The document has moved here.
|
||
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi Turan İnformasiya Agentliyini vergidən yayınmaqda ittiham edir. Bununla bağlı avqustun 7-də cinayət işi qaldırılıb. Ertəsi gün agentliyin fəaliyyətinə dair kameral vergi yoxlaması başlanılıb. Agentlik isə vergidən yayınma ittihamını qəbul etmir.
Məsələylə bağlı Xeber365.com-a danışan hüquqşünas, media eksperti Ələsgər Məmmədli bildirib ki, “Turan” ətrafında baş verən olaylar, əslində, hələ 2009-cu ildən başlayıb:
“İyun ayının 30-da Vergilər Nazirliyi “Turan” barədə şikayəti ləğv edib. Ancaq cəmi 37 gün sonra cərimə göndərilir və 15 gün sonra da gözlənilmədən məhkəmə qərarı ilə sənədlərin yoxlanılması üçün axtarışa başlanılır. Bütün bunlar hüquq çərçivəsində baş versəydi, ən azından müddətlər nəzərə alınardı. Təkrar olaraq eyni müəsissədə, eyni səbəbdən yoxlanılma aparılmazdı. Bu, onu göstərir ki, hədəf “Turan”nın media fəaliyyətidir, onun tərəfsiz olmasıdır. Əslində, bu proses indi başlamayıb. 2009-cu ildə başlayıb və hələ də davam edir”. Ekspert informasiya agentliyi üçün qarşıda ciddi problemlərin yaradılacağını da istisna etmir:
“Bundan əvvəl də, tərəfsiz medialara qarşı bu cür addımlar atılmışdı. Müxtəllif yollarla “Azadlıq” radiosu, FM tezliklərdə “BBC” və “Amerikanın səsi” radioları, “ANS” televiziyası və digərləri qapadıldı. Bütün bunlar göstərir ki, “Turan” üçün ciddi problemlər yarada və məsələni bir az da böyüdərək onu nədəsə ittiham edə bilərlər. Lakin bütün bunlar “Turan”nın bu günə kimi olan fəaliyyətinə kölgə sala bilməz. Yaxud da bundan sonrakı fəaliyyətini axsada bilməz. Azərbaycanın müstəqilliyi ilə, demək olar, eyni yaşda olan bu agentlik ölkəni regionda və dünyada obyektiv olaraq tanıdan bir media qurumudur. Hökumət istəsə bir az da dərinə gedib, dediyim kimi “Turan” üçün hansısa problemlər yarada və onun fəaliyyətini məhdudlaşdıra bilər. Amma doğrusu, mən bunu gözləmirəm. Çünki hər halda hakim dairədə kifayət qədər ağıllı adamlar var. Onlar “Turan”nın bağlanılmasının Azərbaycanda milli dayaqları sarsıdacağını dərk edirlər və dərk etməlidirlər”.
|
||
|
||
Ələsgər, Məmmədli:, Hökumət, “Turan”ı, bağlamaqla, milli, dayaqları, sarsıdacağını, bilir, |
|