli kinosunu xatırlasaq, o, 90  Stalin, Buxarin, Trotski və bu kimi digərləri haqqında müəyyən tarixi faktların üzə çıxarılmasına həsr olunmuşdu- bir sözlə, keçmişlə hesablaşma idi. Yenidənqurma kinosu öz dövrü ilə bağlı təkcə "sarı" materiallar" diapazonu təklif etmirdi, həm də cəmiyyətin bəzi yaralarının da üstünü açırdı: fahişəlik, narkomaniya kimi. Amma insan, bizim yaşadıqlarımız, içimizdə baş verənlər, bizim daxili intim sarsıntılarımız, həyatımıza gələn yeni yaşam formalarını qəbul etmək, ya da etməməklə bağlı tərəddüdlərimiz sənədli kinonun pərdəarxasında qalmışdı. Bu mənada həqiqətən də, mən zaman maşınına oturub Kubaya getmək istəyərdim. Ki, əslində, demək olar ki, buna nail olmuşam, dəyişikliklər ərəfəsində olan ölkəni lentə almışam. Şimali Koreyada isə zaman maşınında daha dərin səyahətə çıxmaq, şəxsi təcrübəmdə olmayan keçmişə- Stalin dövrünə yollanmağa çalışırdım. Mən sadəlövhcəsinə güman eləyirdim ki, Şimali Koreya stalinizmin müasir dünyada donub qalmış bir parçasıdı. Ancaq o həyatın içinə girəndən, orda kifayət qədər vaxt keçirəndən sonra - ki, bəzi zahiri hallar, görüntülər, duyğular daha da dərinləşsin və daha dərindən anlayasan -  belə nəticəyə gəldim ki, bu, zaman maşınında səyahət deyil. Mənim orda gördüklərim yalnız bəzi zahiri əlamətləri ilə sovet totalitar keçmişini xatırladır. Bu, daha çox  qalaktikalararası kosmik gəmidə səyahət idi, çünki mən əvvəllər heç yerdə mövcud olmamış bir planetə getmişdim - o planet özünün tamamilə unikal, qeyri-insani, antihumanist, lakin sırf özəl qaydaları ilə yaşayırdı. Stalin Rusiyasında Bulqakov yazırdı, Rodçenko, Vertov, Eyzenşteyn film çəkirdi. Bu dahi sənətkarların sonrakı taleyinin necə olduğundan xəbərdarıq, amma onlar var idilər! Sistemlə, rejimlə razılaşmayanlar, qəbul etməyənlər də var idi, müəyyən paralel həyat mövcud idi, Şimali Koreyada  isə bunların heç biri yoxdu!
Mən Şimali Koreya kinosunun nələrdən danışdığını kifayət qədər diqqətlə izlədim – bu, tamamilə qurumuş torpaqdı. Yaxud da teatr.  Bizim mehmanxana Milli Teatrla üzbəüz yerləşirdi. Orda afişa daş mozaika ilə "yazılıb”, çünki repertuar heç vaxt dəyişmir,  bilmirəm, neçə onillikdi gedən “Qan dənizi” operasının afişasıdı. Orda nəyəsə çevrilə biləcək azadlıq, ruh yoxdu.  Bütün bunlarla qarşılaşanda mən birinci sarsıldım. Tamamilə çaşdım, hətta bir anlıq ümidsizlik hiss elədim. Fikirləşdim ki, məndə heç nə alınmayacaq, çünki ətrafımda başdan-ayağa mexaniki, rejissor tərəfindən qurulmuş bir həyat vardı, onu yarmaq mümkün deyildi.  Hətta mənə elə gəlirdi ki, o divarın, pərdənin arxasında nəsə var, ancaq səni ora buraxmırlar və sən hətta barmağınla, ya da bıçağın ucu ilə belə dəlik açıb ordan baxa, görə bilmirsən. Ancaq sonra pərdənin arxasında heç nə olmadığını başa düşəndə qərar gəldim ki, o pərdəni diqqətlə, təffərrüatı ilə, düşünərək çəkim. Və  o pərdə həyatın özü çıxdı. 

 

 

“Stalin Rusiyasında Bulqakov yazırdı, Rodçenko, Vertov film çəkirdi” 

 

 

-    Belə çıxır ki,  kobud və birmənalı şəkildə “Rusiya da daxil olmaqla Avropa sivilizasiyasının təməlində individualizm, şərq sivilizasiyalarının təməlində isə kollektivizm dayanır” deyə iddia edən mütəffəkkirlər haqlıdırlar. Siz bunu demək istəyirsiz?

-    Təbii ki, qərb və şərq sivilizasiyaları arasında fundamental fərqlər var. Yeri gəlmişkən, bu mənada Rusiya hələ də yerini müəyyənləşdirməyib.  Bu bizim məruz qaldığımız başlıca konfliktlərdən biridi və deyəsən, son günə qədər bununla yaşayacağıq,  çünki bu, bir insan ömrü çərçivəsində həll olunacaq məsələ deyil.  O ki qaldı şərq mədəniyyətinə, şərq sivilizasiyasına - gəlin, razılaşaq ki, Koreyanın ərazisində iki dövlət var – Şimaldan başqa Cənubi Koreya da mövcuddu.  Şərqdə Çin var, Yaponiya var- özəl bir ölkə. Çox yaxşı yadımdadı ki, Tokioda "Four Seasons" otelinin yaxınlığında maşında oturub dostlarımı gözləyirdim. Mehmanxananın girişində bir adam dayanmışdı- yeganə funksiyası yaxınlaşan maşınları salamlamaq idi. Yəni hərəkəti nizamlamırdı, çünki orda bircə çıxış vardı. Sadəcə gülümsəyərək keçən maşınlara təzim edirdi. Mən maşında oturub dostlarımı gözləyəndə leysan yağış yağırdı, ancaq o adam keçən hər maşına eyni şəkildə gülümsəyib təzim edirdi. Bu vəziyyəti Rusiyaya köçürüb, Moskvanın harasındasa elə bir "Four Seasons" otelinin olduğunu  və orda da həmin işi yerinə yetirən adam dayandığını təsəvvür eləyək – maşınları salamlayan adam.  Məncə, dünyada elə bir maaş yoxdu ki, rus insanı ona görə yağışın altında dayanıb gülümsəsin. O, bu funksiyanı yerinə yetirə bilərdi,  təzim edə bilərdi, hətta yağışın altında dayana bilərdi, amma gülümsəməzdi.  Aramızdakı ciddi fərq və ziddiyət budur. Bax, o təbəssüm daha çox Tokio, Pekin, Pxenyan, Seul, Tayvan üçün keçərlidi. Təbii ki, bizim totalitar cəmiyyət qurmaqla bağlı eksperimentimiz - həmin Şərq mədəniyyətində, konkret olaraq Çində və Şimali Koreyada torpağa düşmüş bu toxum  daha ekzotk nəticələr verib.  Oranın iqlimi və torpağı müəyyən qədər dəyişib onu. Lakin bütün bunlara baxmyaraq, şərq mədəniyyəti insana azad cəmiyyətdə də, azad olmayan cəmiyyətdə də yaşamaq imkanı verir.  Yəni mədəniyyət azadlıq kateqoriyasını məhdudlaşdırmır,  ağırlaşdırmır.

-    Şimali Koreyada, Kubada dejavyu adlı hissi keçirdiniz?

-    Rusiya ilə arasındakı fərqlərin çoxluğuna baxmayaraq Kubada dejavyular xeyli oldu.  Ola bilsin, ona görə ki, Kubada sən hətta gördüklərini də qəbu eləməyə, özünlə eyniləşdirməyə hazırsan. Bu o qədər də dəhşətli deyil. Məsələn, tabuta uzadılmış adam görəndə başa düşürsən ki, nə vaxtsa sən də orda olacaqsan, amma bu barədə düşünmək, bunu özünə aid eləmək istəmirsən, belə şeylərdən aralı durmağa çalışırsan. Təbii ki, sən də öləcəksən, ancaq bu gün, indi ölümsüzsən, ona görə də ölüm təcrübəsi sənin üçün qəbuledilməz kateqoriyadı.  Amma Şimali Koreyada sanki nə vaxtsa sənin bir parçan olmuş bir şey görürsən, lakin bu, o qədər qorxunc və amansız,  o qədər qeyri-insanidi ki,  şüuraltı da olsa, onu öz üzərinə ölçməyi icazə vermirsən.  Məsələn, Kubada mərasimlər daha formal xarakter daşıyır. Mən orda bir may nümayişində oldum, insanları gördüm. Onların nə fikirləşdiklərini bilirdim: kaş ölkə tez açılaydı və onlar öz arzularını, o cümlədən, merkantil maraqlarını mümkün qədər tez reallaşdıraydılar. Bir dəfə musiqiçilərlə ünsiyyətdə oldum. Onlar da həmin nümayişdə iştirak edirdilər. Onların öz həyatları ilə bağlı bir qədər azad düşüncələrindən, məqsədlərindən xəbərdar idim. Ancaq həmin nümayişdə sədaqəti, vətənpərvərliyi oynayırdılar. Bu mənada onlar mənə öz sovet təcrübəmi xatırlatdılar – o zamanları ki, mən öz valideynlərimlə  1 may, ya da noyabr nümayişlərinə qatılırdım, adamlar şəhərin əsas tribunasına çatana qədər yolüstü kafelərdə, ya da bloklarda içki içirdilər, sonra var-gücləri ilə “Uraa”, “Yaşasın Sov.İKP» qışqırırdılar. Bu, əməlli- başlı aktyorluq idi. Həmin anda adama elə gəlirdi ki, onlar, həqiqətən, partiyanı alqışlayırlar. Hərçənd  onlar partiyanı yox, istirahət gününü, məclisləri, nümayişdən sonra dərhal başlayacaq içki mərasimini, həmin bahar, ya da payız günündə iş yoldaşları ilə aralarında olan sevgi macəralarını alqışlayırdılar. Əsl alqışladıqları bunlar idi. Və bu mənada kubalılar da fərqlənmirlər, onlar da azadlıqsevər, sevgipərəstdirlər. Onlar zəruri bir proqramı yerinə yetirirdilər – bax, burdan keçmək lazımdı, gerisi sənin “privacy”ndir.  Şimali Koreyada sən heç nə vermirsən, çünki özünə aid heç nə yoxdu, sən əvvəldən bu situasiyada, yəni o sırada doğulursan və son nəfəsinə qədər də orda qalacaqsan, ordan heç yerə gedə bilməyəcəksən. Kimlərdən (Kim Çen İr, Kim Çen İn, Kim İr Sen- Şimali Koreyanın rəhbərləri)  birinin portretini yerə tullaya bilməyəcəksən. Yadımdadı ki, SSRİ-də təntənəli nümayişlərdən sonra rəhbərlərin portretlərini ya yerə atırdılar, ya da kolların altına. Qıraqda yük maşınları dayanırdı, o portretlərin hamısını toplayıb anbarlara daşıyırdılar. Siz nə danışırsız?! SSRi-də vəziyyət tamamilə fərqli idi. 

 

“Şimali Koreyaya səyahət qalaktikalararası kosmik gəmidə səyahətə bənzəyir”

 

 

-    Siz onlarla film çəkmisiz. Onları mükafatlandırıblar, onları sevirlər, baxırlar. Sizin gördüyünüz işə qarşı ayrıca münasibətiniz varmı? Bu bir tamın hissələridimi, sizin keçmişinizlə, hansısa obrazla əlaqəlidimi? 

-    Şübhəsiz. Əlbəttə, bu və ya digər filmi çəkməyə başlayanda o, həmişə mənim maraqlarımla, tələbatlarımla üst-üstə düşür. Bu maraqlar və tələbatlar isə həyatımın bu və ya digər mərhələsində şəxsi vəziyyətimlə əlaqədar meydana çıxır. Məsələn, "Şəxsi xronikalar. Monoloq" filmi. Həyatımın bir məqamında qızlarıma mənim, bizim kim olduğumuzu, hardan gəldiyimizi izah eləmək ehtiyacı duydum. Odur ki, son dərəcə mərhəm, səmimi bir əhvalat danışmaq üçün forma, dil, intonasiya axtarmağa başladım. Bu əhvalat  dünyaya yox, iki qızcığaza ünvanlanmışdı, onlar öz valideynlərini başa düşməli idilər. Bizim vətənimiz" filmi - beynəlxalq prokatda adı "Qaqarin adına dəstə"dir - belə yarandı.  Bu film Lvovda, oxuduğum 52 saylı məktəbdəki sinif haqqındadı - bizi pionerə qəbul eləyəndə vətənə sədaqət andı içmişdik, bu andı hamı içirdi. And formal xarakter daşıyırdı. Ancaq formal, ya da qeyri- formal bütün andlar kimi sən onu vermisən, vətənə sədaqət andı içmisən. Bu filmi, məhz, keçmiş imperiyada açıq-aşkar dəyişikliklərin başladığı dövrdə çəkmişəm. Biz, Lvovda artıq mövcud olmayan bir ölkəyə and içirdik,  o vaxt artıq yeni dövlətlərarası münasibətlərin əsası qoyulurdu. Tarixi vəziyyət elə gətirdi ki, o andı içən bizim hər birimiz bu və ya digər şəkildə andımıza xəyanət elədik. Hərçənd filmdə çoxları fikirləşir ki, əslində vətən bizə xəyanət eləyib, biz olduğumuz yerdəyik. Bir sözlə, mən bunları araşdırmaq istəyirdim. Yeri gəlmişkən,  hazırda Rusiya və Ukraynada baş verənlərin kontekstində bu film xüsusi aktuallıq qazanıb. Bu yaxınlarda onu "Dojd" kanalında təkrar nümayiş etdirdilər. Bir çox tanış və qeyri-tanış tamaşaçılardan eşitmişəm ki, film onlara bu gün Ukraynada baş verənlərin, Ukraynadaxili münaqişələrin mahiyyətini daha insani səviyyədə anlamağa kömək edib. Çünki Ukraynanın daxilində də münaqişə var - Rusiya faktorundan əlavə. Axı, biz anlayırıq ki, ukraynadaxili münaqişə olmasaydı, Ukraynaya qarşı Rusiyanın əlində heç nə olmazdı.  Buna görə də həmin konfliktin mahiyyəti 2004-cü ildə çəkilmiş filmdə daha səmimi göstərilmişdi, onda insanlar daha rahat idilər, qorxmurdular, öz fikirlərini aktual hadisələrlə ölçmürdülər.  Bu gün o filmi çəkmək qeyri-mümkün olardı, çünki bütün insanlar ya həddindən artıq qütbləşiblər, ya da hiyləgərcəsinə öz baxışlarını nizamlamağa, dəyişməyə başlayıblar. O vaxt təmiz söhbət gedirdi, kartlar açıq idi. Və bu məni həqiqətən həyəcanlandırırdı.

-    Dediniz ki, "Şəxsi xronikalar" filmini qızlarınıza ünvanlamısız. Onlar sizin ismarıcınızı aldılar, onu anladılar?

-    Hər şeydən əvvəl onlar həmin anda anlaya biləcəklərini anladılar.  Səmimi-qəlbdən ümid eləyirəm ki, qızlarım böyüdükcə, həyat təcrübəsi topladıqca, öz itkilərini verdikcə yeni o filmdən yeni nələrsə mənimsəmək imkanları olacaq, çünki gənc insan həyatın naqısliklərindən xəbərsiz doğulur,  faciə təcrübəsi olmadığından bir çox şeyləri lazımi şəkildə anlaya bilmir.  Ona görə də biz yaşlandıqca daha həssas oluruq. Uşaq infantilliyi təsadüfi deyil, o, həyat haqqında müəyyən illüzor təsəvvürlərə əsaslanır, həyat isə qətiyyən təsəvvür etdiyimiz kimi deyil.

 

“Milli Teatrda afişa daş mozaika ilə "yazılıb”, çünki repertuar heç vaxt dəyişmir”

 

-    Deməli, o film qızlarınız gələcəyinə göndərilən ismarıc idi?

-    Mənim qızlarımın gələcəyi, təbii ki, olacaq. İsmarıc qızlarıma həmin əhvalatı ilk dəfə danışdığım dövrə aiddi. Ancaq düşünürəm ki,  onlar bu əhvalata yenə qayıdacaqlar - bəlkə də artıq qayıdıblar - ikinci, üçüncü dəfə. Bəlkə də bu filmə tamamilə yeni nəzərlərlə baxacaqlar. O vaxt ki, mən cismən bu dünyada olmayacam. Ümid eləyirəm, onlar yaşayacaqlar və həyatla bağlı çox vacib məsələlər haqqında mənimlə danışmaq istəyəcəklər.

-    Siz optimistsiniz.

-    Əslində mən özümü pessimist hesab eləyirəm, amma iltifat eşitməyə həmişə hazıram. 

 





 

Söhbətləşdi  İqor Pomeratnsev

Tərcümə: Aygün Aslanlı

http://www.svoboda.org/content/transcript/27633309.html

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
“Kuba, dəyişikliklər, ərəfəsində, olan, ölkədir”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Azərbaycanda uzun illərdir, gözü, qulağı Kremldə olanların...” - MÜSAHİBƏ
Divə qulluq edən cırtdanlar
Putin dedi ya xalqa atəş açacaqsan, ya hakimiyyəti itirəcəksən...
Rəqibimiz Yeni Azərbaycan Partiyasıdır – Anar Əsədli
Prezident İlham Əliyev İspaniyanın El Pais qəzetinə müsahibə verib - TAM MƏTN
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı