Xəbər haqqında
27 Avqust 2017 - Bazar 10:02 751 nəfər oxuyub
 
Məndən siyasi analiz verməyimi istəməyin
MÜSAHİBƏ Xəbəri
Məndən siyasi analiz verməyimi istəməyin

Türk yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamuk bir-birindən maraqlı romanlarla yanaşı Amerika və Avropada çap olunan çoxsaylı publisistik məqalələr və esselərin də müəllifidir. Bununla belə yazıçı əsərlərinin Şərq və Qərb arasında körpü adlandırılmasını sevmir.

 

O.Pamuk, jurnalist İsaak Çotinerlə radio-söhbətində yeni romanından, Türkiyənin hazırkı vəziyyətindən və niyə siyasi analiz verməyi xoşlamadığından danışıb. 

Xəbər365.com sözügedən müsahibənin slate.com saytında dərc olunmuş stenoqramını ixtisarla təqdim edir.

 

 

 - Mən hazırda İstanbuldan bir saatlıq məsafədə yerləşən bir adada, yay evində yaşayıram. Səhərlər üzürəm. Sonra bütün günü işləyirəm. Bu müsahibədən sonra yenə üzməyə gedəcəm. Bu günüm belə bitəcək.

 

 

- Bir müsahibənizdə oxumuşdum ki, gündə 10 saat işləyirsiniz. Hələ də belə davam edir? 

 

 

- Əlbəttə. İşləyəndə xoşbəxt oluram. Mən roman yazmağa iş kimi baxmıram, çünki həmin vaxt özümü daim oyuncaqları oynayan uşaq kimi hiss eləyirəm.

 

 

- Bəs publisistik mətnlərə iş kimi baxırsınız?

 

 

- Yox. Hazırda mən bədii mətn yazıram.  Adətən, beynim yeni şeylər kəşf etməklə məşğul olur, reallığın publisitikada təsviri ilə yox.

 

 

- Aydındı. Amma publisistikaya iş kimi yanaşırsınız, hə? 

 

 

- Onda özümü daha çox jurnalist kimi hiss eləyirəm. Ancaq indi, bu yaşımda mən yalnız öz istədiyim mövzular haqqında yazıram və həmişə də buna oyun, əyləncə, şənlik kimi baxıram. Mən 100 faiz xoşbəxt yazıçıyam.

 

 

 

- Onuncu romanınızın yazılma prosesi ilkindən nə ilə fərqlənir? 

 

 

- 40 il əvvəl ilk dəfə yazmağa başlayanda üslubum daha epik, daha müşahidəçi, bəlkə də daha eksperimental idi. Ancaq bu dəfə qısa, metafizik və fəlsəfi bir roman yazmaq, kankanla onun şəyirdi haqqında real bir əhvalat danışmaq istədim. O insanları 1988-ci ilin yayında yaşadığım yerin yaxınlığında müşahidə eləmişdim. Onda da adada yaşayırdım və  romanlarımdan birini yazırdım. Qəhrəmanlarım dövrlərinin sonuncu kankanları idilər və hələ də İstanbulun periferiyalarında  quyu qazırdılar. Çünki 70-80-ci illərdə dövlət həmin ərazilərə hələ su çəkməmişdi və hər kəs quyu qazaraq öz suyunu özü tapırdı. Onları müşahidə elədikcə yaşlı kankanla yeniyetmə şəyirdi arasında ata-oğul münasibəti olduğunu gördüm. Yaşlı usta oğlanı öyrədirdi də, ona qışqırırdı da, həm də onu şəfqətlə qoruyurdu, qayğısına qalırdı. Hər gün gecələr şəhər mərkəzinə enəndə onları görürdüm. Onların münasibətləri mənə təsir elədi, bəlkə ona görə ki, öz atam çox vaxt yanımda olmayıb və mənə heç vaxt nəzarət eləməyib. Əslində mənim atam haqqımda çox az şey bilirdi.

 

 

 

- Atanız hələ sağdı?

 

 

- Yox. 

 

 

- Nə vaxt vəfat eləyib? 

 

 

- 12 il əvvəl. 

 

 

- Atanız əsərlərinizi oxuyurdu? 

 

 

- Hə, o, mənə çox dəstək verib. Nobel mükafatı alan zaman söylədiyim nitqi atamın çamodanı haqqında yazmışdım. O da şair olmaq istəyirdi, şeirlər yazırdı. Bu sahədə uğur qazanmamışdı, hərçənd o, heç uğur  qazanmaq barədə düşünmürdü belə. Ölümündən əvvəl şeirlərinin toplusunu mənə verdi. Mən də onun haqqında poetik esse yazdım. 

 

 

- Atanız yazdığınız ilk mətni oxuyanda keçirdiyiniz hisslər yadınızdadı? 

 

 

- O, çox xeyirxah, sayğılı insan idi. Tənqid etməməyi kövrəltmişdi məni. O, mənimlə də, qardaşlarımla da elə davranırdı, sanki biz dahiydik. “Qırmızı saçlı qadın” romanına atamla münasibətim ton verib. “Qırmızı saçlı qadın” romanı sentimental və şəxsi olmaqla yanaşı, həm də Sofoklun atasını öldürən oğuldan bəhs edən “Çar Edip”i və fars şairi Firdovsinin “Şahnamə”sindən “Rüstəm və Söhrab” əhvalatının bədii versiyasıdı. O da “Edip”in bir variantıdı, amma bu dəfə ata oğlunu öldürür, filisiddi (övladın valideyn tərəfindən qətli- red.). “Çar Edip”, “Rüstəm və Söhrab” Qərb və İslam sivilizasiyalarının kanonik mətnləridi. Bildiyiniz kimi, mən hər il Kolumbiya Universitetində bir semestr dərs deyirəm. Universitetin Batler kitabxanasının ən yüksək yerində böyük hərflərlə Sofoklun, Aristotelin, Platonun və Şekspirin adları yazılmış bölmələr var. Kolumbiya klassikləri öyrənmək üçün çox yaxşı yerdi. Onları görəndə özümdən “Bəs şərq klassikləri hanı? “Çar Edip”i onlarla müqayisə etmək necə olar?”, - deyə soruşdum. Biz Edipi individualizmlə asossiasiya eləməyə meylliyik, çünki o, atasını öldürür, bununla belə hamı Edipə rəğbət bəsləyir. Ancaq oğlunu öldürən Rüstəmi avtoritarizmlə asossiasiya eləyirik. Niyə? Çünki Firdovsinin “Şahnamə”sində “Rüstəm və Söhrab” fəsli bütünlüklə atanın oğlu öldürməsinə bəraət qazandırmağa həsr olunub. Məncə, biz müasir insanlar da Sofoklun “Çap Edip”ini oğulun atasını öldürməsinin bəraəti kimi oxuyuruq. Biz Edipə hörmət edirik, onun əzablarını başa düşürük. Onu başa düşəndə cinayətinə də rəğbət göstəririk. Bax, mən bu mövzular haqqında yazmaq istəyirdim: atalar, oğullar, ataların yoxluğu, oğulların individuallığı…

 

 

 

- Romanınızı Qərblə Şərqin konsensusunda görürsünüzmü? “Qərblə Şərq arasında körpü” kimi demək istəmirəm… 

 

 

- Bu məsələdə təvazökarlıq eləmək istəmirəm. 1990, xüsusilə də 2000-ci illərdə kitablarım başqa dillərə tərcümə olunmağa başlayanda hər kəs məni “Qərblə Şərq arasında körpü” adlandırmağa başladı. Bu xoşuma gəlmədi. Niyə? Çünki mən kitablarımı yazanda ölkəmi başqalarına izah eləmək barədə düşünmürəm.  Bəlkə özümü sadəlövhcəsinə aldadıram, amma mənim yazmağımın daha dərin səbəbləri var. Bir də mənə “İstanbulun yazarı” deyirlər. Bəli, təbii ki, mən İstanbul haqqında yazıram. 65 yaşım var – hardasa 65 ilə yaxındı ki, bu şəhərdə yaşayıram. Hekayətlərimin İstanbul haqqında olması qaçınılmazdı, ancaq düşünülmüş bir şey deyil, özümə “qoy, mən də İstanbulun yazarı olum” deməmişəm. Bütün yazıçılar kimi mən də tanıdığım insanlar haqqında yazıram, ancaq bu zaman həm də bəşəriyyət haqqında yazıram, o bəşəriyyəti İstanbulda tapmışam, deməli, dolayı yolla, həqiqətən, İstanbulun yazarıyam. 2000-ci illərin əvvəllərində əcnəbi tənqidçilərin məni əvvəlcə “körpü”, sonra da “İstanbulun yazarı” adlandırdıqlarını gördüm. Yenə deyirəm, düşünülmüş bir plan deyil, ancaq onlardan dərs aldım. Mən körpü olmaq, bu dünyada payıma düşən yurdu dünyanın digər hissələrinə anlada bilməkdən ötrü romanlar yazıram. Zatən onlar uğur qazananda, oxunanda nəsə izah eləyirlər, mesaj verirlər. Ancaq mənim konkret məqsədim bu deyil. Yəni qarşıma körpü olmaq kimi bir məqsəd qoymamışam. 

 

 

- Siz özünüzü avropalı hesab eləyirsiniz? 

 

 

- Hə. Bütün türklər kimi mən də Avropada doğulmuşam, həm də Türkiyəyə aidəm. Mən sekulyaram, eyni zamanda həm də islam mədəniyyətinin müasir davamçısıyam. Mən sekulyaram, dindar deyiləm, amma bu sivilizasiyaya aidəm. Bəli, mən həm də qürurlu avropalıyam, o mənada ki, 2000-ci illərin əvvəllərində  Türkiyənin Avropa Birliyinə üzv olmasını var-gücümlə dəstəkləmişəm – bəlkə də əbəs yerə… Onda yaxşı zamanlar idi. Sonra hadisələr mənfiyə doğru inkişaf elədi və hazırda Türkiyə nəinki AB üzvlüyünə real namizədlərdən biri deyil, üstəlik Avropa ilə vuruşmağa hazırlaşır. Buna görə çox məyusam. 

 

 

 

- Dövlət çevrilişinə, ya da çevrilişə cəhdə ilk reaksiyanız necə oldu? 

 

 

- Mən bu barədə hardansa oxumamışam, özüm görmüşəm. Saat 9.20-də hadisələr başlayanda artıq KİV-dən, internetdən, daha çox televizordan məlumat alırdım, baş verənlərə dəhşətlə baxırdım. Səhər saat 3-ə qədər baxdım, hərbçilərin çevriliş cəhdinin uğursuz olduğunu anladım və yuxu dərmanı içdim. O qədər gərgin, həyacanlı idim ki, yata bilmirdim. Çevrilişin uğursuz olmağına çox sevinirdim, küçələrə çıxıb tankların qarşısını kəsən cəsur insanlara minnətdarlıq duyurdum. O insanlar sizin, ya da mənim kimi - Qərbin qəbul etdiyi tərzdə liberal deyildilər. Onlar Ərdoğanı, öz partiyalarını müdafiə edirdilər. Düzdü, onlar mənim liberal dəyərlərimi qorumurdular, amma dolayı yolla da olsa, Türkiyə demokratiyasını qoruyurdular. 

 

 

- Bir il sonra da eyni şeyləri hiss eləyirdiniz? 

 

 

- Yox, indi eyni şeyləri hiss eləmirəm.  Mən o insanlara minnətdaram, amma hökumət liberalları aradan götürməkdən ötrü hərbi çevrilişdən istifadə elədi. Hökuməti tənqid edənlərin əksəriyyətini dövlət idarələrdindəki işlərində sıxışdırırlar. Hazırda Türkiyədə 40 min insan həbs olunub, onlardan 140-ı jurnalistlərdi. Türkiyədə bədii əsər yazmaq problem deyil, ancaq jurnalistlər, ya da siyasi şərhçilər kimi siyasətə qarışsanız, başınız bəlada olacaq… 

 

 

- Deməli, siz də siyasətdən və tarixdən danışdığınıza görə problemləriniz yaranıb? 

 

 

- Bəli. Mənim hökumətlə problemlərim var, səbəb isə yazdığım romanlar yox, müsahibələrim və haqqında  danışdığım mövzulardı. Mənim siyasi şərhlərim… Müsahibələrdə həmişə bu barədə soruşurlar. Bilirsiniz, yazıçıları repressiya etmək kimi köhnə stereotiplərin əsası daha çox Sovet İttifaqında, ya da 30-cu illərin Almaniyasında qoyulub. Orda siz heç Kafka kimi də yaza bilməzdiniz. Indi istəyirsiniz, lap kafkasayağı yazın, nə qədər ki, hökumətlə işiniz yoxdu, sizi heç kim narahat eləməyəcək. Amma elə ki hökuməti tənqid elədiniz… Mənim dostlarım var ki, sadəcə buna görə həbs olunublar. Türkiyədə çoxlu cəsur insanlar var. Türkiyə təkcə Ərdoğan, ya da iqtidar AKP-dən ibarət deyil. Burda cəsarətli liberallar, müqavimət göstərən insanlar da var. Sonuncu seçkilər zamanı hökumət səslərin 51 faizini, müxalifət isə 49 faizini topladı. Hər şeyə rəğmən…Bu maraqlıdı. Buna görə mən burdayam. Əlbəttə, bir də ona görə ki, bura mənim vətənimdi.

 

 

- Ərdoğan sizi bir ədəbi obraz olaraq maraqlandırır, yoxsa… 

 

 

- Yox, yox, yox! Mən söhbətin bu istiqamətə yönəlməsini istəmirəm. Gəlin, kitablardan danışaq. 

 

 

- Yaxşı, onda əvvəlki kitablarınız barədə sual verə bilərəm?

 

 

- Əlbəttə. İstədiyinizi soruşa bilərsiniz. 

 

 

- “Qar” romanında personajlardan biri belə bir fikir söyləyir: “Cüzi də olsa, qərbləşmiş, qərbyönümlü heç kim bu ölkədə nəfəs ala bilməz. Əgər arxasında onu müdafiə eləyən elita ordusu yoxdusa... Və bu cür müdafiəyə hər kəsdən çox intellektualların ehtiyacı var... O şəxslərin ki, özlərini hamıdan yaxşı hesab eləyirlər və hər kəsə yuxarıdan aşağı baxırlar. Əgər həmin ordu olmasaydı, fanatiklər paslı bıçaqları ilə intellektualları da, onların boyalı qadınlarını da tikə-tikə doğrayardılar...” Bu cümlələri eşidəndə nə fikirləşirsiniz? 

 

 

- Hər şeydən əvvəl kitabda bunları deyən qəhrəman FTB agenti kimi bir insandı.. Həmin adam solçulara deyir ki, hökuməti tənqid eləməyin, çünki onlar islamçılara pis baxırlar. O deyir ki, hökumət Türkiyənin İrana çevrilməməsinə çalışır. Ancaq unutmayın ki, həmin adam sağçıdı, FTB agentidi, müxalifətçi gəncləri izləyir və onlara hökumətə qarşı çıxmamalarını tövsiyə eləyir. Başa düşürsünüz, hər şey çox mürəkkəbdi. Hansı tərəfin haqlı olduğunu anlamaq asan deyil. Mənim duyğularım mənə deyir ki, kitablarını yaz, kitablarını düşün, kitablarınla məşğul ol və dostlarını müdafiə elə - fikirləri, nitqi azad olan hər kəsi! Bu mənim utopiyamdı, bu mənim həyat tərzimdi. Mənə başqa heç nə lazım deyil. Məndən siyasi şərhlər, analiz verməyimi istəməyin. Mən analizlərimi kitablarımda yazıram, onlar söz və ifadə azadlığını - dostlarımın ifadə azadlıqlarını, başqa insanların ifadə azadlıqlarını, nəhayət, özümün ifadə azadlığımı müdafiə edir. 

 


 

 

- Köhnə müsahibələriniz birində Türkiyədə mədəniyyəti sekulyar insanların təmsil elədiyini demisiniz. İndi də belədi, yoxsa nəsə dəyişib? 

 

 

- Indi də belədi, çünki Mustafa Kamal Atatürkün Türkiyəni sekulyarlaşdırma, müasirləşdirmə planı jurnalistika, reklam, müasir əlaqələrlə bağlı son dərəcə böyük, zəngin və mürəkkəb bir irs yaradıb və bu irs Türkiyənin qərbyönümlü sekulyarlarının nəzarətindədi. Hətta iqtidar partiyasının da onların köməyinə ehtiyacı var. Mən, həmin cümlələrlə, məhz, bunu demək istəmişəm.

 

 

- Ölkənizdə baş verən dəyişikliklər yazıçı kimi üslubunuzda nəsə dəyişibmi? 

 

 

- Yaxşı sualdı.

 

 

- Oy, çox sağ olun. Axır ki! 

 

 

- Bir yazıçı kimi, təbii ki, dəyişirəm, amma yazmaq qətiyyətim, ya da yazıya olan sevgim, uydurmaq sənəti ilə əlaqəsi olan hər şeyə  vurğunluğum əvvəlki kimi qalıb. Təzə-təzə başlayanda romanlarımı şeir kimi yazırdım, hər sətrin, hər sözün, hər cümlənin sonuncu olduğunu düşünürdüm. Eyni zamanda çoxlu eksperimentlər eləməyə, modern, postmodern olmağa çalışırdım. Həmçinin erkən romanlarımda daha çox öz mədəniyyətimiz, öz insanlarım, orta təbəqə, yuxarı təbəqə, zadəganlar, qərbləşənlər, avropalaşanlar,  istanbullu türklərdən yazırdım, çünki burda böyümüşdüm. Hətta “Qırmızı saçlı qadın” da bir az onlar haqqındadı, bir az da deyil- bütün Türkiyəni əhatələyən böyük bir dairədi. Mən artıq daha çox bu dairə haqqında yazmağa başlamışam. Yalnız mənim sekulyar və burjua İstanbulum haqqında yox, daha böyük, nəhəng, İstanbulun 40 illik inkişaf epopeyasi olan “Beynimdə bir əcaiblik var” da yazdığım kimi... Bu, yeni və qısa bir romandır, amma yenə də dəyişikliklər, həmçinin nəsillər, atalar və oğullar haqqındadı. 200 səhifədən ibarət olan bu kitab üç nəsli əhatə eləyir. 

 

 

 

- Siz ABŞ-a, ya da Avropaya gedəndə, dərs deyəndə, ya da başqa bir şey eləyəndə ordakı türklərin Qərbə münasibətinin dəyişdiyini hiss eləyirsinizmi? Ya da onlar Türkiyə haqqında nə danışırlar? 

 

 

- Bu, mürəkkəb bir prosesdi. 1985-ci ildə ilk dəfə ABŞ-a gedəndə “New-York times”da Türkiyədəki zəlzələ barədə balaca bir xəbər çıxmışdı. Ordakı türklər bununla fəxr eləyirdilər, bir-birinə “New-York times”da Türkiyə barədə çıxan xəbəri görmüsünüz” deyirdilər. Bu gün, ya da son üç ildə Türkiyə haqqında hər gün bir xəbər olur. İlk növbədə, türklərin baxışları dəyişib, inkişaf edib. Başlanğıcda bu, maraqlı idi, çünki islam, demokratiya və müasirliyin sinteziydi və Avropaya meylli kimi görünürdü. Ki, bu, çox xoş idi. Ancaq son üç ildə hər şey dəyişib avtoritarizmə doğru gedir. Jurnalistlər, yazıçılar həbs olunurlar, demokratiya get-gedə məhdudlaşdırılır. Və liberallar- savadlı, qərbyönümlü insanlar narahatdılar. Biz “sonra nə olacaq” deyə düşünürük. Hər kəs belə əhval-ruhiyyədədi.  Məhz, buna görə də mən əvvəlkindən daha çox işləyirəm, daha çox yazıram, çünki xəbərlərlə təkbətək qalmaq adamı depressiyaya salır. 

 

 

- İndi hansı kitabları oxuyub, hansı filmlərə baxırsınız?

 

 

- Mayk Linin “Çılpaq” filminə.. Bu filmə uzun illər əvvəl baxmışam. Həmçinin dahi italiyan rejissoru Lukino Viskontinin “Leopard” filmi. Lampedusun romanı əsasında çəkilib. Gələn həftə Siciliyada mənə Lampeduz adına mükafat veriləcək. Buna görə Palermoya gedəcəyik. Odur ki, indi filmə yenidən baxırıq. “Leopard” dahiyanə bir roman əsasında çəkilmiş dahiyanə filmdi. Hərçənd, məni yanlış anlamayın, amma romanlar filmlərdən daha yaxşı olur.

 

 

- Yəni heç bir istisna yoxdu? 

 

 

- Bir neçəsi var… 

 

 

- “Xaç atası”? 

 

 

- Sizinlə söhbət eləmək xoş idi.  

 

 

http://www.slate.com/articles/news_and_politics/interrogation/2017/08/orhan_pamuk_on_writing_about_turkey_his_work_process_and_his_daily_swim.html

 

Mənbə: Müəllif: Aygün Aslanlı
Məndən, siyasi, analiz, verməyimi, istəməyin,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı

antalya escort bayan escort izmir bursa escort bursa escort bayan ataşehir escort izmir escort Türk ifşa beylikdüzü escort