The document has moved here.
|
||
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Artıq bir neçə ildir ki, ümumtəhsil məktəblərinə şagirdlər vahid məktəbli geyimlərində gedirlər. Lakin hər il, dərs ili öncəsi kefiyyətli və sərfəli məktəbli forması tapmaq əsl müşkülə çevrilir. Bəzi valideynlər ya işbazların kələyinə aldanır, ya da övladlarını məktəbə “formasız” göndərmək məcburiyyətində qalırlar. Elə buna görə də, Təhsil Nazirliyinin tövsiyəsinə baxmayaraq illərdi ki, Azərbaycanda ucuz və sadə vahid məktəbli forması tətbiq etmək mümkün olmayıb. Halbuki adi geyimin qiyməti, təxminən, 80-100 AZN təşkil edirsə, məktəbli formasının qiymətləri 40-50 AZN civarında olur.
![]() Xeber365.com məsələyə aydınlıq gətirmək üçün valideynlərə və məktəbli formalarının əsas istehsalçısı olan Bakı Tikiş Evinə (BTE) müraciət edib.
Paytaxtda yaşayan valideynlərin əksəriyyəti məktəbli forması tapmaqda çətinlik çəkmədiklərini desələr də, bəziləri çeşidlərin azlığından, bəziləri isə kefiyyətin aşağı olmasından şikayətlənirlər.
Aynurə Əliyeva deyir ki, kefiyyətli formaları şəhərin bir neçə satış məntəqəsində əldə etmək mümkündür:
“Keçən il, Bakı Tikiş Fabrikinin emblemi olan forma almışdım. Bir neçə dəfə yuyandan sonra yararsız hala düşdü. Sonra saytlardan oxuduq ki, həmin emblemlər saxtadır, bu formaları Çindən gətirirlər. Amma ilk baxışda heç nə anlamaq olmur”.
![]() Sumqayıtda yaşayan Əsəd Məmmədov da çeşidlərin az olduğunu deyir və bəzi məktəblərin xüsusi forma tələb etdiyini bildirir:
“Mənim oğlum litseydə oxuyur. Həmin liseydə tələb edilən forma satışda yoxdur. Hər il müəyyən yerlərdə həmin formaları tikdirmək məcburiyyətində qalırıq. Düzdür, qiyməti elə də yüksək olmur, lakin kiçik tikiş sexində növbə gözləmək, ölçülərin götürülməsi üçün gedib-gəlmək adamı yorur”.
![]() Bakı Tikiş Evi iradların hamısı ilə razılaşmasa da, bəzilərini qəbul edir. Fabrikin Satış Şöbəsinin müdiri Etibar Əzimov Çindən və başqa ölkələrdən ucuz qiymətə alınan kefiyyətsiz geyimlərin üzərinə “BTE” yarlığı vurulduğu faktını təsdiqləyib:
“Bəzən bizim loqomuzu saxtalaşdırırlar. Son 2-3 il ərzində bir neçə dəfə belə halla qarşılaşmışıq. Bizim geyimlərimizi axtaran valideynlərə BTE-nin satış məntəqələrinə müraciət etmələrini məsləhət görürəm. Bizim 15 satış mərkəzimiz var. Bunların 12-i Bakının rayonlarında, 1-i Xırdalanda, 2-i isə Sumqayıtda yerləşir. BTE-nin məhsulları həm gigiyenik, həm də digər geyim tələblərinə cavab verir. Geyimlərin parçası Türkiyənin “Boston” firmasından alınır. Bu materialların Avropa laboratoriyalarından sertifikatı var”.
![]() Qiymətlərə gəlincə...
“I-VI siniflər üçün kostyumların qiyməti 40 AZN-dir. Bu kostyumların ölçüsü 26-44 olur ki, buda I-VI sinifləri tam şəkildə əhatə edir. Yuxarı, yəni VII-XI siniflər üçün 32-54 ölçü nəzərdə tutulub. Bu ölçüdə olan kostyumların qiyməti də 46 AZN təşkil edir. Tək köynək və tək jilet uyğun olaraq, 8 və 6-dir”.
Etibar Əzimov deyir ki, geyimlərə ortaq qiymət qoyulmasının səbəbi alıcıları işbazların kələyindən qorumaqdır.
“Bəzən işbazlar böyük ölçüyə böyük qiymət qoyurlar. Deyək ki, 32 ölçü geyimi 46 AZN-ə satırlarsa, 42 ölçüyə daha baha qiymət qoyurlar. Biz də heç kim dəyişə bilməsin deyə hamısına ortaq qiymətlər təyin etmişik və bununla bağlı mütəmadi olaraq məlumat yayırıq”.
![]() Regionlardan fərdi müraciətlər olsa da, icra orqanlarından satışın təşkil edilməsi, yaxud da geyimlərin göndərilməsi ilə bağlı müraciət almadıqlarını bildirən şöbə müdiri, fabrikin rayonlara geyim göndərmədiyini deyir.
“Məktəbli geyimlərinin tətbiqi məcburi olmadığı üçün rayonlarda çox az rast gəlinir. Bizə Göyçay Rayon İcra Hakimiyyətindən müraciət edildi və biz də təminatı həyata keçirdik. Lakin bu günə kimi başqa rayonlardan belə müraciətlər almamışıq. Müraciət olmayanda bu işi həyata keçirə bilmirik”.
Araşdırmamız nəticəsində məlum oldu ki, rayonlarda məktəbli geyimlərinin olmaması əlavə xərclərə yol açır. Belə ki, bəzi rayon məktəblərində də məktəbli geyimi tələb olunur. Valideynlər həmin geyimləri əldə etmək üçün paytaxta üz tuturlar. Bu isə həm əlavə xərclərə, həm də Bakıda sıxlığa səbəb olur.
Məktəbli geyimi alarkən valideynlərin aldadılmaması üçün qiymətləri təqdim edirik:
I-VI SİNİFLƏR Vll-Xl SİNİFLƏR
ÖlÇÜ - QİYMƏT ÖlÇÜ - QİYMƏT
26 - 40 AZN 34- 46 AZN
28 - 40 AZN 36- 46 AZN
30 - 40 AZN 38- 46 AZN
32 40 AZN 40- 46 AZN
34- 40 AZN 42- 46 AZN
36- 40 AZN 44- 46 AZN
38- 40 AZN 46- 46 AZN
40- 40 AZN 48- 46 AZN
42- 40 AZN 50- 46 AZN
44- 40 AZN 52- 46 AZN
54- 46 AZN
Nicat Abdullayev
|
||
|
||
Məktəbli, geyimi, alarkən, aldanmayın!, –, Qiymətlər, |
|