Xəbər haqqında
14 Noyabr 2017 - Çərşənbə axşamı 15:23 3340 nəfər oxuyub
 
Mehriban Əliyevanın yeni köməkçisi kimdir? - Bioqrafiya
GÜNDƏM Xəbəri
Mehriban Əliyevanın yeni köməkçisi kimdir? - Bioqrafiya

Bu gün Azərbaycanın vitse-prezidenti Mehriban Əliyevaya köməkçi təyin olunan Gündüz Kərimov BDU-nun Mülki Prosessual və Ticarət Hüquqları şöbəsinin dosentidir.

 

Xeber365.com bildirir ki, G. Kərimov 2002-ci ildə  Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyində çalışıb. O, 2011-2014-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində dekan müavini kimi çalışıb. 2013-cü ilin mart ayında Amerika Ticarət Palatasının (AmCham) Direktorlar şöbəsinin üzvü seçilib. Gündüz Kərimov 2015-ci ildə bu vəzifədən ayrılıb. 

 

 

Vitse-prezidentin yeni təyin olunan köməkçisi,  həmçinin “Baker McKenzie” şirkətinin Bakı ofisinin və Birləşmiş Ərəb Əmirliklərinin Əqli Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsində çalışıb. O, Mübahisələrin həlli, Əqli Mülkiyyət və Səhiyyə təcrübəsi qruplarının üzvüdür. Vitse-prezidentin köməkçisi Gündüz Kərimov hazırda Bakı Dövlət Universitetinin Mülki Prosessual və Ticarət Hüquqları şöbəsində dosentdir.

Gündüz Kərimov Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir. 

Evlidir, iki övladı var.

 

Mənbə: Müəllif:
Mehriban, Əliyevanın, yeni, köməkçisi, kimdir?, -, Bioqrafiya,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı