Xəbər haqqında
20 Aprel 2017 - Cümə axşamı 23:54 63 nəfər oxuyub
 
Londonda terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
GÜNDƏM Xəbəri
Londonda terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Bu gün İngiltərənin paytaxtı Londonun müxtəlif rayonlarında terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.
 

Xeber365.com "Report"a istinadən məlumat verir ki, bu barədə Skotlend-Yardın saytında məlumat yerləşdirilib.

"Anti-terror polisinin əməkdaşları bu gün səhər Londonun qərbində 20 yaşlı kişini saxlayıblar", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, saxlanılan şəxs terror aktı hazırlamaqda şübhəli bilinir.

Daha bir saxlanılma Britaniya paytaxtının şimalında həyata keçirilib. Burada söhbət 23 yaşlı qadından gedir.
"O, Belçika federal polisi ilə Suriyaya səfərlərin təşkilinə köməklik göstərilməsi ilə bağlı birgə araşdırma çərçivəsində saxlanılıb. Qadın terror aktı hazırlamaqda şübhəli bilinir", - deyə məlumatda qeyd olunur.

Mənbə: Müəllif: XƏBƏR365
Londonda, terror, aktı, hazırlamaqda, şübhəli, bilinən, iki, nəfər, saxlanılıb,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı