301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
17 Mart 2015 - Çərşənbə axşamı 09:01 1270 nəfər oxuyub
 
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
Xarici ölkələrin çoxunda, ümumiyyətlə, Elmlər Akademiyası deyilən bir qurum yoxdu. Konkret layihələri gerçəkləşdirən laboratoriyalar, qruplar var. Hansısa müəssisə ehtiyac duyduqda elmi tədqiqat laboratoriyası yaradır. Bizdə çoxları haqqında deyilir ki, Nyu-York Elmlər Akademiyasının üzvüdü. Rəhmətlik Azad Mirzəcanzadənin vaxtında bir açıqlama verilmişdi ki, Nyu-Yorkda Elmlər Akademiyası deyilən şey yoxdu.
MÜSAHİBƏ Xəbəri
““Əli və Nino”  elə bir qiymətli sərvətdir ki,  onun üstündə əsmək lazımdır”

 

Müsahibimiz teletənqidçi, filologiya elmləri doktoru, professor, respublikanın əməkdar jurnalisti Qulu Məhərrəmlidir. Bakı Dövlət Universitetində gənc jurnalistlərə sənətin sirlərini öyrədən Qulu müəllimlə söhbətimizə Milli Məclisin sosial siyasət komitəsinin sədri, deputat Hadı Rəcəblinin gündəmi işğal etmiş, müəllimlərlə bağlı açıqlamasından başladıq...

  
-    Hadı Rəcəblinin müəllimlərə etdiyi iş təklifinə necə reaksiya verdiz? 
-    Eyni mövzu ilə bağlı bir jurnalist də zəng vurmuşdu. Cavab verdim ki, Hadı Rəcəblinin müəllimlərə sevgisindən mütəəssir oldum. Bəzi adamlar özlərini itiriblər. Azərbaycan iqtisadiyyatının diskreptiv iqtisadiyyat olduğunu, bir sahə üzərində qurulduğunu etiraf eləməyə cəsarətləri çatmır. Ölkə büdcəsinin əsas hissəsi neftdən gələn gəlirlərdir. Hər hansı ölkədə adam başına bir ton taxıl düşürsə, o ölkə ərzaq proqramını həll eləmiş sayılır. Bizdə bu sovet vaxtında adambaşına 400-450 kiloqram idi, indi təxminən, 150-200 kiloqramdı. Yəni ölkədə taxıl yoxdu. Ərzaq proqramının həlli üçün bu çox vacibdi. İndi Hadı Rəcəbli deyir ki, müəllimlər gedib işləsinlər. Yaxşı təklifdi, çox sağ olsun. Amma onu da desin ki, harda yer var, harda yaxşı pul verirlər, harda müəllimlərin fiziki gücü çatan iş ola bilər... Bir az evfemistik desək, bunun adı “xalqdan ayrı düşməkdir”. 
-Keçmişdə xalqdan ayrı düşməyə inanmaq olardı. Padşahlar qalaların, qəsrlərin içində yaşayırdılar. Amma indi televiziya, mətbuat, internet var. Adam necə xalqdan xəbərsiz qala bilər? 
- Jan Koktonun "Müqəddəs əcaiblər" adlı bir kitabı var. Teatr və aktyorlardan danışır. Yəni bu işin adı əcaiblikdir. Görünən odur ki, parlament bizdə yavaş-yavaş notarial funksiya yerinə yetirir. İndi elə mövzular var ki – məsələn, bahalaşma - camaat bunu demirsə, dilə gətirmirsə, bu o demək deyil ki, heç nə anlamır. Camaat hər şeyi çox gözəl anlayır. Mənim üçün manat Azərbaycan iqtisadiyyatının, o cümlədən hakimiyyətin simvolu idi. Doğrusu, uzun müddət bunu qoruyub saxlayırdılar, amma indi səmimi etiraf edə bilərdilər ki, ölkədə, ondan kənarda gedən proseslər var. Azərbaycan təcrid olunmuş bir məmləkət deyil axı?! Dünya ilə alış-verişdə, ünsiyyətdədir, nfrastrukturlar var. Dünyada bir böhran dalğası varsa, o, mütləq bizə də dəyə bilir. Bunu ağıllı şəkildə izah eləmək, camaata anlatmaq olardı, onda insanlar gəlir-çıxarlarını hesablaya bilərdilər. Proses nə qədər tədrici olsaydı, o qədər ağrısız keçərdi. İnsanlar indi bir az şokdadır. Hələ çox adamlar bunun ağrısını hiss eləmir, bir azdan sonra bu ağrı daha da şiddətlənəcək. Özü də bütün sahələrə təsir eləyəcək, təkcə alış-verişə yox, istehsalata da, mediaya da, təhsilə də. Necə ki bədən üzvləri bir-birilə əlaqəlidi, iqtisadiyyat da elədi. Sistemin içində tək bir elementi salamat saxlaya bilmərik. Sistem silkələnirsə, mütləq o element də zədələnməlidir. 
-    Qulu müəllim, təsirlərdən danışdız. Saytların bağlanması haqda “davamı gələcək” demisiz. Amma Zahir Əzəmətin də yazdığı kimi ilk zərbənin mədəniyyətə dəyməyi kədərlidi.
-    Dostlardan biri yazmışdı ki, pis proqnozdu. Dedim ki, bəli, həddindən artıq pis proqnozdur. Bir çox saytlar, kanallar var ki, onların maliyyə mənbələri şəffaf deyil. Halbuki media üçün bu, çox vacib şərtdi. Elə kanallar var ki,  biz onun necə maliyyələşdiyini bilirik. Məsələn, ANS. Mənbələr məlumdur, kimlər yaradıb, necə yaranıb, necə pul qazanır, hamısı .əffafdır. Ancaq başqa kanallarla bağlı bunları demək bəzən çətinləşir. Hərçənd mənim üçün prosesin mədəniyyət saytlarından başlanması bir az gözlənilməz oldu. “Kult.az”, “Kulis” mənim oxuduğum, qələminə hörmət etdiyim, bir çoxu ilə dostluq elədiyim insanların çalışdığı saytlar idi. Onlar Azərbaycanın ictimai-mədəni düşüncəsinə, ümumiyyətlə, humanitar təfəkkürə çox fayda verirdi. Onların bağlanması, doğrudan da, kədərlidir. Xeyli pul xərclənən lazımsız qəzetlər və saytların bağlanması daha faydalı olardı.
-    İlk qurbanın mədəniyyət olmağı nəyin əlamətidir?
-    Əslində mədəniyyət indi qurban getməyib. O, müstəqillik dövründə ən çox zərərçəkən sahələrdən biri olub. Baxın, kino sahəsində ciddi problemlər var. Seriallar üçün pul ayrıldı və xərcləndi, bəzi şeylər çəkildi, amma heç nə yadda qalmadı. Televiziya hansı mədəniyyəti təbliğ edir başa düşmək çətindir. Musiqi ilə bağlı... Yaxşı ki muğamat var. Muğama sovet dövründə də kifayət qədər diqqət var idi, indi də təbliğ olunur. Təəssüf ki, bəziləri mədəniyyət deyəndə təkcə ədəbiyyatı, musiqini, rəqsi başa düşür. Bizim mədəniyyət kanalında da elə hesab eləyirlər ki, ədəbiyyatdan danışmaq kifayətdir, ya da simfonik orkestr, estrada konserti verirlər və bununla da mədəniyyəti əhatə eləmiş sayırlar. Bu isə tamamilə yanlışdı. Əslində mədəniyyət çox geniş anlayışdır. Bura insanın oxumaq, danışmaq tərzindən tutmuş qavrayışına, əldə elədiyi mənəvi sərvətləri artırmaq üsullarına qədər hər şey daxildi. Çin, yapon ölçüləri ilə yanaşanda mədəniyyətin hüdudları əslində insanın bütün həyatından, fəaliyyətinin bütün sahələrindən keçir. Halbuki bizdə bu dəqiqə mədəniyyət ən sonda yada düşür, onu inkişaf etdirmək prioritet deyil, axı mədəniyyət millətin, dövlətin, xalqın özü deməkdir. Bu baxımdan mən hesab eləyirəm ki, indiki halda mədəniyyətin və dəyərlərin qorunmasına xüsusi dövlət qayğısı lazımdı. Bazar iqtisadiyyatı mədəniyyətə qətiyyən aid olmamalıdır. Teatr, kino, incəsənət, bir çox sahələr var ki, onlar bazar iqtisadiyyatı qaydalarına heç cür tabe etdirilə bilməz. 
-    Əslində dünyanın hər yerində belədi. Mədəniyyətə ciddi güzəştlər var.
-    Hər yerdə belədir, mədəniyyət büdcədən maliyyələşməlidi. Bəyəm teatr gəlir gətirmək üçündü? Xeyr. Teatr insanları düşündürmək, zövqünü formalaşdırmaq üçündür, kino da həmçinin. Son iyirmi ildə bizə qürur gətirən çox az ekran əsərinin adını çəkə bilərik. Teatrda müəyyən oyanış var, xaricdən rejissorlar dəvət olunur, maraqlı əsərlər qoyulur. Mübahisələrə baxmayaraq bu, yaxşı prosesdir. Oyaq adamın hərəkətləri bəzən impulsiv ola bilir. Amma bu, həm də o deməkdir ki, həmin adam yaşayır, var. Teatr da belədi. Kinoda vəziyyət daha acınacaqlıdır. Kinomuz çox dərin bir yuxuya gedib. İnsanlar olub qalanları ilə fəxr eləyirlər, biz isə yaxşılarımızı “uf” demədən itiririk. Kinoya çox böyük maliyyə ayrılmalıdır,  əvvəla, yaxşı ənənələr inkişaf etdirməlidir, ikincisi dünya kinosunda gedən tendensiyalara reaksiya vermək lazımdı. İndi bura çox məşhur rejissorlar gəlir, master-klaslar keçirirlər. Bu çox yaxşıdı, amma təkcə bununla kinonu irəli aparmaq mümkün deyil. 
-    Əslində mümkündür. Praktika olsa.. Sadə biliklər bəs deyil. Kino üçün praktika lazımdı. Rejissorun əli daim işləməlidi. Hər bilik bir ideya yaradır. O ideyalar reallaşmayanda isə bir- birinə qarışır. 
-    Kino ədəbiyyat deyil, teatr deyil, televiziya da deyil. Kino, ümumiyyətlə, ssenari yaradıcılığı insan təfəkkürünün çox inkişaf eləmiş mərhələsidir. Burada texnologiya var, yaradıcılıq var, çox yüksək intuisiya var. Azərbaycan, bir də nə vaxt Rüstəm İbrahimbəyov kimi ssenarist yetişdirə biləcək? Bu,  çox mürəkkəb bir prosesdi.
-    Gənclər var.
-    Təbii ki, var. Ancaq onları seçib şərait yaratmaq lazımdı. Müsabiqələr- ədalətli, düzgün müsabiqələr keçirilməlidir. Bir neçə il əvvəl seriallara vəsait ayrılanda və bu məsələ Milli Teleradio Şurasında müzakirə olunanda serial istehsalını kanalların ixtiyarına verməyin əleyhinə çıxanlardan biri də mən olmuşam. Hesab eləyirəm ki, serialları müstəqil studiyalar, təcrübəsi olan rejissorlar çəkməlidir. Bu gün klip çəkib sabah serial çəkmək mümkün deyil. 
-    MTRŞ-in dəstəyi bu ola bilərdi ki, rejissorları, ssenaristləri serial sahəsi üzrə inkişaf etmiş ölkələrə təcrübə keçməyə göndərərdi.
-    Formalardan biri də budur. Amma bu mühiti bilən adam kimi dəqiq deyirəm ki, əgər məqsəd, doğrudan da, yaxşı film çəkmək olsaydı, bunu eləməkmümkün idi. Bizdə isə maliyyə ayrılan kimi, ilk növbədə onu necə xərcləmək (əslində yemək) barədə düşünürlər. Bu səbəbdən də ortaya normal seriallar çıxmır, yaxşı rejissorlar da bəzən o mühitin içinə düşür və orda əriyir. Ona görə də mütləq müstəqil studiyalar, maliyyə hesabatı verə bilən prodakşnlar və çox dəqiq, ədalətli insanlar olmalıdır ki, ortaya bir əsər qoysunlar.
-    İş ondadır ki, sistem yaratmaq lazım idi. Kinoda prodakşnlar vardı, amma qanunları elə yazdılar ki, onlara ehtiyac qalmadı. İndi Azərbaycanda bircə prodakşn var- o da Kinostudiya. Seriallara pul ayırmazdan əvvəl sistem təşkil olunmalı idi. Nəzarət sistemi, aktyorlarla müqavilə sistemi. Hüquqi baza yaradılmalı idi. Pul ayırmaq sonuncu mərhələ idi.
-    Sizinlə müəyyən mənada razılaşıram. Bayaq biz iqtisadiyyatdan danışanda, ümumiyyətlə, infrastrukturdan danışdıq. Burda da eyni şey özünü göstərir. Əlbəttə, pulun ayrılması çox həlledici prosesdi. Amma lap əvvəldən- ssenaridən, tretman yazmaqdan, çəkilişlərə hazırlıqdan tutmuş montaja və son nöqtəyə qədər bu təcrübəni keçən prodüser və prodakşn yoxdusa, onda necə normal film ortaya çıxa bilər? Bütün bunlar olub, amma pul olmayanda studiya necə fəaliyyət göstərə bilər? Bunlar bir-biri ilə bağlı məsələlərdi. Kino, televiziya, teatr sintetik sənət sahələri olduqlarına və başqa sənət sahələri ilə qovuşduqlarına görə biri o birisindən nəyi isə mənimsəyə bilir. Deməli, çevik sistem olmalıdı. Bunsuz yaxşı film çəkə bilməyəcəyik. Hətta, bəzən bu da bəs deyil. Nə deyirsiz deyin, kino yaxşı rejissor tələb eləyir. Azərbaycan kinosunda yaxşı rejissorlar çox azdı. Bir də kifayət qədər maliyyə yoxdu. Qusmana kinostudiyanın bir illik büdcəsi ayrıldı, məncə o cür fərdi layihələr kinostudiyanın boğazına şərik olmamalıdı. 
-    “Əli və Nino”ya isə iyirmi milyon ayrılıb. Bu məbləğ təkcə kinostudiyaya yox, bütün kino sahəsinə bir ildə ayrılan məbləğin iki mislidi. Bu o deməkdir ki, maliyyə var. 
-    “Əli və Nino”dan film çəkmək yaxşı təşəbbüsdür, amma bilirsiz, “Əli və Nino” hansı səviyyədi? O, elə bir qiymətli sərvətdir ki, ekranda uğursuz olmağı çox böyük peşmançılığa, məyusluğa gətirib çıxardacaq. Ona görə də üstündə əsmək lazımdır. Mən prosesi izləyirəm və hiss eləyirəm ki, bu işə çox sadə və asan bir şey kimi baxırlar. Halbuki Əli və Nino obrazlarının hər azərbaycanlının şüurunda özəl yeri var. Bir neçə il əvvəl Amerikada olanda dövlət departamentinin bir nümayəndəsi ilə söhbət zamanı ona bu əsər haqqında danışmışdım. Çox maraqlanmışdı. Bir ildən sonra mənə yazdı ki, əsəri tapıb oxuyub və çox xoşuna gəlib. Onun sayəsində Qafqaz haqqında təsəvvürləri tamamilə dəyişib, indi Azərbaycana da başqa cür yanaşır. Ona görə də hesab eləyirəm ki, bu əsəri ekranlaşdırmaq çox böyük, məsuliyyətli və çətin işdir. 
-    Bəziləri deyirlər ki, əsas heyətin əcnəbilərdən ibarət olmağı pisdi. Əsərin ruhunu çatdıra bilməyəcəklər. Belə çıxır ki, siz bu fikirlə razılaşırsız. 
-    Bir az qəliz məsələdi. Hər şey münasibətdən asılıdır. O əcnəbi rejissor, ssenarist materialı nə dərəcədə dürüst qavrayıb? Rakurs necə olacaq? Əli, Nino obrazına necə yanaşacaq? Və ya əsərdə başqa xalqların nümayəndələri ilə bağlı epizodlar var. Bu əsəri yalnız sevgi dastanı kimi qələmə vermək olmaz. Orada maraqlı bir mühit, siyasi fon, ictimai düşüncə, çox böyük kolorit var. Obrazların danışığında, düşüncəsində... Bakı, Gəncə mühiti var... Cumhuriyyətlə, İranla bağlı epizodlar var ki, çox maraqlıdır. Mən hesab eləyirəm ki, filmi çəkən heyətdə yüksək səviyyəli, intellektual və milli düşüncəsi olan bir azərbaycanlı məsləhətçiyə ehttiyac var. Bunsuz mümkün deyil. Bir vaxtlar çox böyük rejissorlarımızdan “Əli və Nino”nu çəkmək istədikləri barədə eşitmişəm. Amma o dövrdə iyirmi milyon pul yox idi. “Əli və Nino” populyar romandı, amma ekran təcəssümü necə olacaq- adam təsəvvür eləyə bilmir.
-    Son günlər fikir vermişəm ki, insanlar daha çox hələ çəkilməmiş bir filmdə nöqsan tapmağa çalışırlar. Sanki daxili etiraz kimi, ya da indidən filmin uğursuz olacağını proqnozlaşdırmaq kimi... Filmin çəkilməyinimi istəmirlər, ya belə çəkilməyinimi. Ya qorumaq hissidi bu?       
-    Bilmirəm. Bəlkə də məsələ filmlə bağlı piardadı. Çünki “Əli və Nino”nun piarı çox ehtiyatla aparılmalıdı. Adamların filmdən umacaqları var və bununla bağlı ehtiyatlanırlar. Bunlara təbii baxmaq lazımdı. Bütün hallarda “Əli və Nino”nun ekrana çıxarılması çox müsbət hadisədir- əgər o əsərin ruhunu bütünlüklə verə biləcəksə... Çünki bu, təkcə Azəbaycan yox, Cənubi Qafqaz məsələsidir. Əsərdə bu ştrixlər son dərəcə incə işlənib. Demirəm, balans qoyulub. Amma  ümumiyyətlə, xarakterlər çox gözəl verilib. Yenə deyirəm: bədii əsər əsasında çəkiləcək film elə bir şeydir ki, onunla bağlı öncədən proqnoz vermək, yaxşı, ya da pis olacağını söyləmək  çətindir. 
-    Siz Dilçilik İnstitutunda monitorinq şöbəsinin müdirisiz..
-    Hə. Akademik Tofiq Hacıyev məni televizyadan tanıyırdı, dillə bağlı kitablarımla, lüğətlərimlə tanış idi. İnstitutun direktoru olandan sonra  çox təkidlə məni də bura dəvət elədi. Gəldim və indi görürəm ki, burda işlər həddindən artıq çoxdu. Dil haqqında çox yaxşı sözlər var: “dil millətin ruhunun ifadəsidi” və sair. Amma praktikada necədi bu məsələ? Prezidentin 2013-cü ildə imzaladığı "qloballaşma şəraitində dilin işlənməsi, tətbiqi və inkişaf etdirilməsi" ilə bağlı Dövlət Proqramı var. O proqram necə yerinə yetirilir? Bizim monitorinq şöbəsi bu prosesləri izləməklə, müşahidə eləməklə məşğuldur. İndiyə qədər bir neçə vacib işlərimiz olub. Birinci növbədə televiziyaların monitorinqini aparmışıq. Daha sonra Bakının küçələrində reklam və küçə adlarının monitorinqini aparırıq və bu proses hələ davam eləyir. Çox mürəkkəb, çoxpilləli bir prosesdir. Hazırda saytların dili üzərində monitorinq yekunlaşıb. Daha sonra dərman preparatlarının dili üzərində monitorinqlər aparmışıq. Yəni hansı dil qaydaları pozulan bütün sahələrdə monitorinqlər keçiririk. 
-Mən televiziya ilə bağlı monitorinqin nəticələrini oxumuşam. Bax, bunları aparırsız, qüsurları üzə çıxarırsız, bəs sonra nə baş verir?
 - Sonra heç nə baş vermir. Aparıcılar və sayt rəhbərləri etiraz eləyir ki, yox, bu doğru deyil, biz belə deməmişik və sair. Amma mənə elə gəlir ki, monitorinqlərin təsiri olur. Biz aparıcıları, bəzi kanalları sonradan izləyirik. Görürük ki, göstərdiyimiz dil qüsurlarını aradan qaldırıblar. Bilirsiz, bizim televiziyaların bədbəxtliyi nədədir? Ekrana çıxanlar bəzən nə dili yaxşı bilir, nə haqqında danışdıqları mövzudan xəbərdardılar, nə də verilişə dəvət etdikləri insanları yaxşı tanıyırlar. Bunların hamısı birbaşa peşəkarlıqla bağlıdı. Bizdə peşəkarlıq çox aşağı düşüb. Dil, danışıq, nitq mədəniyyəti, həm də  peşəkarlığın əlamətidir. Özü də söhbət təkcə bir aparıcının qüsurlarından getmir. Söhbət o materialların, yazıların redaksiyalarda redaktə olunmağından, cümlələrin dil normalarına uyğunlaşdırılmağından gedir. Biz demirik ki, televiziyaların, ya da mətbuatın dili sığallı, ütülü olsun. Biz deyirik ki, qurulan cümlə düzgün olsun. Məsələn, biz söhbət edirik. Danışığın içində mübtədanın, xəbərin yerini dəyişdirə bilərik. Buna heç kim irad tuta bilməz. Bu adi danışıq dilidi, xalq dilidi. Amma bir də var xəbərlərin dili, artıq bu, bir  üslubdu. Bu rəsmi üslubdu, publisistik üslubdu. Burda dil elə tərzdə olmalıdı ki, sizi dinləyən adam nədən danışdığınızı başa düşsün. Bax, söhbət bundan gedir. Saytların monitorinqi keçirmişik və çox maraqlı cümlələr ortaya çıxıb. Adicə söz sırasının pozulması. Cümləni dörd-beş dəfə oxuyursan, yenə heç nə başa düşmürsən,  məna tamamilə təhrif olunur. Məsələn, saytların biri yazır ki, “Ədliyyə Nazirliyinin köməyi ilə hamilə olmuş Lamiyə Quliyevanın”... Bircə sözün yeri səhv düşüb, amma görün nə qədər  gülməli və mənasız cümlə yaranıb.  Belə şey eləmək olmaz axı?!
-    Əvvəllər rus dilinin  tutduğu mövqeni indi türk dili tutub. Mən  aparıcıların danışıqlarına fikir verirəm. Əksəriyyəti türk dilinin intonasiyası ilə danışır. Məncə, bu, onunla əlaqədardır ki, öz obrazlarını yarada bilmirlər. 
-    İntonasiya məsələsi ilə razıyam. Bir vaxtlar bu, radiolarda geniş yayılmışdı. Diceylərin danışığı tamamilə türk tərzində idi. Sonra həmin diceylərin bir qismi televiziyaya gəldi və həmin intonasiyanı tamaşaçıya sırımağa başladı. Əslində türkcə danışmaq qəbahət deyil. Kim istəyir danışsın, amma efirdə yox. Bizim üçün önəmli olan televiziyaların, aparıcıların dilidir. Onların danışığı ədəbi normalara uyğun, normativ olmalıdı. Kənar şivələri, intonasiyanı qəbul etməməlidi. Türklər özləri çox vaxt bizim danışığımıza heyran qalırlar, təmiz olduğunu deyirlər. Türk dilinin də bir şirinliyi, özəlliyi var. Mən türk qadınlarını dinləyəndə məmnun oluram. Sözləri uzada-uzada, qəribə avazla danışırlar, sanki layla çalırlar. Bu, dilin özəlliyidi. Bizdə də söz ehtiyatı, yaxşı nitqi, diksiyası olan adamlar Azərbaycan dilini gözəl təqdim edə bilirlər.  Axı, biz niyə başqalarını yamsılamalıyıq?! Niyə Azərbaycan dili ingilis, rus, ya da türk dilinin basqısı altında olmalıdı? Ölkə iyirmi beş ilə yaxındır ki, müstəqildir, müstəqil dövlət olduğumuzu deyirik, amma bizim şüurumuzda hələ də imperiya dilinin təsiri var. Axşamlar Fəvvarələr meydanına çıxın, yanınızdan keçən on adamdan yeddisi-səkkizi rusca danışır.
-    Amma Dövlət Neft Şirkətinin kanalı işçi axtaranda ancaq rusdillilərə şans verirsə, elitanı, qlamur təbəqəni təmsil edən jurnallar rus dilində çıxırsa, dilin qorunması haqqında nə qədər qanun verilir –verilsin.  Azərbaycanda bir təbəqə yaranıb ki, öz dilindən yalnız lağlağı söhbətlərdə istifadə eləyir. Ciddi mövzuları ingilis, ya da rus dilində aparır, sevgidən, nifrətdən ingiliscə, rusca danışır. Beləcə  kütləvi düşüncəyə istiqamət verirlər. Onlar kimi olmaq, geyinmək, bəzənmək istəyənlər həm də onlar kimi danışmağa çalışırlar. 
-    Bilirsiz, ingilis dilini də bilmək lazımdı, rus dilini də, türk dilini də. Amma milli düşüncəsi olan, damarlarında bu millətin qanı axan şəxs Azərbaycan dilinə həqarətlə baxa bilməz. Kim bu dili ayaq altına salırsa, onun milli mənsubiyyəti məndə şübhə doğurur. Bu dildə çox şeylər yaratmaq mümkündü, Azərbaycan dili canlı dildi. Mən bu yaxınlarda Ukraynada idim. Avropa Birliyi ilə Tərəfdaşlıq müqaviləsi olan ölkələrdə mətbuatın vəziyyəti ilə bağlı tədbir keçirilirdi. Orda bir xanım çox yaxşı çıxış elədi. Dedi ki, rus dilinə iki aspektdən yanaşmaq lazımdı. Bir- ünsiyyət dili kimi, ikincisi, imperiya dili kimi. Təəssüf ki, keçmiş sovet ölkələrinin bir çoxunda, o cümlədən bizdə də çoxları rus dilinə imperiya dili kimi baxır, şüurlarında rus qorxusunu hiss eləyirlər. O qorxunu hiss eləməyən adam rusca danışmamalıdı. Yəni əgər sən özünü azad insan, üstəlik müstəqil ölkənin vətəndaşı kimi hiss eləyirsənsə, zərurət olmadan rusca niyə danışmalısan? Niyə övladınla rusca danışmalısan? Rusca, ingiliscə təhsil almaq olar, məktub yazmaq olar, çıxış eləmək olar və sair. Amma sən evində, ailəndə yaxınlarınla, doğmalarınla ünsiyyəti  başqa dildə aparırsansa.... Axı, necə deyim ki,  yumşaq alınsın?!... 
Mən Şuşada internat məktəbdə oxumuşam. Bizim bir coğrafiya müəllimimiz vardı. Bizə çox yaxşı dərs keçirdi, oxumayanları döyürdü, özü də vura-vura deyirdi ki, sən Azərbaycanın çörəyini tıxırsan, amma onun coğrafiysını bilmirsən. İndi eyni vəziyyətdi. Azərbaycanın çörəyini yeyirlər, havasını udurlar, sərvətinə, əmlakına sahib olurlar, amma onun dilində danışmağı özlərinə əskiklik sayırlar. Belə də biyabırçılıq olar?!
-    Bu gün kanallarda, ən çox da xəbərlərdə dini, mövhumatı, qaragüruhu, cahilliyi açıq-aşkar təbliğ eləməyə başlayıblar. Bu daha böyük faciədir, yoxsa dil qüsurları? Və bu prosesə kim nəzarət edir, ya da etməlidi?  
-    Bu, artıq təfəkkür, düşüncə qüsurudu. Buna kim nəzarət edə bilər? Yalnız həmin strukturun rəhbəri. Siz verilişi planlaşdırırsız, bütün nüansları nəzərə alırsız. Falçılıq, mövhumat barədə süjetlərlə nə demək olur, axı?! Hələ tələbə vaxtı Rumıniyadan bir reportaja qulaq asmışdım və orda eşitdiyim bir ifadə hələ də yadımdan çıxmır. Müxbir dedi ki, insanların həyata inamı, ümidi azalanda onlar möcüzələrə inanmağa başlayırlar. Bu çox dəhşətli bir vəziyyətdir. Bizdə adamların ümidi azalıb. İnsanlar çox şeydən əlini üzüb. Çoxunun sabaha ümidi yoxdu. Ona görə də möcüzələrə, falçılara, axmaq-axmaq proqnozlara inanmağa başlayıblar. 
-    İnsanlar boş vaxtlarının xeyli hissəsini televiziyanın qarşısında keeçirirlər və rəsmən ordan gələn informasiya terroruna məruz qalırlar. Bu düşünməyə imkan vermir, ancaq qəbul eləyirsən. Bu gün Azərbaycan kanallarında baş verənlər, dini təbliğat düşünülmüş bir prosesdi, yoxsa sadəcə reytinq xatirinə aparılan kortəbii proses? 
-     Əgər siz insanları həqiqətdən xəbərdar eləmək, ölkədə, dünyada baş verənləri göstərmək istəmirsizsə, neyləməlisiz? Camaatın başını qatmalısız. Ona serial verməlisiz, falçı, düşük şou, mənəviyyatsız adamların axmaq müzakirələrini göstərməlisiz. Bu məsələlərdə qətiyən kənardan müüdaxilə yoxdu. Bu, Azərbaycanın özündən, televiziyaları idarə edənlərdən gələn tapşırıqdı. Neynirsiz eləyin, ancaq hər hansı ciddi məsələ ilə bağlı tok-şou olmasın! İctimai  müzakirə proqramı olmasın!  Bəs nə olsun? Bir insanın həyatını şouya çevirək, onun ətrafında maraqlı bir oyun quraq. Camaat buna baxsın, ağlaşsın, dizinə döysün, üzünü, yaxasını cırsın. “Bunu Amerikada, ya da Avropada hansısa mərkəz düşünülmüş şəkildə eləyir” deyə düşünmək cəfəngiyyatdır və tamamilə əsassız bir şeydi.   
-    İnsan həyatını şouya çevirən proqramlardan danışdız. Amma bir məsələ var ki, onlar həm də insanlara kömək eləyirlər. Polisin tapa bilmədiyi adamları tapırlar,  məhkəmələrin həll edə bilmədiyi işləri çözürlər. 
-    Bu yeni məsələ deyil. Qərb televiziyasında bu təcrübə çoxdan var, amma daha peşəkar formada. Məsələn, 2008-ci ildə ABŞ-da olanda bizi “Amerika cinayətkarı axtarır” adlı maraqlı bir telelayihə ilə tanış elədilər. Verilişin ölkədə kriminal həyatda baş verən hadisələrin üstünü açmağa effektli kömək etdiyini dedilər. Ancaq veriliş real həyatla bağlı idi və şou düzəltmirdilər. Vaxtilə qızı qətlə yetirilmiş bir adam apardığı həmin verilişin sadə forması vardı, studiyada telefon qoyurlar, hadisəni danışırlar və cinayəti törədib qaçmış adamların şəkilini göstərirlər, dərhal müxtəlif ştatlardan studiyaya zənglər olur. Orda bizə dedilər ki, altı-yeddi ilin içində bu verilişin köməyi ilə qırx beşə yaxın cani yaxalanıb. Bu, televiziyanın sosial funksiyasıdır. Amma bizdəki şoular... Əvvəla bunların xüsusi  çəkisi çoxdu. Yəni onlara baxanda belə məlum olur ki, Daxili İşlər Nazirliyinin uzun illər həll edə bilmədiyini hansısa aparıcı həll eləyir. Bu doğrudan, bir SOS siqnalı, bir yardımdırmı? Bir vaxtlar ANS-də “Poçt qutusu” verilişi vardı, ora məktub yazan insanların problemlərinə kömək edirdilər, indi “İç xəbər” bu işi görməyə çalışır. Ondan əvvəl AZTV də belə ənənələr vardı, tənqidi süjetə cavab verilirdi. Cəmiyyətdəki çatışmazlıqların həllinə yardım etmək TV-nin bir funksiyasıdır, indi bizim televiziyaların hörməti və peşəkarlığı aşağı səviyyədə olduğundan bunlardan şou düzəldirlər. Belə verilişlərin sayəsində elə təsəvvür yaaradırlar ki, ədalətsizlik var, dövlət qurumları işləmir. Bu, mənə bir az ASAN xidməti xatırladır, prinsipcə bu xidmətin fəlsəfəsi yaxşıdı. Gedirsən, işlər tez həll olunur. Amma bunun əks tərəfi də var axı?! Belə çıxır ki, o idarələrin özündə bu işi eləmirdilər? Bir az məntiqsizlik yaranır.  
Mən televiziyaların əhaliyə, ayrı-ayrı şəxslərə yardım eləmək istəyinə normal baxıram. Bu çox yaxşıdır, lakin  televiziyaların ictimai əxlaqı pozması, insanları yanlış yola yönəltməsi pisdi. Söhbət bundan gedir. Öz yardımını şouya çevirəndə əxlaqsızlıq başlayır. Əgər şounun məqsədi tamaşaçını məlumatlandırmaqdırsa, olsun. Amma məqsəd manipulyasiya eləmək olanda bu, yolverilməzdi. Yoxsa vaxtilə AzTV də, Speys də kimsəsiz uşaqlara ugurlu yardım marafonu keçirib. Belə layihələr cəmiyyətdə xeyirxahlıq, humanizm hisslərini inkişaf etdirir. Ancaq televiziyanı hər şeyə qadir kimi göstərmək, belə illüziyalar yaratmaq əslində dövlət qurumlarının işləmədiyini göstərir. Bu iş peşəkarcasına, ağıllı, düşünülmüş şəkildə hazırlanmalıdır. Hər şeyin bir peşəkar həddi var. İnsanlarda illüziya yaratmaq olmaz. 
-    Qulu müəllim, son vaxtlar- son iki-üç ildə AMEA yeni elmi kəşflərlə, elm sahəsində yeniliklərlə yox, əcaib açıqlamalarla gündəmə gəlir. Azərbaycan elmində nə baş verir?
-    Azərbaycan elmində çoxdan tənəzzül gedir. Müstəqillik başlayandan Akademiya sistemində problemlər var. Bir vaxtlar rəhmətlik Asif Ata Akademyanı kişi monastrı adlandırırdı.  Amma baxıram ki, bura təkcə kişi yox, həm də qadın monastrıdı... çoxlu işsiz adamlar var burada. Elmi-tədqiqat institutlarında əməkdaşların elmə, elmi işə, elə həyatın özünə də yanaşmalarında adamı dəhşətə gətirən çalarlar çoxalıb, məncə bu adamların çoxunun sağlam düşüncəsi solub, hardan və necə pul qazanmaq həyat idealına çevrilib. Bir az səviyyəsi olanların da    düşüncəsinin strukturu pozulub, bir az qəzəbli olublar. Şəxsən mən bura gələndə məyus oluram. Məsələn, Dilçilik institutunun direktoru iş görmək, yeniliklər etmək istəyir. Amma sıravi işçilərin o gücü, enerjisi yoxdu. Olsa belə, onu büruzə vermək imkanları yoxdu. Əvvəla, günaşırı, ikincisi, səmərəsiz işləyirlər. Mən istehsalatdan gəlmişəm, bir çox prinsiplərim bura heç cür uyğun gəlmir, mən “günü sovmaq” kimi əxlaqsızlığı qəbul etmirəm, adamları zorla işə cəlb etmək mənə ağır gəlir. Mənim iş tərzimə bir az əcaib baxırlar, deyəsən buralarda “fədakarlıq” anlayışı unudulub, “maaş azdır” bəhanəsi adamları süstləşdirib, ona görə də donuq bir mühit var. Ümumiyyətlə, başa düşmürəm ki, bu 250-300 manat maaşla adamları  Akademiyada saxlamağın mənası var, ya yox?! Məncə, akademiya sisteminin ciddi struktur dəyişikliklərinə ehtiyacı var, bu elm məbədini mənasız  “dissertasiyalar istehsalçısı” missiyasından xilas etmək lazımdır. Elmə, həqiqi alimə baxış, yanaşma dəyişməlidi. Biz daha elmin tətbiqinə və tətbiqi elmlərə diqqət yetirməliyik. Yəni ildə 1-2 məqalə yazmaqla baş girləmək, artıq yaramır. Plan işləri deyilən çox mənasız bir şey var. Ona əməl edilməlidi. Əksər institutlarda bu çox formal xarakter daşıyır. Yəni ilin axırında bir, ya iki məqalə verirsən, bu da olur sənin elmi yaradıcılığın. 
Xarici ölkələrin çoxunda, ümumiyyətlə, Elmlər Akademiyası deyilən bir qurum yoxdu. Konkret layihələri gerçəkləşdirən laboratoriyalar, qruplar var. Hansısa müəssisə ehtiyac duyduqda elmi tədqiqat laboratoriyası yaradır. Bizdə çoxları haqqında deyilir ki, Nyu-York Elmlər Akademiyasının üzvüdü. Rəhmətlik Azad Mirzəcanzadənin vaxtında bir açıqlama verilmişdi ki, Nyu-Yorkda Elmlər Akademiyası deyilən şey yoxdu. O, bir QHT-dir və  Rusiyadan gedən yəhudilər yaradıblar. Bir az şöhrəti, titulları sevənlər üçün bir tələdi. Yəni indiki halda Akademiyanın hərəkəti tısbağa yerişindən başqa bir şey deyil və bu tısbağadan yaxşı yumoristik film çəkmək olar. 

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: Aygün Aslanlı
““Əli, və, Nino”, , elə, bir, qiymətli, sərvətdir, ki,, , onun, üstündə, əsmək, lazımdır”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı