The document has moved here.
|
||
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti - 4-cü iclası keçirilib.
"Xəbər365"-in məlumatına görə, Qərargahın rəhbəri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Qərargahın fəaliyyətini dövlətimizin başçısının işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin aparılması üzrə müəyyənləşdirdiyi strateji istiqamətlərə və tapşırıqlara uyğun olaraq həyata keçirdiyini qeyd edib.
Qərargahın rəhbəri bildirib ki, ötən həftə yerli və xarici media nümayəndələri üçün keçirilmiş mətbuat konfransı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin ölkəmiz üçün taleyüklü məsələ olduğunu xüsusi olaraq vurğulayıb. |
||
|
||
Əlaqələndirmə, Qərargahının, növbəti, iclası, keçirilib, |
|