301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
24 Mart 2015 - Çərşənbə axşamı 09:13 1280 nəfər oxuyub
 
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
Ən gec dəyişən şüurdur. İnsanın şüuru, mentaliteti, təfəkkür tərzi çox gec dəyişir. Cəmiyyət özünə refleksiya etməlidir, yəni insanlar cəmiyyətdə baş vermiş xoşagəlməz hallar üzərində davamlı müzakirələr aparmalıdır və refleksiya olunmalıdır. Bir insan anadan olub heç vaxt özünü kənardan görmədən yaşayırsa, heç vaxt inkişaf edə bilməz və bütün yaş dövründə də eyni cür davranacaq.
MÜSAHİBƏ Xəbəri
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”

 

Yazıçı, publisist, “Göydən yerə” məqalələr toplusunun müəllifi Yalçın İslamzadə ilə söhbətimiz çox ağır və dərin keçdi. Çünki Azərbaycanın hər hansı probleminə bir az uzaqdan, elmin işığıyla, düşüncənin narahatlığı ilə yanaşdıq. Məhəmməd Hadi demişkən: “sevirəm insanları, fəqət uzaqdan”. Bəlkə də bu söhbətimiz oxucuları yoracaq, müsahibəni yarıda qapayacaqlar. Olsun, amma axtaran beyinlər yorulmaz.     

 
- Yalçın bəy, Azərbaycanda bu gün müzakirə olunan predmetlər Şərq-Qərb, din və dinsizlik yönümündə aparılır. Bu ayrıntılar normal qarşılanmalıdırmı?
- Müzakirədən daha çox mübahisə gedir. Əlbəttə, müzakirə olsa, normal qarşılanmalıdır. Çünki bu, həm də ölkəmizin tutacağı yolun müzakirələridir. Bir daha deyirəm, müzakirədən çox mübahisə şəklində özünü büruzə verir. Səbəb də bir tərəfdə Şərq, bir tərəfdə Qərb tərəfdarlarının olmasıdır. Belə olanda isə sintezə yol açan ortaq müzakirədən daha çox oriyentalizm- oksedentalizm mübahisəsinə oxşayır. Bir tərəf Qərbi imperialist kimi qələmə verir, Qərbin yaratdığı bütün dəyərlərin Şərqi istismar etmək üçün yaradıldığını iddia edir. Burda müəyyən həqiqət payı var. Məsələnin başqa tərəfi də Qərbə oksedentalist yanaşmadır, yəni Şərqin Qərbi əxlaqsızlıqda günahlandırması. Bu mənada müzakirələr mübahisəyə çevrilib, çünki heç bir tərəf qarşı tərəfin arqumentini nəzərə alıb ortaq sintezə çatmaq istəmir. Təbii ki, Qərb heç bir ölkəni xilas edəcək deyil. Böyük siyasi güclərin başqa dövlətlərə münasibəti eynidir, ciddi fərq də yoxdur. Sadəcə, Qərb tərəfdarlığı dedikdə Avropanın dediklərinin tam düz olduğunu, bizi idarə etməli olduğunu nəzərdə tutmuruq. Əksinə, Qərbin yaratdığı dəyərləri ona bəxş edən modern dövlət və elmi institutların öyrənilib tətbiq edilməsinin tərəfdarıyıq. Çünki Qərbin ən sərt tənqidçiləri belə çox zaman Avropada yaşamağa üstünlük verirlər. Hətta Şərq ölkələrindən Avropaya gedən insanlar orda yaşasalar belə, yenə beyinlərində Şərqin daha üstün olduğunu irəli sürürlər. Burda şizofreniyanı xatırladan maraqlı bir haçalanma var. Onlar fiziki varlıqlarını risksiz bir mühitə daşıyırlar, orda çox rahatdırlar, amma beyinlərini ora adaptasiya etmirlər. Beyindəki görüşləri dəyişmək uzun proses olduğundan onlar beyni olduğu kimi saxlayıb sırf vücudlarını xilas etməklə daha rahat mühitə düşdüklərini düşünürlər. Bu da ənənəvi olaraq bütün problemlərin mahiyyətinə varmağa imkan vermir. Bu tərz parçalanmanın təzahürlərini biz Şərq cəmiyyətlərində çox görürük.
- Doğrudanmı, bütün günahları Şərqdə görməliyik?
- Hər şeydə Şərqi günahlandırmaq olmaz. Təbii ki, dünya mübarizə dünyasıdır. Tarix boyu dövlətlərin siyasəti həmişə eyni olub, əgər bu gün baş verənlər təhlil edilib düzgün nəticə çıxarılmırsa, Şərq günahkardır. Çünki ağlın yolu birdir və Qərb indiki səviyyəyə modern dövlət və elm institutlarını yaratmaqla yetişib. Yəni insan və təbiətə dair real bilgiləri araşdırmaqla çatıb. Qərbdə Şərqi Şərqdən daha yaxşı tanıyırlar, istənilən qərbli şərqşünasın Şərqin dili, tarixi, etnopsixoloji xüsusiyyətləri haqqında xeyli materialı var. Bunlar araşdırılıb və kitab şəklində nəşr olunub, akademik çalışmanın bir hissəsi halına gəlib. Amma Şərqin Qərb haqqında görüşü analiz şəklində deyil, daha çox ittihamedicidir. Bütöv Şərqin Qərb haqqında nəzəriyyəsi müəyyən komplo nəzəriyyələrindən irəli getmir. Halbuki  Şərqin öz zehni tənbəlliyindən xilas olub müasir bilgi və sənaye dövründə gedəcəyi yollar var. Ağlın və iqtisadiyyatın yolu birdir. Sadəcə bunları tətbiq etmək zəhmət istədiyindən müdafiə mexanizmi olaraq qarşı tərəfi lənətləmək daha asandır.
- Bəs din Şərqin geridə qalmasında nə dərəcədə xidmət göstərdi?
- Çox böyük rolu oldu. Çünki “bir ölkə niyə inkişaf edir, niyə geri qalır” mövzusunda xeyli mübahisələr var və xeyli əsərlər də yazılıb. Suallardan biri budur: niyə XV əsrdə Osmanlı və Çin imperiyası Avropadan xeyli irəlidə olduğu halda inkişafı dayandı. Cozef Nidam Çin üçün bunu mərkəzləşmiş mandarin sinfinin olması ilə izah edir ki, həmin sinif mühafizəkarlaşmışdı və şəxsi təşəbbüsü, fərqli düşüncəni qəbul etmirdi. Eyni proses Osmanlıda başladı. Imperiyanın ən güclü dövründə fikrə üləmanın hakim olması geriləmə ilə nəticələndi. Çünki üləmanın fətvası ilə İstanbul rəsədxanası topa tutularaq dağıdılıb, Osmanlıya mətbəənin girməsi təxminən 200 il əngəllənib. Osmanlı Misirdə uzun müddət hakimiyyətdə olsa da, piramidalara heç bir maraq yaranmayıb və araşdırma aparılmayıb. Amma Napoleonun Misir üzərində qısa hakimiyyəti  misirşünaslıq elminin yaranmasına səbəb oldu. Bu mənada Osmanlının geriləməsində üləmanın, din xadimlərinin rolu olmasını deyə bilərik. Burda məsələ statik və dinamik tarix arasında fərqdir. Bəzi cəmiyyətlər statik tarixə, dəyərlərə, qurumlara sahib olub onu qorumağa çalışırlar, çünki mühafizəkardırlar. Bəzi cəmiyyətlərin isə  düşüncələri tarixlə dəyişir. Onlar dinamik cəmiyyətlərdir. Biz bir şeyi qəbul etməliyik ki, tarixilik şüuru bütün cəmiyyətlərdə qəbul edilməlidir. Yəni artıq kainatın, Günəş sisteminin, yer kürəsinin, geoloji təbəqələrin formalaşmasının, materiklər tektonikasının bir tarixi olduğunu bilirik. Belə baxdıqda təbiətdə hər şey dəyişir, təkamül prosesi gedir. Dəyişən tarix anlayışını qəbul etməkdən ziyadə bir neçə 100 il əvvəl bilinənlərin doğru olduğunu və sabit doqmalar olması tərəfdarıyıq. Statik tarixə sıxışıb qaldığımızdan daha çox keçmişlə fəxr etməyi və qabartmağı çox sevirik.
- Son 20 ildə Azərbaycanda yaranan durumda mistik, mifik düşüncənin rolu varmı?
- Azərbaycanda dünyaya baxışın müxtəlif formaları var: poetik, dini, metafizik baxışdan və dünyanın rasional, materialist qavrayışından danışa bilərik. Dünya haqqında təbiət elmləri, insan qrupları haqqında isə sosial elmlər danışır. Bu gün Azərbaycanda rasional düşüncə yaxşı təbliğ olunmur, amma ona qarşı olaraq ən müxtəlif, Şərqdən, Qərbdən mifik müəlliflərin, mifik-dini nəzəriyyələrin güclü şəkildə təbliğ olunduğunu görürük. Təəssüf ki, inkişaf etmiş ölkələri həmin inkişafa götürən rasional düşüncə heç bir şəkildə təbliğ olunmur, yaxud çox zəif təbliğ olunur.
- Burda sekulyar dövlətin olmaması da səbəblərdən biri sayıla bilərmi?
-Biz nəzəri olaraq sekulyar dövlətik. Sekulyar dövlətin olması təkbaşına heç nəyi dəyişmir. Çünki Türkiyə də sekulyar dövlət idi, amma demokratiyanın olması nəticəsində sekulyarlığını sürətlə itirməkdədir. Əslində, sekulyarlıq dövlətdən ziyadə vətəndaşların şüurunda olmalıdır.  Insanlar dünya tarixini, inkişaf etmiş ölkələrin tarixini yaxşı bilməlidirlər ki, təhsilin, iqtisadiyyatın, idarəetmənin, menecmentin qanunlarının sırf insan qruplarının və təbiətin qanunları ilə uzlaşdırılmalı olduğunu bilsinlər.
- Ümumiyyətlə, ölkədə mətbuatın, televiziyaların status-kvonun saxlanılmasında rolu nə qədərdir? Sizə elə gəlmir ki, media ictimaiyyəti daha çox zombiləşdirməklə məşğuldur?
- Əlbəttə, onların bir missiya duyğusu yoxdur. Niyyətləri daha çox oxucu və tamaşaçı toplamaqdır. Azərbaycanda xeyli tanınmış telekanal və çap mətbuatı olsa da, son 20 ildə bircə elmi-kütləvi  kitabın da çap olunmadığını deyə bilərik. O cümlədən, elmi jurnallar da yoxdur.  Düzdür, bu, mətbuatdan çox elmi qurumların işi olmalıydı. Bəlkə həyatmızda çox ciddi hiss olunmur, amma düşüncəmizdə dini yanaşmaya daha çox sahibik. Çünki bizim dünyagörüşümüzə görə yeganə legitim görüş dini görüşdür. Hətta alimlərin əksəriyyəti üçün elmi düşüncə legitim deyil. Bəli, elmlə məşğul olub müəyyən vərdişlərə yiyələniblər, ancaq elmin dediklərini görməzlikdən gəlib dinə bağlanırlar. Ola bilsin ki, alt şüura yerləşən bir proses də baş verdi. Diqqətlə baxsanız, alimlərimiz, şairlərimiz, yazıçılarımız əsərlərində dindən legitimlik almağa çalışırlar. Nəticəni də mütləq dinlə əlaqələndirməyə cəhd edirlər. Sanki din olmasa, onların yazdıqları bir dəyərə sahib olmayacaq. Düşüncə adamların əksəriyyətində dini düşüncənin izləri görünür.
- Bu yaxınlarda hörmətli Mehriban Vəzirin tərcüməsində Həmidə xanım Cavanşirin “Xatirələr”ini oxudum. Ötən 100 ildə vəziyyətin dəyişməsi açıq sezilir, XIX əsrin sonu və XX əsrin əvvəllərini öyrəndikcə vəhşi bir Qafqaz, Azərbaycan bölgəsini, davranışını görürsən. Bu mənada durumun dəyişdiyini bölüşürsünüzmü?
- Əlbəttə, “bu gün 100 il əvvəlki ilə eynidir” söyləmək mümkün deyil. Yaxşı mənada fərqlər var. Amma indiki qlobal yarışma dövründə mövcud vəziyyətlə kifayətlənmək olmaz, dayanmadan inkişaf getməlidir. Çünki dünyada əhali artır, bütün qaynaqlar tükənir, yaşamaq uğrunda mübarizə gedir. Bu prosesdə insan qrupları daha effektiv olaraq dövlətlər halında təşkilatlanıblar. Yəni bu gün olmalı olduğumuz yerin gerisindəyik.
- O zaman Azərbaycan cəmiyyətinin də Avropanın keçdiyi mədəni, siyasi mərhələləri keçməsini vacib görürsünüzmü?
- Yox, mən bu tarixi determenizmə inanmıram. Avropada bu proseslər uzun çəkdi, min il orta əsrlər dövrü oldu, sonra 300 illik renesans, 100 illik elmi inqilab və nəhayət, 100 illik aydınlanma mərhələsi var. Yəni biz 500-600 illik dövrü gözləməli deyilik. Çünki Avropa proseslərində o qədər təsadüfi faktorlar rol oynayıb ki, həmin faktorlar burda işin içinə girməyəcək. Məsələ ondadır ki, ağıl prosesləri sürətləndirməyə imkan verir. Biz mütərəqqi ölkələrin təcrübələrindən nəticə çıxarıb onu daha qısa müddətdə tətbiq edə bilərik.
- Əgər elmi qurumlarda da dini amilin legitimlik almaq niyyətlərinə toxundunuzsa...
- Dinin cəmiyyətdə doğru yeri qəbul edilməlidir. Sekulyar sistem həm dindarlar, həm də dindən uzaq olanların ortaq yaşamını təmin edir. Din isə fərqli düşüncəni qəbul etmir və dinlər hakimiyyətə gələndə tez bir zamanda öz rəqiblərini sıradan çıxarırlar. Sekulyar sistemlərdə insanlar istədikləri kimi müəyyən sahələrə müdaxilə etmədən öz inancları ilə yaşaya bilirlər. Biz bu gün dinin məşğul olmalı olduğu məsələləri dəqiq müəyyən etməliyik və cəmiyyətin əksəriyyəti bu mövzuda konsensusa gəlməlidir.
- Deməli, Şərqi günahlandırmaqdan çox cəmiyyətin orta əsrlər düşüncəsində qalması müzakirə olunmalıdır?
- Əslində,  Şərq-Qərb ayırmalarından ziyadə orta əsr və modern düşüncə fərqi ortaya qoyulmalıdır. Çünki Sinqapur, Cənubi Koreya, Yaponiya ənənəvi qərb dövlətləri deyillər, amma biz bəzən Qərb dedikdə, onları da nəzərdə tuturuq. Adlarını çəkdiklərim Uzaq Şərq dövlətləri olsalar da, qısa müddətdə həmin prosesi keçərək inkişaf etmiş dövlətlər səviyyəsinə çatıblar. Bu prosesdə, əsasən, orta əsrlər düşüncəsinin, yəni iqtisadiyyatın səmərəsiz təşkilinin, dini düşüncənin dominantlığının, fərdin önə çıxmasının qarşısının alınmasının, nəhayət, insanın yox sayılmasının əlamətlərini görürük. Renesansın tərifi belədir ki, renesans qaranlıq dövrdən sonra insanın və dünyanın ortaya çıxması idi. Fizika, kimya və biologiya elmləri dünya haqqında dəqiq məlumatlar  toplamağa başladılar. Orta əsrlərdə alimlər, sxolostiklər monastırlara, universitetlərə qapanıb müxtəlif fiziki nəzəriyyələr ortaya çıxardırdılar, bunların çoxu doğru deyildi. Heç kim bunu sınamaq fikrinə düşməmişdi, çünki sınaq, təcrübə orta əsrlərə xarakterik deyildi. O zaman doqma və ona inanmaq var idi. Daha sonra bu insanlar Aristotelin, kilsə babalarının doqmalarını təbiətdə sınayanda çox fərqli nəticələrlə rastlaşdılar. Min illərdi inandıqları təbiət haqqında doqmalar doğru deyildi. Onda nə etmək lazım idi? Təbiətdən soruşmaq! Bunu öyrənməyin yeganə yolu təbiətdən soruşub eksperiment aparmaqdır. Təəssüf ki, bizdə skeptik, ekperimental-təcrübi düşüncə, deyiləni reallıqla müqayisə etmək və doğru olan nəzəriyyəni seçmək yoxdur. Yəni elmi metodikanın müəyyən xüsusiyyətlərini öz düşüncə baqajımızın bir hissəsinə çevirməliyik. Ancaq bunlar yoxdur.
- Nədənsə reallıqda biganəyik, virtual həyatda isə aktivik. Bu, sosial şəbəkələrdə xüsusilə açıq görünür. Səbəbləri nədə görürsünüz?
- Çox səbəblər var. Bütün insanlar müəyyən bir rol oynayırlar. Hər kəsin özü haqqında yaratdığı imaj var, bunu isə Facebookda nümayiş etdirmək, qorumaq daha asandır, nəinki real həyatda. Bu mənada Facebook bir növ tatmin-doyum imkanı təmin edə bilər. Başqa bir səbəb odur ki, reallıqda münasibət bildirmənin çətinliyi qarşısında virtual reaksiya nümayiş etdirmək çox asandır. Bu, ilkin mərhələdir, insanlar hələki müzakirə edirlər, müxtəlif fikirlərlə tanış olurlar. Ola bilsin ki, müzakirələr onların düşüncəsini dəyişib gündəlik həyatında da dəyişikliyə də səbəb olsun.
- Son hadisələrdə qadına aqressiv münasibətimiz aşkarlandı, mən Xəzər Universitetinin hörmətli rektoru Hamlet İsaxanlının qızına qarşı münasibəti nəzərdə tuturam. Səbəb mentallıqdadır, yoxsa dünyəvi cəmiyyətə hazır olmamağımızdır?
- Ənənəvi cəmiyyətlərin problemi ondadır ki, onlar müxtəlifliyə, fərqliliyə imkan tanımırlar. Ənənəvi cəmiyyətin zehnində bir qadının gecə saat 4-də küçədə olması yolverilməzdir. Başqa tərəfdən biz ənənəvi cəmiyyətlərə baxsaq görərik ki, herarxik şəkildə bir şiddət tətbiqi var, o cümlədən, dezavantajlı qruplar dediyimiz heyvanlara, uşaqlara qarşı bir şiddət var. Şiddət ənənəvi cəmiyyətlərin bir xüsusiyyətidir. Bütün canlıların birliyini qəbul edəndə insan heyvanlara və zəiflərə qarşı da şiddət tətbiq etməz. Son hadisədə işin hüquqi tərəfinə baxmadan ilk olaraq qurbanı ittiham etməyə çalışdılar. Sanki cəmiyyət şüuraltı olaraq qəbul edir ki, qurban o vəziyyətə düşməməlidir. Əgər qadın günahlandırılırsa, bu, həm də qarşı tərəfə haqq qazandırmaq mənasına gəlir. Belə nəticə yaranır ki, hüquq müəyyən gün, saat və məkanla məhdudlaşdırılır. Halbuki hüquq 24 saat ölkənin hər yerində, hətta evdə də qorunmalıdır. Hər kəs bunu qəbul edərsə, bəlkə cəmiyyətdə müsbətə doğru dəyişikliyə ehtimal var. Çox sadə şəkildə “şiddət yolverilməzdir” demək yerinə hər kəs özəl həyatı araşdırmağa başladı. Belə çıxır ki, bəzi insanların gecə saat 4-də küçədə olmaq imtiyazı varkən bəzilərinin yoxdur. Bu da hələ ənənəvi cəmiyyət olduğumuzu göstərir, yəni məkan ictimai sahə sayılmır, sadəcə, imtiyazlı bir sahədir. Sadəcə, insanların  müəyyən qədər və müəyyən saatda orda olmaq hüquqları var.
- Ənənəvi cəmiyyəti dəyişmək üçün çoxmu zaman lazım olacaq?
- Ən gec dəyişən şüurdur. İnsanın şüuru, mentaliteti, təfəkkür tərzi çox gec dəyişir. Cəmiyyət özünə refleksiya etməlidir, yəni insanlar cəmiyyətdə baş vermiş xoşagəlməz hallar üzərində davamlı müzakirələr aparmalıdır və refleksiya olunmalıdır. Bir insan anadan olub heç vaxt özünü kənardan  görmədən yaşayırsa, heç vaxt inkişaf edə bilməz və bütün yaş dövründə də eyni cür davranacaq. İnsan həm də özünü müşahidə etməlidir, yəni bir insanda iki insan olmalıdır- biri faktiki hərəkət edən, aksiyada olan insan, digəri isə müşahidə aparıb onu korrektə edən. Bizdə müşahidəçi insanın mexanizmi yoxdur. Baxın, bütün siyasi mübahisələr “hansı dövlətin tərəfində olmalıyıq” sualı üzərində gedir. Müxtəlif qruplar var və hər kəs bir dövlətin tərəfin tutur.  Qəribə bir vəziyyət yaranıb, bütün böyük güclərin tarixində şiddət, qanun pozuntusu var, iki tərəf bir-birini ittiham etdikdə, müdafiə etdiyi dövlətin qanun pozuntularına göz yumur, onun yaxşı tərəfini qabardır. Digər tərəf isə hücum edəndə onun qanun pozuntularını hədəfə alır, yaxşı tərəfini qabartmır. Əslində bu dövlət bizim olduğu üçün cəmiyyətimizi də özümüz qurmalıyıq. Amma kənardan baxırıq. Ola bilsin ki, insan taleyini öz əlinə almadığından cüt səbrlə, yolunun üstündən pişik keçməsiylə, ulduz falıyla çox maraqlanırıq. Yəni həyatımızın kənar parametrlərdən asılı olduğunu çox düşünürük, bu da siyasi təfəkkürə transfer olanda xarici ölkələrin Azərbaycanı xilas edəcəyini düşünürük. Halbuki heç bir xarici ölkə bizi xilas etməyəcək və hər birinin bizə münasibəti də oxşardır. Hesab edirəm ki, siyasi düşüncə yayılmalıdır. Modernizmin bir mərhələsi də modern dövlətlərin ortaya çıxmasıdır. Modern dövlət də süni bir icaddır. Massimo Azelyo deyirdi ki, biz İtaliyanı yaratdıq, indi italyanları icad etmək lazımdır.
- Mən elə tarixilik məsələsinə gəlmək istəyirəm. Bugünlərdə Babəklə bağlı müzakirələrdəki yanlış yönəlmələri yəqin ki, izlədiniz. Necə qiymətləndirirsiniz?
- Bir misal çəkim. Pivə fabriki reklam verir: bizim şüşələrimiz buxarla yuyulmuşdur. Əslində, yanlış heç bir şey yoxdur. Sadəcə, ictimaiyyəti çaşdırırlar. Bu, standart prosedurdur, bütün şüşələri buxarla yuyulur. Yəni səhv bir şey demir, olmalı olan bir şeyi reklam üçün istifadə edir. Həmin müzakirələrdə “VIII əsrdə Azərbaycan dövləti yox idi” söyləmək çox gülməli bir iddiadır. Çünki həmin dövrdə milli dövlətlər anlamında heç bir dövlət yox idi. Həmin əsrlərdə dini, siyasi imperiyalar vardı. Milli dövlət XVII-XVIII əsrlərdə, xüsusilə aydınlanma dövründə, insanların siyasi nəzəriyyələr üzərində düşünməyə başladığı zaman yarandı. O dövrdə fərdiyyətçilik ortaya çıxırdı və qəbul edilirdi ki, idarə olunmaq üçün insanın icazəsi alınmalıdır. Yəni insan onun idarə olunacağı şəkildə iştirak etməlidir və razılığını bildirməlidir. Buna görə də siyasi nəzəriyyələrin ortaya çıxmasıyla müzakirələr və mübahisələr yarandı. Hətta bəzi dövlətlər bəzi dövlətçilik ənənələrini icad edirlər. Məsələn, parlament binasını qotik üslubda tikirlər. Halbuki qotik üslub orta əsrlərin üslubudur və şüuraltına dövlətin qədimliyi ilə əlaqədar mesaj verir. Bu mənada “VIII əsrdə Azərbaycan dövləti yox idi” söyləmək siyasi savadsızlığa işarəsidir və insanları çaşdıraraq başqa mənafelərə xidmət etməkdir. VIII əsrdə Azərbaycan adlı dövlətin olmaması faciə deyil, bir çox dövlətlərin yaşı 200 ili keçmir. Inkişaf etmək üçün də keçmişə bağlanmaq, keçmişdən legitim almaq şərt deyil. Möhtəşəm bir keçmişi olan, amma bu gün heç də yaxşı vəziyyətdə olmayan dövlətlər və xalqlar da var. Yaxud əksinə, möhtəşəm keçmişi olmayan, amma bu gün yaxşı bir cəmiyyət quran dövlətlər də var. Əhəmiyyətlisi bu gün və sabah üçün nə etməli olduğumuza qərar verməkdir.
- Son vaxtlar maarifçilik və intellektuallıq ətrafında mübahisələr yaranıb. Bunlar arasında fərq hansı məsafədədir ki, belə bir mübahisə doğurub?
- Mən maarifçilik termininin istifadə edilməsinə qarşıyam. Çünki maarifçilik termini ötən əsrin əvvəlində ideoloji səbəblərlə oxuma, yazma vərdişinin aşılanması prosesini xatırladır. O zaman əhalinin böyük hissəsi oxuma və yazma bilmirdi. Ona görə əlifbanı öyrətmək və bunun ardınca müəyyən ideoloji düşüncələri insanlara mənimsətmək məqsədi güdürdü. Bu mənada XVIII əsrdə Avropada baş vermiş Aydınlanma prosesini referans götürüb aydınlanma deyilməsinin tərəfdarıyam. Düzdür, bütün uğurlar həmin əsrdə əldə edilmədi. Amma əvvəl nəzəriyyələr gəlir, insanlar əvvəlcə bir şeyə qane olub inanmalıdırlar. İnam da XVIII əsrdə başladı. O zaman kütləvi surətdə qadınların hüquqları barədə yazdılar, ilk sistematik feminist yazarlar ortaya çıxdı, köləliyin ləğv edilməsi haqqında ciddi əsərlər yazıldı, siyasi idarəetmənin necə olması barədə müzakirələr və mübahisələr oldu. Mən bu məqamda Kantın məşhur “Aydınlanma nədir” essesini xatırlayıram. Kant tərifi belə verir ki, aydınlanma, insanın öz-özünə təlqin etdiyi zehni yetərsizlik halından azad olmasıdır. Yəni düşüncənin qarşısında ən böyük əngəl zehnin qıt olması deyil, fikri cəsarətin olmamasıdır. Insanlar zehni tənbəl olduqları üçün hər zaman ortaya çoxlu vasitəçilər qoyurlar.  Bu vasitəçilər onların yerinə düşünür, klişelər, doqmalar yaradır. İnsanlar da onları mənimsəyərək həyatlarını o prinsiplərlə davam etdirməyə çalışırlar. Halbuki Kantın, Mendelsonun dediyi o idi ki, hər bir insan öz ağlından istifadə etməyi öyrənməli və hər sahədə istifadə etmək azadlığı olmalıdır. Bu gün aydınlanmaya maarifçilik adını qoyub aqressiya göstərmənin müxtəlif ideoloji səbəbləri var. Çünki bəzi insanların hazır ideoloji modelləri var. Onlar bir an öncə bu ideoloji modellərin insanlar tərəfindən mənimsənilməsini istəyir. Ona görə aydınlanmanı kiçik göstərməyə çalışırlar. Ancaq öz ağlını istifadə edə bilməyən insanın seçimi qüsurludur. Insan ən azından müəyyən minimum müqayisə etməni bilməli, minimum məlumat bazasına sahib olmalıdır ki, özü seçim edə bilsin. Kimsə onun yerinə seçim edib ona müəyyən bir fikri təlqin edə bilməsin. Bu mənada aydınlanmaya qarşı bütün ideologiyalarda aqressiyanın yaranması normaldır. Amma biz insanın sosial və təbiət elmləri mövzusundakı biliklərinin mümkün qədər artırılmasına çalışmalıyıq. Çünki iqtisadiyyatın, sosilogiyanın, təbiətin qanunları insanın insan kimi formalaşmasında, onun təbiətinin tam reallaşmasında yeganə kömək və bilgi mənbəyidir. Bilgi dediyimiz əslində sadəcə elmi bilgidir. Digərləri assosiasiyalardır, şüuraltı çağırışımlardır, əhval-ruhiyyələrdir. Biz bu tərz “bilgi” qaynaqlarına baxdıqda, onların çox ciddi şübhəyə açıq olduğunu görürük, təkrar edilə bilir deyil, sınana bilir deyil, bəzi şəxslərə özəldir və onların analiz edilib sorğulanması istənmir. Sadəcə, inanılması istənilir. Ona görə düşünürəm ki, gələcəyə yönəlik, ilk növbədə elmi, skeptik və fəlsəfi düşüncənin, həm də elmi bilginin yayılmasına çalışmalıyıq. Insanın elmi bilgidən nə qədər çox xəbəri olarsa, o qədər doğru seçim edib öz yerinə qərar verə bilər. 

Mənbə: (XƏBƏR365) - Xəbər365 Analitik İnformasiya Mərkəzi Müəllif: XƏBƏR365
“Maarifçilik, termininin, istifadə, edilməsinə, qarşıyam”,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
"Paşinyan Azərbaycanla sülh müvaqiləsi bağlamaq üçün tələsməlidir" - Ay Partiyanın başqan müavini
Bu hiylələrə uymaq olmaz - AY Partiya Başqanı
“O torpaqlarda hələ də Azərbaycan bayrağı dalğalanmırsa...”
Hər bir xalqın eşidilməyə ehtiyacı var - Anar Əsədli
Fransaya nota verilməlidir - AY Partiya Başqanı
"Diplomatiya taliblərə qələbə qazandırdı” - Kabil necə çökdü?
"ABŞ növbəti dəfə etibarsız tərəfdaş olduğunu göstərdi..."
“Harada qarabağlı görürəmsə, ona sevinərək baxıram” - MÜSAHİBƏ
Moskvanın itirilmiş mövqeyinin bərpası uğrunda çırpınışları
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir”
AY Partiya Başqanı: Bir daha soyqırımları yaşamaq istəmiriksə...
Anar Əsədli: "Qarabağda ermənilərin də, sülhməramlıların da təhlükəsizliyinin təminatçısı Azərbaycandır"
AYP Başqanı: "1-ci Qarabağ savaşında iştirak edən “OMON”çuların məhbəsdə qalması kimin nəyinə lazımdır?"
“Mənə siyasi suallar verməyin” deyən Məclis üzvləri – Onları parlamentdə kimlər "saxlayır"?
AYP Başqanı: “Rusiyadan dost, rus ordusundan sülhməramlı olmaz”
"Türkiyə ilə Azərbaycan Ermənistanı xaosun məngənəsindən qurtarmağa çalışmalıdır"
“Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
Teymur Rəcəbov: “Sevinc göz yaşlarını gizlətmək çətin olur” - MÜSAHİBƏ
AY Partiya Başqanı: “Avropa Birliyi və NATO Qafqaza Türkiyənin varlığı ilə daxil olacaq”
Oqtay Qasımov: "Xoş olmayan niyyətin ifadəsi..."
Elşad Abdullayev: “Ölkə daxilində səhayətlərə qoyulan məhdudiyyətlər qaldırılsın”
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı