The document has moved here.
|
||
Ləğv olunan 4 bankın əmanətçilərinə 623 mln. manatdan çox kompensasiya ödənilib | ||
- Xəbəri | ||
![]() |
||
|
||
2020-ci ilin iyunun 16-dan bu ilin fevralın 18-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 240,63 mln. manatdan çox kompensasiya ödənilib.
Əmanətlərin Sığortalaması Fondundan (ADIF) verilən məlumata görə, "AGBank" üzrə 4 666 əmanətçiyə 111,4 mln. manat, "NBCBank" üzrə isə 4 204 əmanətçiyə 129,22 mln. manat kompensasiya verilib.
Ötən ilin iyunun 1-dən bu ilin fevralın 18-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 382,66 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 794 əmanətçiyə ödənilən məbləğ 139,74 mln. manat, "Atabank" üzrə isə 9 755 əmanətçiyə 242,91 mln. manat kompensasiya verilib.
Ödəniləcək kompensasiyanın ümumi məbləği 676,1 mln. manat təşkil edir ki, fevralın 18-nə 24 419 əmanətçiyə bu məbləğin 623,3 mln. manatdan çoxu artıq ödənilib. Beləliklə, kompensasiya ödənişlərinin 92,2-i təmin olunub. |
||
|
||
Ləğv, olunan, 4, bankın, əmanətçilərinə, 623, mln., manatdan, çox, kompensasiya, ödənilib, |
|