301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
02 Fevral 2018 - Cümə 11:15 1612 nəfər oxuyub
 
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ
MÜSAHİBƏ Xəbəri
Mehriban Əliyeva ölkənin gələcəyində gənclərin rolunun artmasında maraqlıdır - MÜSAHİBƏ

Xeber365.com Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin 2 fevral - Gənclər Günü ərəfəsində Trend-ə müsahibəsini təqdim edir:

 

- Cəmiyyətin hərəkətverici qüvvəsi hesab olunan gənc nəslin tərbiyəsi və inkişafı ilə bağlı aparılan dövlət siyasətinin əsas istiqamətləri barədə nə deyərdiniz? Hansı proqram və layihələrin həyata keçirilməsi planlaşdırılır?

 

- Azərbaycan dövlətinin gənc nəslin tərbiyəsi və inkişafı ilə bağlı fəaliyyəti həmişə xüsusi xarakter daşıyıb. Bu ənənənin əsası hələ uzun illər qabaq Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Son illərdə də bu istiqamətdə atılan addımlar gənclər siyasətinin yeni dövrə uyğunlaşdırılması xarakteri daşıyır. Dövlətin ən ali rəhbərliyinin gənclər siyasətinə xüsusi diqqət ayırması 2017-ci ildə Prezident Admnistrasiyasının strukturunun yenidən qurulması zamanı bir daha özünü göstərdi, burada Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı. Azərbaycan dövləti ölkə gənclərini sağlam, savadlı, vətənpərvər, müasir, eyni zamanda milli köklərə bağlı görmək istəyir. Dövlətimiz, ölkə başçısı cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva gənclərin müasir dövrün tələbatına uyğun inkişafında, onların ölkənin gələcəyinin qurulmasında rolunun artmasında maraqlıdır. Qəbul olunmuş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan layihə və tədbirlər gəncliyimizin daha böyük uğurlara nail olmasına imkan yaradacaq.

 

- Ölkədə gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədilə "Gənclər evi" sosial xidmət müəssisələri şəbəkəsi yaradılır. Sizcə, "Gənclər evləri" qarşıya qoyduğu məqsədə nail olmaq və bu yöndəki fəaliyyəti intensivləşdirmək üçün hansı addımlar atmalıdır?

 

- "Gənclər evləri" şəbəkəsinin 2007-ci ildə yaradılmasına başlanıb. Gənclərə dövlət qayğısının nümunəsi olan bu müəssisələr Bakı şəhərində və onun qəsəbələrində yaradılmaqla bərabər, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən bir sıra regionlarda da yaradılmış, demək olar, bütün ölkəni əhatə etməkdədir. Hazırda "Gənclər evləri"nin sayı 37-yə çatıb. Əlbəttə, qurulan bu infrastrukturun səmərəli istifadə edilməsi çox vacibdir. Hazırda bu müəssisələrin funksionallığını daha da artırmaq, bu evlərə daha çox gənc cəlb etmək üçün intensiv fəaliyyət həyata keçirilir. Bu məqsədlə "Gənclər evləri" üçün baza proqramı tərtib edilib. Proqrama uyğun olaraq, daha çox tələbat olan təhsil və asudə vaxtın təşkilinə yönəlmiş xidmətlər təklif olunacaq. Elə xidmətlər seçiləcək ki, onlar ya həmin regionda mövcud deyil, ya da özəl strukturlarda olduğuna görə gənclər üçün maddi baxımdan əlçatan deyil. Bu evlərin fəaliyyətinə gənclər siyasətini həyata keçirən bütün tərəfləri cəlb etməklə, rayonların spesifik problemlərinə həsr edilmiş layihələrin mütəmadi icrası təmin ediləcək. Əlavə olaraq, rayonlarda "Gənclər evləri"nin fəaliyyətinin geniş kütləyə təbliği ilə məlumatlılığın artırılması, pulsuz və sürətli internetlə təminat, beynəlxalq və yerli donor təşkilatların burada keçirilən layihələrə cəlb olunması kimi tədbirlər də həyata keçiriləcək. Bütün bu məqamlar deməyə əsas verir ki, 2018-ci ildə "Gənclər evi" layihəsi üzrə fəaliyyət daha da intensiv xarakter daşıyacaq.

 

- "Gənclər siyasəti haqqında" qanuna əsasən, ölkədə yaşı 14-dən 29-dək olan şəxslər gənc hesab olunurlar. Sizcə, bu gün gənclik yaş həddinin qaldırılmasına ehtiyac varmı?

 

- Əvvəla ondan başlayaq ki, heç bir sənəd, qanun insanın ruhən gənc olmasını məhdudlaşdıra bilməz. Qanunla gənclik yaşının müəyyən edilməsi isə dövlət tərəfindən müəyyən vəzifə və səlahiyyətlərin icra edilməsi üçün aydın kriteriyaların müəyyən edilməsi ehtiyacından yaranır. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanda gənclik yaşının müəyyən edilməsi xeyli dərəcədə adaptiv formada həyata keçirilir. Dövlətimiz bir çox hallarda gənclər üçün nəzərdə tutulmuş müəyyən güzəştlərin, proqramların daha çox insanı əhatə etməsi üçün gənclik yaşının yuxarı həddini daha da yüksək götürür. Məsələn, xeyli güzəştlərin şamil olunduğu "gənc alim", "gənc ailə" kimi kateqoriyalar müəyyənləşdirilərkən heç də 29 yaş deyil, 35 yaş yuxarı hədd kimi müəyyən edilir.

 

Hazırda Azərbaycanda mövcud olan qanunla müəyyən edilmiş gənclik dövrü dünyada ən optimal variantlardandır. Burada ölkənin xüsusiyyətləri də nəzərə alınmalıdır. Məsələn, bəzi Cənubi Amerika və ya Afrika ölkələrində gənclik yaşının aşağı həddi 12, bəzən 11 yaşa qədər enir. Bu, həmin ölkələrdə insanların əmək fəaliyyətinə həddən artıq tez başlaması ilə izah oluna bilər. ABŞ-da, Avropanın əksər ölkələrində gənclik yaşı qanunla 14-25 yaş arasında müəyyən edilib. Nəzərə alsaq ki, bu ölkələrin bir çoxunda əhalinin qocalma problemi ciddi məsələ kimi gündəlikdədir, bu zaman bu interval çox dar görünə bilər. Rusiyada təqribən Azərbaycandakı kimi, 14-30 yaş arası vətəndaşlar rəsmən gənc hesab edilir. Bir sözlə, demək istərdim ki, ölkəmizdə qanunla müəyyən edilmiş gənclik yaşı mövcud reallığa tam uyğundur.

 

- Hər zaman aktiv həyata meyilli olan Azərbaycan gənclərinin asudə vaxtlarının təşkili istiqamətində işlər necə qurulur və bu sahədə hansı işlərin ğörülməsi nəzərdə tutulur? Sizcə, bu gün Azərbaycan gənclərinin əsas problemləri nələrdir?

 

- Əlbəttə, bütün dünyada olduğu kimi, ölkəmizdə də gənclərin həllini istədiyi problemlər var. Hesab edirəm ki, Azərbaycan gəncliyi istənilən problemi özü həll etmək iqtidarındadır. Dövlət bunun üçün münbit şərait yaratmalıdır və bütün fəaliyyətimiz buna istiqamətlənib. İstənilən problemin effektiv həlli bu problemi düzgün müəyyən etməkdən, yəni diaqnostikadan asılıdır. Buna görə də əvvəlcə hansı problemlərin mövcud olduğunu öyrənmək qərarına gəldik. Bu işə peşəkarları cəlb etmişik. 2018-ci ildə paytaxt və regionlarda yaşayan 16-29 yaşlı gənclər arasında sorğu, o cümlədən onlayn sorğu keçirib təhsil, asudə vaxt, sosial həyat, səhiyyə, idman, hərbi vətənpərvərlik, mədəniyyət və incəsənət, məşğulluq sahələrindəki çətinlikləri aşkar edib həll yollarını tapmağı planlaşdırırıq.

 

- Azərbaycan gənclərinin dünya gəncləri ilə qarşılıqlı əlaqələrinin inkişafı üçün yeni platformalar açacaq hansı yeni tədbirlər, təşəbbüslər, layihələrin reallaşdırılması planlaşdırılır?

 

- "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda yer alan müddəalardan biri də dövlətin vəzifələri sırasında Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərlə qarşılıqlı əlaqələrin inkişafına imkan və şəraitin yaradılmasını nəzərdə tutur. Buna uyğun olaraq Azərbaycan gəncləri dünyada baş tutan bütün vacib tədbirlərin fəal iştirakçılarıdır. Bu, istər idman tədbirləri, istər bilik yarışları, istərsə də müxtəlif ölkələrdəki yaşıdları ilə müxtəlif platformalarda olan görüşlər, seminarlar, konfranslardır. Azərbaycan da bir çox hallarda belə tədbirlərin ev sahibi olur. Nümunə kimi deyə bilərik ki, 2016-cı ildə Gəncə "Avropanın gənclər paytaxtı" adını daşıyırdı. Bu münasibətlə Azərbaycanın qədim şəhərinə bütün qitədən yüzlərlə fəal gənc qonaq gəldi, ölkəmizlə yaxından tanış oldu. Bu çərçivədə müxtəlif mədəni tədbirlər həyata keçirildi.

 

Azərbaycan gəncliyinin təşkilatlanması, müxtəlif tədbirlər vasitəsilə dünyadakı yaşıdları ilə əlaqələri yüksək səviyyədədir. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa Gənclər Forumu, Dünya Gənclər Assambleyası kimi nüfuzlu təşkilatların üzvü və fəal iştirakçısıdır. Gənclərimiz beynəlxalq təşkilatlarda təmsil olunmaqla həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir platforma əldə edirlər. Keçirilən müxtəlif tədbirlərdə gənclərimiz ölkəmizin mədəniyyətini, idmanını, elmini təmsil etməklə bərabər, Azərbaycanın əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda da respublikamızın haqlı mövqeyini ifadə edirlər. Son illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasında minlərlə gənc fəal iştirak edib. Bu kampaniya çərçivəsində 2018-ci ildə də böyük tədbirlər nəzərdə tutulub.

 

Bildiyiniz kimi, ölkəmiz 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini irəli sürüb. Sərginin mövzusunun "İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin qurulması" olması ölkəmizin gənclərə, onların inkişafına verdiyi əhəmiyyəti bir daha vurğulayır. Azərbaycan gəncləri də öz növbələrində, ölkəmizin beynəlxalq təşəbbüslərinin dəstəklənməsi sahəsində səylərini əsirgəmirlər və inanıram ki, Avropa Oyunları, "Formula-1" və ölkəmizdə keçirilən digər qlobal əhəmiyyətli tədbirlərdə olduğu kimi, Azərbaycanı yüksək səviyyədə təmsil etməyə davam edəcəklər.

 

Və sonda, gənclərimizi 2 fevral - Gənclər Günü münasibətilə təbrik edirəm, Azərbaycan naminə fəaliyyətlərində uğurlar arzulayıram!

Mənbə: Müəllif:
Mehriban, Əliyeva, ölkənin, gələcəyində, gənclərin, rolunun, artmasında, maraqlıdır, -, MÜSAHİBƏ,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
“Bu ərazilər nəzarətə alınsa Laçın dəhlizi...”
Siyasi analitik: “Türkiyə Fransanın təhdid və şantajlarına boyun əyməyəcək” - Müsahibə
"Demokratik islahatların inqilaba çevrilmədən gerçəkləşməsinin tərəfdarıyıq" - Anar Əsədli
Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq
Dilçilik İnstitutuna uzanan dillər: obyektiv və subyektiv səbəblər
Azərbaycanda unikal cərrahiyyə əməliyyatı həyata keçirildi (FOTOLAR)
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
Onda elə bilirdim dünya dağılıb, yaşaya bilmərəm – Nəsibə Abdullayevayla müsahibə
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
Əvvəlki kimi yuxarılar idarə etməkdən, aşağılar idarə olunmaqdan zövq alırlar - Fazil Mustafayla müsahibə
Özbəklər bizi belə sevdiyinə görə burdakı ermənilər bizdən çəkinir – Azərbaycanlının Özbəkistandakı 18 illik həyat yolu
Özbəkistanda bir erməni öldürülsə, mən günahkar bilinərdim... - Özbək tarixçiylə müsahibə
Heydər Əliyev o vaxt məni Moskvaya göndərməsəydi... - Azərbaycanın səfiriylə müsahibə
Bizdə sağlamlıqdan başqa hər şeyə pul xərcləyirlər - Məşhur radioloq
Quska zorakılıq edib, amma mənə qarşı yox... - Sərdar Cəlaloğlu yazılanları təkzib etdi
Rəşad Məcid: Biz həmişə belə olacağıq, ağır, təmkinli, sanballı...
Rauf Arifoğlu: Azərbaycanda prezidentlər, hakimiyyətlər əvəzləndi, qəzetimiz isə...
Vəliəhdə sui-qəsd belə edilə bilər - Aida Qəmbər
Qarabağ
Mənim rəqibim İlham Əliyevdir, müxalifət namizədləri yox... – İsa Qəmbərlə müsahibə
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
Tarix dərsliyindəki xəritə qalmaqalı Ermənistan mediasında – Nəyi doğru etmədik?
Prosineçki məğlubiyyəti belə şərh etdi
Tarix dərsliyində Ermənistan xəritəsi: nöqsan, yoxsa süni ajiotaj?
İki gürcünü rusca danışan görməzsiniz, azərbaycanlılar isə... – Hamlet İsaxanlı
Müəllimlərə vəd edilən dərs saatları niyə verilmir? – ARAŞDIRMA
Ağıllı olmaq üçün kürü yox, zeytun yağı yeyin – İlber Ortaylının müsahibəsi
Alim Qasımov erməniylə eyni səhnəni bölüşəcək? - MÜSAHİBƏ
İstəyir ölkəyə 50 milyard dollar gəlsin, mənası nədir?
Poroşenkoya səhvini başa saldılar - Saakaşvilini indi nə gözləyir?
Cəfər Axundzadə: Kinostudiya filmləri rəfə qoymaq üçün çəkir?
Çingiz Abdullayev "26" kafesi barədə: İsraildə, ABŞ-da, Rusiyada bizə gülürlər
Lütfi Zadə azərbaycanlılar üçün nə etməliydi?
Mehman Əliyevi müxalifətçi hesab eləmirəm, onun hakimiyyətə münasibəti... - Pənah Hüseynlə müsahibə
Hər şey göründüyü kimi deyil, arxada ciddi proseslər gedir - Vahid Əhmədov
131.746 Suriya ərəbi doğma, yüzlərlə Azərbaycan türkü ögey oldu
Rusiya Türkiyənin sözünü eşitsə... – Qabil Hüseynli
Məndən siyasi analiz verməyimi istəməyin
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
Universitetlərin köçürüləcəyi yerlər məlum oldu – QƏBƏLƏDƏN REPORTAJ
Bunu açıqlamaq Məleykə Abbaszadənin vəzifə borcudur – Vurğun Əyyub
O vaxt testlə qəbulu ədalətin bərpası üçün tətbiq etmişdik – Firudin Cəlilov
Hamlet İsaxanlı: “Test üsulu ləğv oluna bilməz”
Məktəbli geyimi alarkən aldanmayın! – Qiymətlər
O vaxt Elçibəyi Türkiyəyə gətirməsəydim... - Enis Öksüzlə özəl müsahibə
Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür
Güntay Gəncalp elm adamlarıyla qadın adıyla yazışaraq onları şantaj edir - İDDİA
Arvadını döyən kişini kim cəzalandırmalıdır: qanun yoxsa qohum-əqrəba?
Artıq it hürən tərəfə getmək ölüm deməkdir - Araşdırma
Ələsgər Məmmədli: Hökumət “Turan”ı bağlamaqla milli dayaqları sarsıdacağını bilir
Yanvar hadisələrindən sonra Beycan Fərzəliyevi AXC-dən uzaqlaşdırdılar - Pənah Hüseyn
Trampın Qarabağa aid bəyanatı Azərbaycana nə vəd edir? – AÇIQLAMA
İran istəsəydi, Ermənistanının işğal faktı ortadan qalxardı - TOFİQ ZÜLFÜQAROV
“Bakcell qurbanları” şirkətə nə qədər pul qazandırır? –NARAZILIQ
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ
Ölkə rəhbərliyinə yanlış məlumat veriləcəkdi - Ancaq alınmadı...
Qəbələnin ən böyük yanacaqdoldurma məntəqələri bağlandı – REPORTAJ
Əli Həsənovun nəvəsinin əvvəlki davranışları istintaq mövzusu ola bilər - AÇIQLAMA
Vaqif Əsədov: Artıq vəzifəli şəxslər bizə xahişə gəlmirlər, qorxurlar...
Kərküklü millət vəkili Azərbaycandan kömək istədi: Kərkük türklərinin buna ehtiyacı var
Xaricdə hər kəs bizdəki kinofestivallar barədə soruşanda utanırdım...
İran-Ermənistan sazişi Azərbaycana qarşı razılaşdırılıb – POLİTOLOQ
Rusiya-Ermənistan ordusu Azərbaycana qarşı döyüşə bilməz - MÜSAHİBƏ
Ermənilər Türkiyədə kəşfiyyata başlayıb - Din pərdəsi altında
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif
Rusiya bununla Azərbaycana təzyiq göstərə bilməz - POLİTOLOQ
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ
Türkdilli dövlətlərin başçıları görüşəndə rusca söhbət edirlər - QULU MƏHƏRRƏMLİ
Kinonun biznes kimi inkişafını istəyiriksə, biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq
Uşaqlarımızı rus məktəbinə göndərmək günah, milli xəyanətdir – SABİR RÜSTƏMXANLI
Fatih Birol: Neft hasilatçılarının cəhdləri boşa çıxdı - MÜSAHİBƏ
AHT Azərbaycanın lehinə qərar çıxardı - 1 il də vaxt verildi
Cavanşir Quliyev: Umanlar umduqlarını ala bilmədilər deyə Elçibəyə düşmən kəsildilər
Əli İsa Cabbarov: Kinostudiyanın direktorunu kollektiv seçsin
“Pərdə”nin rejissoru: Filmlər olmasaydı, hələ də küçədə veyillənən avaranın biriydim
BU OYUNDA KİM UDUZDU: Azərbaycan mediası, yoxsa Zaxarova?
Türkiyə vətəndaşından Mehriban Əliyevaya müraciət – Onu kimlər incidir?
Açıq yara kimi yaşamaq çox çətindir... – LEMAN SAM
Krediti olanlar da sosial ev ala biləcək - Vüqar Bayramov
AKP-li millət vəkili Ünüvar: “Türkiyə qazandı”
İSTİQLAL HƏRƏKATÇISININ QƏRİB MƏZARI TAPILDI
"Atatürk düşmənçiliyi Atatürk sevgisini artırır"
Səfirin cavabları erməni jurnalisti əsəbləşdirdi: Varlığınızdan xəbərim olmayıb
Beş düşmən tankı, dörd mühasirə və qazi DÖNMƏZ
“Bizə o hədiyyələri Azərbaycan səfirliyi yox, Zakir Qaralov bağışlayıb”
Bu, Türkiyənin Rusiya ilə əməkdaşlığına mənfi təsir edə bilər - MÜSAHİBƏ
Sarkisyan ermənilərin qanını tökər, amma geri çəkilməz – POLİTOLOQ
"Kərkükdə Kürdüstan qururlar, amma Türk dünyası çal-çağırdadır"
Mehman Hüseynovun vəsatəti təmin edilmədi
Kərkük millət vəkilindən kürd bayrağıyla bağlı AÇIQLAMA
Hikmət Hacızadə: “Xalq narazıdır, kiminsə başını istəyir”
NATO Əfqanıstanda İŞİD-ə qarşı əməliyyat keçirdi
İlham Əliyevin o sözünü türk xalqı bu gün də unutmur – Türkiyəli millət vəkili
Jirinovski ölmədən o sözləri təkzib olunacaq – MÜSAHİBƏ
Prezident kreslosunda başqa qərarlar verməyə məcbursan – Toğrul İsmayılla müsahibə
Türk insanı AKP-yə “hə” deyər, başqanlığa səs verməz
Rəhman Bədəlovdan iddia: “Ermənilər bizim düşmənimiz deyil”
“Türkiyə ölüsünü ən tez basdıran ölkədir” – Tuncel Kurtiz
Vaqif Nəsib: Anarın özü şər, yaradıcılığı xlorlu su kimidir
Məhsa Mehdili: Parçalanmanı bir tale kimi qəbul edib yaşamayaq
Fatih Kısaparmaq Elçibəyə niyə yalan danışıbmış? – XATİRƏ
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın”
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə...
Məmməd İsmayıl: “Vətəni altımızdan kilim kimi çəkdilər”
Elmir Əkbər: “Dəyanəti danışdıqlarına görə bu cür cəzalandırdılar”
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib”
Prezidentin çıxışı gündəmdə: Mərkəzi Bank əməkdaşları niyə cəzalandırılmır?
Musa Yaqub: Mən öz siyasətimi şeirimlə həyata keçirirəm
“Rus qoşunlarının Bakıya gətirilməsində Mütəllibovun birbaşa məsuliyyəti var”
“Tramp Qarabağ məsələsində təşəbbüsü Rusiyaya verəcək” – MÜSAHİBƏ
Mehriban Ələkbərzadə: “Deyirlər günəş doğacaq, palçığa döz, dözə bilmirəm…”
Vitse-prezidentlər ölkəni böhrandan çıxara bilərmi?
Yusif Halaçoğlu: “Türkiyə diktatorluq istəyirsə, vay onun halına” - MÜSAHİBƏ
Ramiz Rövşən: “Adam anasından necə küsürsə, mən də Allahdan elə küsürəm”
“Türkiyədəki təhlükə Azərbaycana da təsir edə bilər”
“İntellektual qadınlar bu ölkədə xoşbəxt ola bilmir”
Azərbaycan xalqı bizi sevir, çox istərdik ki, dövləti də bizi sevsin
İqtidarın sözünü deməyəndə dəstədən çıxdaş eləyirlər, müxalifətin sözünü deməyəndə satqın çıxarırlar
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi?
“Cümhuriyyət”in köşə yazarı: “Kənan Evrən Atatürkün adından pis məqsədlər üçün istifadə etdi”
Sabit Bağırov: “Hər şeyi kitabımda aşkara çıxaracağam”
Sıla: “Özümü bu ölkədə yadplanetli kimi hiss edirəm”
“İnsanilik elanıyla yaranan dinlərin hamısı tədricən zülm aparatına döndü”
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
“Yaraşıqlı futbolçulara baxırdım”
Tofiq Zülfüqarov: “Artıq hansısa proseslər gedir...”
“Demokratiyanı, aydınlığı oğurluğa, terrora qarşı qoyacağıq”
Deputat səhv ayağı kəsən həkimə 10 il həbs tələb etdi
Böyük Britaniyanın qərarı Azərbaycana nə vəd edir? - Tofiq Zülfüqarov cavablandırır
Manatı sərbəst buraxmaq lazımdır... Harda dayandı, dayandı
"Elm azad olmayanda adların qarşısında professor, akademik yazılmasının mənası yoxdur"
Yaxın gələcəkdə Gürcüstan Şərqi Avropanın kino-məkanına çevriləcək
Fuad İbrahimov: “Ölkədə iqtisadiyyatın kiçilməsi tənəzzülü daha da dərinləşdirəcək”
Orlando qətliamı seçkilərin taleyini dəyişəcəkmi?
"Qanun"a niyə təzyiq olunur?
“Qazandıqları gəlirin bir qismini belə Azərbaycan üçün xərcləməyənlər prezidentlə bolluca şəkil çəkdirirlər”
“Onlar həmişə uşaq kimidirlər”
“O, İntizam Komissiyasının sədri olanda deputatlar bir-birini şapalaqlayırdı”
"Kamil qayıdıb görsəydi ki, Dilarə başqası ilə yaşayır, neyləyərdi?”
“Məğlubiyyət yetimdir, onun sahibi olmur”
“Elçibəyi tənqid edənlərin əksəriyyəti vəzifədə özlərini doğrultmayan uğursuzlardır”
"Elçibəy prezident seçiləndə dövlətin yalnız adı, 156 əsgəri, 10 milyon rublu vardı"
Sabir Rüstəmxanlı: Niyə ermənilər bacardı, türklər yox?
“Ramiz Mehdiyev məqaləsində ABŞ rəhbərliyini nəzərdə tutmayıb”
“İndi Rəsulzadəni İrəvanı ermənilərə verməkdə suçlayanları gələcək nəsillər çox şeydə suçlayacaq”
"Azərbaycan "yırtıq hovuz"a nə qədər su töksə də, dolmayacaq"
Məntiqli nəticədir ki, SOCAR bu gün xaricdə nümayəndəliklərini bağlayır
“Nə o, nə də mən reytinq xatirinə şpaqat açan jurnalistlərdən deyilik”
Azərbaycan “Avroviziya”da iki hədəfdən hansına çatdı?
Qurultay iyunun əvvəlində baş tutacaq
“Vergi sistemində araşdırmaya və islahatlara ehtiyac var”
Sənət adamının cənazəsi hardan götürülməlidir? – Müzakirə
“Artıq söz o gücdə deyil, mənası itib. O sözü deyən adamların özlərinin təmizliyinə inanmaq olmur”
“Bu, Rusiyanın yox, Ermənistanın kiçik bir oyunudur”
“O uşaq ölsəydi, bir də foto çəkməzdim”
“Qarabağ danışıqları prosesinin nəticəsizliyi danılmaz faktdır”
“Həsənov Sarkisyanı danışıqlar masasına gətirməli, Məmmədyarov isə masada işi həll etməlidir”
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar”
Kitab mağazaları bağlanmaq təhlükəsiylə üz-üzə
“Artıq Azərbaycan qadını zorakılığa dözmür, çünki...”
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi"
“Cəsarət insanı uğura aparan ən vacib keyfiyyətdir”
“Bu münaqişənin yaranmasında Rusiyanın da rolu, yeri var”
"Məqamdır, sonuna kimi getməliyik" - Mübariz Tağıyev
“Kuba dəyişikliklər ərəfəsində olan ölkədir”
Qulu Məhərrəmli: "Başa düşmürəm, nəyə görə AzTv-nin sədri məni məhkəməyə verir"
"Təəssüf ki, məni tez buraxdılar..."
Tofiq Yaqublu: "Demokratiya uğrunda daha əzmlə mübarizə aparmalıyıq" [Video]
Anar Məmmədli: "İctimai anlamda daha çox xeyir verə bilərdim..." [Video]
Rəşadət Axundov ilk dəfə hansı xəbəri xeber365-ə açıqladı? [Video]
Vurğun Əyyub: "Azərbaycanda özünü vətəndaş və ziyalı sayan insanların hər biri Qulu Məhərrəmlini müdafiə etməlidir”
"Heydər Əsədov kimi adamları idarəetmədən kənarlaşdırmaq lazımdır"
“Rusiya Azərbaycanı təsiri altında saxlamaq üçün Talışıstan məsələsindən istifadə edir”
“Özümüzü Suriya bataqlığına saldıq, indi orda çabalamaqdayıq”
“Belarus hələ də Rusiya təsirinə açıq olan və məruz qalan yeganə ölkədi”
“Elçibəy dövründə Tehranda Azərbaycan kitab evi açılmışdı”
“Sponsorlar türkcə uzunmetrajlı filmlərə maliyyə ayırmağa maraqlı deyillər”
"Əgər Bayır-Bucaq PYD-nin əlinə keçsə, Ağ Dənizə qədər kürd dövləti qurular"
10 18:34:09 FEVRAL "Hamı elə fikirləşdi ki, qadın bir şey istəyir, amma əslində çox şey istəyir"
Aktyor böyrəyini satmaq istəyir - VİDEO
"Aktyorlar, teatr işçiləri ən müdafiəsiz camiəyə çevrilməməlidir"
“Azərbaycan Suriyanın, Liviyanın vəziyyətinə düşə bilər”
“Xəbərə münasibət bildirmək aparıcı üçün qeyri-peşəkarlıq sayılır”
Fuad İbrahimov:
“Mərkəzi Bank ölkədəki böhranı tənzimləyə bilməz, MB bazara yalnız manatla daxil ola bilər, dollar buraxası deyillər ki”
Ölkə hüquqşünasları “Azərbaycan” qəzetindəki məlum yazıya münasibət bildirdi.
Şimali Koreya kinosunun tarixi boyunca heç bir filmdə heç vaxt heç kim öpüşməyib
“Şairə necə yazmaqla bağlı məsləhət verənlər tarix qarşısında məğlub olublar”
"Kəşfiyyat xidmətinin müstəqil olmağı vacib idi"
Təhlükə sadəcə həbs olunmaq deyil, ev alıb, qələmini biryolluq satılığa çıxarmaq və problermlərin səfindən uzaqlaşmaqdır
Mirvari Qəhrəmanlı: “Əgər qasırğa haqda məlumat verilmişdisə, onlar getməməli idilər”
“Gənclik Rəsulzadənin səsini telefonunda saxlayır, onun fikirləri ilə böyüyür”
“İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
Paris terrorunun ikiyə böldüyü Azərbaycan toplumu
Şəhriyar Del Gerani “Vicdansız adamın yanında dayanıb, gözəl mətn yaza bilməzsən”
Rəsulzadənin Gəncədəki büstü niyə örtülüb: qısqanclıq, yoxsa abadlaşma?
Nobel: siyasi yoxsa sülh mükafatı
Mirzə Sakit: “Şamaxıda 87 yaşında gənc anam üçün darıxıram”
Ruslan İzzətli: “Tək çarə demokratiyadır”
“İslam dini kişi ilə qadını bir-birinin libası, örtüsü kimi qələmə verir”
Telekanallarda şou verilişləri niyə bağlanır, məhdudiyyət, yoxsa islahat?
“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
“Təhsildə islahatlar əsas hədəfim olacaq”
Fazil Mustafa: “Siyasi məhbus Soljenitsın idi. Bunlar….”
Tural Abbaslı: "“Mən siyasətə qarışmıram” ifadəsini işlədən bir cəmiyyətdə siyasət artıq sıfırdır"
İŞİD terrorundan ən qazanclı çıxan kürdlər oldu
“İdmana sərf olunan vəsaitin yüzdə biri kinoya ayrılsa, yüz qat artıq uğur qazanarıq”
"Rusiya belə hakimiyyət qoruyandısa, Yanukoviçi qoruyardı" [Video]
“Şeytan Allahı təmizə çıxartmaq üçün uydurulmuş obrazdır” (18+)
“Müxalifət parlamentdə cəmiyyətdə malik olduğu çəkiyə uyğun nisbətdə təmsil olunmur”
“Xarici mütəxəssislərin Azərbaycana cəlb olunması müəyyən korporativ maraqların üzərində qurulub”
“Fəlsəfə, tarixinin az qala yarısını dinə kənizlik edərək yaşayıb”
“Rusiya XIX əsrdən başlayaraq erməniləri ona görə müdafiə edirdi ki, həmişə arzusunda olduğu Şərqi Anadolunu ələ keçirsin”
“Yaradıcı şəxslər psixi xəstəliklərdən ən çox isteriya nevrozuna tutulurlar”
“Son 20 ildə Güney Azərbaycan 200 ildə keçdiyi yolu keçib”
“Cem Yılmaz səhnədə elə sözlər deyir ki, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?!”
“Azərbaycan seçicisi qarnının qurultusunu dinləyir”
“Maarifçilik termininin istifadə edilməsinə qarşıyam”
““Əli və Nino” elə bir qiymətli sərvətdir ki, onun üstündə əsmək lazımdır”
“Xaricdən xammalın müəyyən hissəsi gətirilirsə, qiymət 30 faiz artırıla bilməz”
Əvvəl-axır gözünü ağarda- ağarda baxan atam olacam
Nazim Məmmədov: “21 fevral qərarının iqtisadi əsası yoxdur”
“Türkiyə neftin qiymətinin enməsindən qazandı”
"Azərbaycan cəmiyyətində çoxları dinini pirlərdə, ziyarətgahlarda öyrənir"
Nejdət Ün: “Zaman və tarixin Türkiyəni haqlı çıxaracağını düşünürəm”
Rusiya və Cənubi Qafqaz: bugün və sabah
"Yaradıcılıq ehtirası sevgidən qat-qat böyükdü"
“Başbuğla Elçibəyin arasını vurdular”
“ADR siyasi partiya alternativlərindən biri ola bilər”
2015-ci il Azərbaycan üçün coşqu ili olacaq
Əvəz Zeynallı: "Artıq prezidentin əfv fərmanı belə ədalətsizliklərin qarşısını almaq mexanizminə çevrilib"
"Gücümüzü birləşdirməliyik, sevgimizin nəticəsini göstərməliyik"
“Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır”
“Koroğlu” körpüsünü düzgün tikməyiblər”
Dəmirhan Taşhan: “Ziyarət etmək istədiyimiz ilk ölkə Azərbaycandır” [VİDEO]
"Hökumətin açılım siyasətinin məqsədi Öcalanı azad etməkdir"
“Qarabağ problemi həll edilmədən münasibətlərimiz düzəlməyəcək”
Mustafa Destici: “PKK- nın Azərbaycanda qrupları var, amma...” [VİDEO]
“Türkiyə Krımın Rusiya tərəfindən işğalını qəbuledilməz sayır”
“Biz onlardan daha güclüyük”(VİDEO)
Hamı yaşamaq istəyir+VIDEO
Yaşamaq uğrunda mübarizə apara-apara vəhşiləşmişik
“Balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır”
Mehriban Əliyeva Ərciyəz Universitetinin fəxri doktoru adını alıb
Vəfa Quluzadə: “Rusiya Qarabağ məsələsində dirəniş göstərib maneçilik törədir”
Qiyom de Seyle:
“Azadlıq” qəzeti Anar Məmmədov məsələsində bizə arxadan zərbə vurdu+Video
Ümidini itirmədən mübarizəyə davam+Foto-Video
Qubad İbadoğlu: “İntellektual müstəvidə Azərbaycan hakimiyyətinə daha tez qalib gələ bilərik”
Həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib
Cavid Təvəkkül: “Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən”
Rusiya bu gün millətçilik psixozundadır
Mehman Əliyev: “QRANTLARIN 90 FAİZİ HÖKÜMƏTİN ÖZÜNƏ ÇATIR”
Hakimiyyətin mövqeyi güclüdürsə, bu həbslərə nə ehtiyac var?
“Bizdən hər şey gözləsinlər”
Başqan seçilsəm, ilk seçkilərdə iqtidara gələcəyik
Ərəstun Oruclu: “Rusiya Avropaya enerji sanksiyaları tətbiq etsə, bu, onun özü üçün fəlakət olacaq”
Haber Yazılımı