The document has moved here.
|
||
Mehman Hüseynovun vəsatəti təmin edilmədi | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Bu gün Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Xeber365.com "Report"a istinadən məlumat verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra M.Hüseynovun vəkilləri Elçin Sadıqov, Fuad Ağayev və Şahla Hümbətova vəsatətlərlə çıxış edib. Onlar müvəkkilinin şüşə qəfəsdən çıxardılıb, yanlarında əyləşdirilmələrini, iclasın audio-video ilə keçirilməsini, həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girov qətimkan tədbiri ilə əvəz edilməsini, məhkəmənin qismən istintaq yolu ilə aparılmasını, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəsisi Musa Musayevin məhkəmədə dindirilməsini, M.Hüseynov saxlanılan zaman Nəsimi RPİ-nin müşahidə kameralarının məhkəməyə təqdim edilməsini və cinayət işinə xitam verilməsini istəyiblər. |
||
|
||
Mehman, Hüseynovun, vəsatəti, təmin, edilmədi, |
|