The document has moved here.
|
||
MDB Parlamentlərarası Assambleya Şurasının iclası keçirilib | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Noyabrın 27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası və MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının 51-ci plenar iclası keçirilib.
"Xəbər365"in xəbərinə görə, videokonfrans formatında keçirilən tədbirə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Tacikistan, Özbəkistan nümayəndə heyətləri və bir sıra beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.
İclasda Milli Məclisin sədri, MDB PA-da nümayəndə heyətimizin rəhbəri Sahibə Qafarova iştirak edib. Sonra iclasda COVID-19 pandemiyası ilə əlaqədar MDB iştirakçısı olan dövlətlərdə qanunvericilik sahəsində görülmüş tədbirlər, Avrasiya məkanında iqtisadi inteqrasiyanın vəziyyəti, perspektivləri və onun normativ-hüquqi təminatı, 2021-ci ildə MDB ölkələrinin dövlət orqanlarına keçiriləcək seçkilərin müşahidəsinə hazırlıq, MDB PA-nın AŞPA ilə əməkdaşlığının istiqamətləri, MDB PA-nın 2021-ci il üçün fəaliyyət planı, bir sıra təşkilati və maliyyə məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. |
||
|
||
MDB, Parlamentlərarası, Assambleya, Şurasının, iclası, keçirilib, |
|