The document has moved here.
|
||
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA | ||
Ələsgər Məmmədli: Vaxtında həmin şəxslər məsuliyyətə cəlb edilib sürücülük vəsiqələri əllərindən alınsaydı, indi belə hadisə baş verməz və 2 nəfər həlak olmazdı | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Xəbər verdiyimiz kimi, avqustun 3-də Bakının Heydər Əliyev prospektində "Gelandewagen" markalı avtomobil ilə dəhşətli yol qəzası törətməkdə şübhəli bilinən Baş nazirin birinci müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev həbs edilib.
Qəza ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Məsələnin hüquqi aspektləri ilə bağlı Xeber365.com-un suallarını hüquqşünas Ələsgər Məmmədli cavablandırıb.
Ələsgər Məmmədli Nail Allahverdiyevin bundan əvvəlki davranışlarının araşdırlmasının vacib olduğunu bildirib: “Bu qəza onu göstərdi ki, intensiv hərəkət olan, çox sayda avtomobilin hərəkət etdiyi, piyadaların istifadə etdiyi bir yolda bu avtomobillər yüksək sürətlə yarışırmış. Bu, artıq avtoqəza deyil, avtoxuliqanlıqdı. İnzibati aspektdən baxdıqda xuliqanlıqdır. Cinayət aspektindən baxdıqda da ortada 2 nəfər ölməsi, 2 nəfərin də yaralanması faktı var. Bu baxımdan istintaqın düzgün aparılması üçün həmin şəxslərin əvvəlki sükan arxasındakı hərəkətləri və ortaya çıxan faktlar da araşdırılmalıdır”.
Ekspert bildirir ki, araşdırmaların aparılması başqa cinayətlərin açılmasına səbəb ola bilər: “Bundan öncəki davranışlar, bu avtomobilləri idarə edən şəxslərin hərəkətləri istintaq mövzusu ola bilər. Ola bilsin ki, bu olaylar başqa yerlərə də gedib çıxa bilər. Məsələn, bu şəxs bundan əvvəl də bir dəfə avtoxuliqanlıq edibsə, yaxud da radara, kameraya düşübsə və onun haqqında pratokol tərtib olunmayıbsa, sürücülük vəsiqəsi əlindən alınmayıbsa, ciddi qanun pozuntusu var. O şəxslər ki, onları məsuliyyətə cəlb etməyiblər, yaxud da kimsə buna mane olubsa, onlar da məsuliyyətə cəlb olunmalıdır. Çünki vaxtında həmin şəxslər məsuliyyətə cəlb edilib sürücülük vəsiqələri əllərindən alınsaydı, indi belə hadisə baş verməz və 2 nəfər həlak olmazdı. Bu baxımdan mütləq əvvəlki davranışlar araşdırılmalıdır. Burda həm bu hadisələrə göz yumanların, həm də onlara kimlərsə müdaxilə edib bu protokolları ləğv etdiribsə, onların korrupsiya əməlləri araşdırılıb cəza tətbiq edilməlidir”.
Nicat Abdullayev |
||
|
||
Əli, Həsənovun, nəvəsinin, əvvəlki, davranışları, istintaq, mövzusu, ola, bilər, -, AÇIQLAMA, |
|