The document has moved here.
|
||
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır | ||
Dövlət Neft Şirkətinin müxtəlif ölkələrdə ofislərinin bağlanması 2015-ci ilin dekabrın ayının qərarıdır. Bu məsələ mediada yenidən gündəmə gəlirsə, o demək deyil ki, şirkət həmin ofisi bu gün bağlayır. Bu, SOCAR-ın 2016-cı ilin büdcə xərclərini optimallaşdırması, yəni azaltması ilə əlaqədar idi. Şirkətin bir neçə ölkədə, həm Qərbdə, həm də Şərqdə nümayəndəliklərini açması onun biznes fəaliyyəti ilə əlaqədar idi. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
SOCAR-ın Cenevrədəki ofisinin fəaliyyətini dayandırdığı barədə məlumat yayılıb. Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı bildirib ki, dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib. Beləliklə, SOCAR xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə də yenidən baxılmalı olub. Bundan əvvəl isə "SOCAR Turkey Energy" "Petkim" layihəsindəki payının da bir hissəsini satmışdı.
"Nümayəndəliklərin olması ölkənin üzünü ağ edən məqam idi" İqtisadçı-alim Fuad İbrahimovun sözlərinə görə, ümumilikdə Azərbaycana aid hər hansı bir şirkətin xaricdə nümayəndəliyinin olması və investisiya yatırımı ölkənin ən azından investor ölkələr siyahısına daxil olması deməkdir: "Bu, Azərbaycanın xarici iqtisadiyyatında üzünü ağ edən vacib bir məqamdır. Ancaq hazırda ölkəmizdə makro-iqtisadi tarazlıq pozulub və buna görə ilk növbədə, bizim iqtisadiyyatın flaqmanı hesab olunan SOCAR-a da öz təsirini göstərib. Fikrimcə, nümayəndəliklərin bağlanması, məhz, bununla bağlıdır. Ancaq Azərbaycan nümayəndəliyinin xaricdə biznes fəaliyyətinin olması müsbət haldır. Görünür, iqtisadiyyatın müəyyən sahələrini düzgün qiymətləndirmədiyimiz üçün bu kimi problemlərlə üzləşirik. Məntiqi nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır. Xaricdəki ofislər SOCAR-ın biznes işlərini həyata keçirir" Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban isə xaricdə ofislərin qurulmasını şirkətin biznes fəaliyyəti ilə əlaqələndirir: "Dövlət Neft Şirkətinin müxtəlif ölkələrdə ofislərinin bağlanması 2015-ci ilin dekabrın ayının qərarıdır. Bu məsələ mediada yenidən gündəmə gəlirsə, o demək deyil ki, şirkət həmin ofisi bu gün bağlayır. Bu, SOCAR-ın 2016-cı ilin büdcə xərclərini optimallaşdırması, yəni azaltması ilə əlaqədar idi. Şirkətin bir neçə ölkədə, həm Qərbdə, həm də Şərqdə nümayəndəliklərini açması onun biznes fəaliyyəti ilə əlaqədar idi. Məsələn, Belçikada, Qazaxıstanda, İranda, Almaniyada belə nümayəndəlikləri var idi. SOCAR hesab edirdi ki, bu ofislərin olması onun biznes fəaliyyəti üçün dəstəkdir. İndi isə nümayəndəliklərini bağlayıb, onların funksiyalarını törəmə şirkətlərinə verir. Yaxud həmin ofislərin yerinə yetirdiyi işlər Bakıdan həyata keçirilir. Yəni şirkət artıq həmin ölkədə adam saxlamağa ehtiyac duymur. |
||
|
||
Məntiqli, nəticədir, ki,, SOCAR, bu, gün, xaricdə, nümayəndəliklərini, bağlayır, |
|