The document has moved here.
|
||
Məktəblərdə İntizam Şurasının yaradılması məcburi olacaq | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
“Məktəblərdə İntizam Şurasının yaradılması məcburi olacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, hər bir təhsil müəssisəsi məktəbdə nizam-intizamla bağlı İntizam Şurasını yaratmalıdır. Şuranın 5-7 üzvü müəyyən edilməlidir. Bura məktəblərin müəllim heyəti ilə yanaşı valideyn icmasından ən azı 1 üzv daxil olmalıdır. Davranış pozuntularının hansı səviyyədə olması ilə bağlı qərar verməkdə çətinlik çəkilirsə, Şura çağırıla bilər. Həmçinin valideyn şagird haqqında çıxarılmış qərara Şurada baxa bilər. Çərçivə sənədi olaraq məcburiyyət qoyulur ki, hər məktəb İntizam Şurasını tətbiq etməlidir”.
E. Əliyev əlavə edib ki, valideynlərin Şuraya seçilməsini valideyn komitəsi demokratik olaraq özü seçib müəyyənləşdirə bilər. Məqsəd bu olmalıdır ki, orada iştirak edən valideyn məktəbdə münasibətlərin düzgün formalaşmasına kömək etsin. |
||
|
||
Məktəblərdə, İntizam, Şurasının, yaradılması, məcburi, olacaq, |
|