Xəbər haqqında
12 Yanvar 2018 - Cümə 13:44 66 nəfər oxuyub
 
Lavrov və Çavuşoğlu İdlibdən danışdı
DÜNYA Xəbəri
Lavrov və Çavuşoğlu İdlibdən danışdı

Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

 

Xeber365.com türk mətbuatına istinadla yazır ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.

 

XİN rəhbərlərinin müzakirə mövzusu Suriyanın İdlib şəhərindəki son vəziyyət və böhrandan çıxış yolları olub.

 

Qeyd edək ki, Əsəd rejiminin Türkiyə sərhədinə yaxın İdlibə aviazərbələr endirməsi rəsmi Ankaranın qəzəbinə səbəb olmuşdu. Ötən gün Rusiya və İranın bu ölkədəki səfirləri də məsələnin müzakirəsi üçün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmışdı.

Mənbə: Müəllif:
Lavrov, və, Çavuşoğlu, İdlibdən, danışdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı