Xəbər haqqında
24 Dekabr 2017 - Bazar 20:36 391 nəfər oxuyub
 
Məfkurə yolunda tökülən qan hədər olmaz - Məhəmməd Hadi
YARADICI Xəbəri
Məfkurə yolunda tökülən qan hədər olmaz - Məhəmməd Hadi

Xeber365.com ənənəsinə sadiq qalaeaq bu bazar gecəsi də sizə bir şeir ərmağan edir. Bu dəfə sizi Məhəmməd Hadinin (1879-1920) "Türkün nəğməsi" şeirini oxumağa dəvət edirik:

 

Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

 

Dörd ildə verilmiş bu qədər can hədər olmaz,
Məfkurə yolunda tökülən qan hədər olmaz,
Qiymətli olan xuni-şəhidan hədər olmaz,
Dul qalmış olan növheyi-nisvan hədər olmaz,
Bax səs sonuna, hikməti-türkan hədər olmaz,
Bədbəxt olan əğfani-yetiman hədər olmaz.

 

Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

 

Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik atəşi-dəhhaşe düvəldən
Bir zərrə belə qorxmayırız dəsti-əcəldən,
İstərsə cahan çevrili varsın da təməldən.
Türkün üzü çevrilməyəcək səmti-əməldən,
Türklər geriyə dönməyəcək müslih əməldən.
Yüksək yaşamaq istər ikən cümlə miləldən.

 

Türkün tökülən qanları bihudə gedərmi?
Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?

Mənbə: Müəllif:
Məfkurə, yolunda, tökülən, qan, hədər, olmaz, -, Məhəmməd, Hadi,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı