The document has moved here.
|
||
Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olunur | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus “Bakı 24”, “Kaspi AZ”, “Mətbuat Evi”, “Golden Prince”, “Global Advertisment” MMC-lər, eləcə də “Kaspi Co” MTK ləğv olunduğunu elan edib.
“Xəbər365” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir |
||
|
||
Əli, Həsənovun, ailəsinə, məxsus, 6, şirkət, ləğv, olunur, |
|