Xəbər haqqında
10 Noyabr 2017 - Cümə 18:26 1181 nəfər oxuyub
 
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
BAXIŞ Xəbəri
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu

İki gün əvvəl Mətbuat Şurasının təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda “dəyirmi masa” keçirildi.  “Dəyirmi masa”da çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bəzi kütləvi informasiya vasitələrinin diqqəti kriminal xəbərlər üzərində cəmləşdirməsinin mənfi tendensiya olmasından danışdı: “Əgər hər hansı ölkədə kriminal xəbərlər geniş yayılırsa, həmin ölkədə cinayətkarlıq da, cinayətlərin xarakteri də artır, cəmiyyətdə sosial gərginlik çoxalır. Bəzən cinayətkarlar qəhrəman kimi təbliğ edilir ki, bu da cəmiyyətdə mənfi örnək olur”. 

 

Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəsmisi, eləcə də media qurumlarının rəhbərləri son günlərdə məhbusların qaçması ilə bağlı məsələnin timsalında kriminal xəbərlərin bu dərəcədə yayğın şəkildə çatdırılmasının və təbliğinin  cəmiyyətə mənfi mesajlar ötürdüyünü vurğuladılar.

 

Ancaq görünən odur ki, bu kimi tədbir və xəbərdarlıqlar da medianın gündəmini dəyişə bilmir. Hətta saytlar ölkədə baş verən kriminal hadisələri oxucuya məhz öz internet resurslarından oxutmaq üçün media etikasına zidd davranmaqdan, cəmiyyətə yanlış və zərərli mesaj ötürməkdən də çəkinmirlər. Onları ancaq bir məsələ maraqlandırır: xəbər bazarında önə çıxmaq.

 

Elə MŞ-nın keçirdiyi “dəyirmi masa”nın mövzusu və xəbərdarlığını da bu mənada kölgədə qoyan xəbər tapıldı – ölkənin tanınmış jurnalisti, Haqqın.az və Virtual.az saytlarının baş redaktoru Eynulla Fətullayevin kriminal avtoritet "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifov ilə görüşü. Bu görüşün əvvəlcə fotosu gündəmi zəbt etdi, daha sonra isə bu görüşdən hazırlanan reportaj.

 

Belə desək, bu, MŞ-nın “dəyirmi masa”sının başına toplanan adamların “səsini eşitdirmədi”. Məqsədli şəkildə və ya təsadüfən...

 

Media eksperti Ələsgər Məmmədlinin fikrincə, bu, düşünülmüş addım deyildi: “Məncə, təsadüfən belə alınmışdı. Çünki bu görüş əvvəlcədən planlaşdırılmış olmalıydı. Ancaq təəssüf ki, Azərbaycanda oxucunu cəlb etmək üçün ən ucuz üsula əl atılır. Oxucunu ya sensasiyalı başlıqlarla, ya da cəmiyyətin diqqət mərkəzində olan insanların həyatını daha geniş şəkildə təqdim edərək cəlb edir, İP toplayırlar. Bu, təkcə, bir-iki media orqanının qayğısı, yolu deyil. Azərbaycanda əksər media qurumları doğruları yazmaqdan qorxur, ona görə də bu kimi kriminal mövzulardan yapışırlar. Cəmiyyəti maraqlandıran ya doğrulardır – bu, hökumətin mənfi fəaliyyətiylə, məmurlarla bağlı ola bilər, ya da kriminal xəbərlərdir. Nə qədər etiraz etsək də, kriminal xəbərlər çoxluğun maraq dairəsindədir. Bu da qınanmalı deyil. Hər birimiz bu kimi hadisələrlə qarşılaşa bilərik. Ona görə də insanlar bir az da ətraflarında kimlər var, nələr baş verir, bunu bilmək istəyirlər.

 

Media hər mövzuya toxuna bilmir və daha çox kriminal məsələlərə fokuslanır. Çünki Azərbaycanda hamı bilir ki, media icazə və imkan verilən mövzulardan yazır. İcazə verilən mövzuların da dairəsi o qədər dar və maraqsızdır ki, məcburən boşluğu kriminal avtoritetlərdən yazaraq doldururlar. Bu baxımdan Mətbuat Şurasının (MŞ) ümumi narahatlığı başadüşüləndir. Ancaq MŞ media azadlığına da bu qədər önəm versəydi, o zaman media da kriminal avtoritetlərə bu qədər yer ayırmazdı”.

 

 

Mənbə: Müəllif: XƏBƏR365
Mətbuat, Şurasının, xəbərdarlığı, və, Eynulla, Fətullayevin, Lotu, Quliylə, fotosu,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı