Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 12:58 1215 nəfər oxuyub
 
Lavrov niyə gəlir? - VERSİYA
GÜNDƏM Xəbəri
Lavrov niyə gəlir? - VERSİYA

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın günlər ərzində Azərbaycana və Ermənistana səfər edəcək. Nazir noyabrın 19-da Bakıda, 20-də isə Yerevanda olacaq

 

Xeber365.com Ermənistan mətbuatına istinadla bildirir ki, Lavrovun səfərinin iki məqsəd var. Rusiyalı nazir ilk növbədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti görüşünün gündəmini müəyyən etməyə çalışacaq. Elmar Məmmədyarov və Edvard Nalbandyanın görüşü zamanı əsas müzakirə mövzusu Vyana və Sankt-Peterburq razılaşmaları olacaq.

 

Qeyd edək ki, bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova ATƏT-in Misnk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan nazirlərinin görüşünü ilin sonuna qədər keçirməyi planlaşdırdığını açıqlamışdı.

 

Lavrovun regiona səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi müzakirə olunacaq. Belə ki, ikinci versiyaya əsasən, Lavrov Minsk qrupu həmsədrlərinin də dəstəklədiyi təkliflər proqamını təqdim edəcək.

Mənbə: Müəllif:
Lavrov, niyə, gəlir?, -, VERSİYA,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı