301 Moved Permanently

Moved Permanently

The document has moved here.

Xəbər haqqında
30 Dekabr 2020 - Çərşənbə 15:16 444 nəfər oxuyub
 
"Meyit alverçisi”ndən növbəti terror siqnalı
BAXIŞ Xəbəri

 

Hadrutdakı son erməni təxribatı cəmiyyəti narahat edən bir çox sualları yenidən gündəmə gətirdi. 

 

Atəşkəsdən sonrakı müddətdə işğaldan azad olunmuş Hadrut ərazisində ermənilərin ikinci təxribatı, 10 noyabrda bölgəyə gələn  Rusiya sülhməramlılarını Xankəndidə qarşılayan cinayətkar Araik Arutunyanın Ermənistan rəhbərliyindən daha öncə  Moskvaya baş tutan səfəri suallardandır. Bu səfərdən sonra Paşinyanın adamı kimi qəbul edilən Araikin Ermənistan hakimiyyəti ilə məsafə saxlamağa başlaması diqqətdən qaçmadı. Seçkilərdəki rəqibi, Paşinyanla düşmən, Koçaryanın yaxın adamı, Xocalı qatillərindən biri, “meyid alverçisi” kimi tanınan Vitali Balasanyanın qondarma qurumun “Təhlükəsizlik Şurasının katibi” təyin etməsi də bu sıradandır. Qarabağ klanının adioz fiqurlarından olan Balasanyanın yenidən əvvəlki vəzifəyə qaytarılması erməni ekspertlər tərəfindən “digər güc mərkəzləri ilə razılaşdırılan bu təyinatın, adi kadr dəyişikliyi deyil, Qarabağdakı siyasi vektorun dəyişikliyi və Ermənistanın təhlükəsizliyin qarantı rolundan, müşahidəçi roluna keçidi” kimi qiymətləndirildi. “Dəyişiklik”liyin nəticəsi özünü çox gözlətmədi. Balasanyanın Qarabağdakı erməni silahlı dəstələrinin yenidən təşkili bəyanatından sonra, dekabrın 11-14-də Ermənistanın Şirak vilayətindən gətirilən təxribatçıların Hadrut və Şuşa rayonu ərazisində əsgərlərimizə qarşı terror cəhdinin qarşısının alınaraq, əksəriyyətinin əsir götürülməsi Ermənistanda və Qarabağdakı xunta rejimində ciddi çaxnaşmaya səbəb oldu. 

 

İlk cəhdi uğursuz olan Balasanyan İrəvanda Ermənistan İTV-yə müsahibəsində ”Xalqımızı əmin etmək istəyirəm ki, sərhədlər dəqiqləşdiriləcək, Artsaxın (?) statusu müəyyən olunacaq. Əsgəran, Hadrut rayonları və digər əraziləri qaytaracağıq. Biz uduzmamışıq, diz çökməmişik” kimi bəyanatla növbəti terror aktlarının siqnalını verdi.  İrəvandan təlimatla qayıdan Balasanyanın Əsgərandakı çıxışında səsləndirdiyi “Təcili sərhəd mühafizə xidməti  yaradılmalı, orduya yazılıb, 7 günlük toplantıdan sonra  döyüş növbəsinə başlamaq lazımdır. Xidmətə görə maaş veriləcək, yaş məhdudiyyəti yoxdur” kimi yekəxana iddialar, Ermənistanda Rusiya ilə ölkənin  müstəqilliyini məhdudlaşdıran ittifaq dövləti qurmaq, Zəngəzurda ikinci hərbi bazasının yaradılması məsələlərinin müzakirə edildiyi zamanda  təsadüfdürmü? Bu terrorçunun İrəvanda Moskvadan qayıtmış Koçaryanla görüşdən sonra belə iddialarla çxış etməsi təsadüf sayılmamalıdır. Koçaryanın Moskvada Putinlə telefon danışığı, Ermənistanın hökumət təmsilçiləri (ən son Ermənistan DTX rəhbəri və Baş Qərargah rəisi) və siyasətçilərinin  Moskvaya ardıcıl səfərləri, orada Rusiya rəsmi şəxslərlə bərabər Abramyan tipli revanşist erməni diasporunun təmsilçiləri ilə görüşlər, Balasanyanın Qarabağda əvvəlki vəzifəsinə qaytarılmasından sonra Qarabağda gərginliyin artması və  terrorların baş verməsi eyni planın tərkib hissəsi sayıla bilər. Qarabağda daha çox hakimiyyət istəyən bu terrorçu daşnaklarla birlikdə bəyanat yayaraq, digər terrorçu Araiki “hökumətdə təmsilçiliklə bağlı vədini yerinə yetirməməkdə” ittiham edib. 

 

Koçaryanın təlimatı ilə Qarabağda hakimiyyəti ələ keçirmək üçün fəaliyyətə başlayan Balasanyanın bəyanatları və erməni silahlı dəstələrinin hələ də bölgədə qalması gərginliyin davam edəcəyini göstərir. 

 

10 noyabr anlaşmasının 4-cü bəndinə görə Rusiya sülhməramlıları erməni silahlı qüvvələrinin çıxmasına paralel olaraq təmas xəttində yerləşməlidir. Keçən zaman ərzində hələ ki, bu prosesi müşahidə etmirik. Ərazidəki sülhməramlılar isə əsasən təmir tikinti, ermənilərin geri qaytarılması, yeni il şənliyi hazırlamaq, məktəblərdə uşaqlarla görüşlər kimi humanitar məsələlərlə daha çox məşğul olurlar. Qeyd edilən işlərin əksərinin sülhməramlı missiyaya aidiyyəti yoxdur. Görünən o ki, Rusiya gərginliyin qalmasında maraqlıdır. Çünki, bölgədə yerləşəndən sonra  Sülhməramlı missiyanı yerinə yetirmək əvəzinə, hərbi baza qurub, uzun müddət qalmağı hədəfləyən Rusiya, təxribatların  törədilməsi və vəziyyətin gərginləşdirməsi ilə prosesə daha çox müdaxilə etmək istəyir. Ona görə Rusiyanın məsuliyyət zonasına aid olmayan ərazilərdə baş verən insidentlərə qarışmasına və orada yerləşməsinə yol verilməməlidir. Rusiyadan tələb Sülhməramlı missiyasına uyğun olaraq, üçtərəfli anlaşmadakı öhdəlikləri yerinə yetirməsi olmalıdır. Əsas öhdəlik isə erməni hərbi birləşmələrinin tərksilah edilərək münaqişə zonasından çıxarılmasıdır. Bu öhdəliklər yerinə yetirilməyib, Qarabağdakı terrorçuların himayədarı görüntüsü davam etdikcə, Azərbaycan cəmiyyətində Rusiyaya inamsızlıq artacaq. Rusiya anlamalıdır ki, bölgədə onun maraqlarını qəbul etdiyimiz kimi,  o da Azərbaycanın maraqlarına hörmətlə yanaşmalıdır. Hələlik bu davranışı müşahidə etmirik. Rusiya FŞ-nın sədri Matvienkonun Qarabağın statusu ilə bağlı fikirləri, MN Şoyqunun bölgədəki hərbçilərə yeni kazarmalar (təxminən 6 min nəfərlik) tikilməsi haqda həddi aşan bəyanatı  Azərbaycanın maraqlarını heçə saymaqdır. Zatulin tipli deputat və bir çox siyasətçilərin Azərbaycana düşmən mövqeyi, Rusiya KİV-lərinin “Tanınmamış Qarabağ Respublikası” terminini davamlı tirajlamaları, üçüncü Qarabağ savaşının qaçılmazlığı təbliğatının aparılması isə ayrı mövzudur. Ona görə ATƏT Minsk Qrupunun üzərinə  çox getməmək lazım. Nə zamansa Rusiyaya qarşı  onlarla balans yaradılmasına ehtiyac duyula bilər.  

Qarşıdakı dövrdə Azərbaycanın atacağı addımlar müəyyənləşməlidir. Fikrimizcə atılacaq    əsas addımlardan biri terrorçuların sərbəst şəkildə Qarabağa gəlməsinə imkan yaradan Laçın yolunun Ermənistanla sərhədində keçid məntəqəsinin yaradılıb, sərhədçilərimizin  orada dayanması olmalıdır. Laçınla sərhəddən  gələnlərə biz nəzarət etmədiyimiz müddətdə, təhlükəsizlik məsələləri tam həll edilmiş sayılmayacaq. Qarabağ ərazisinin dağlıq-meşəlik coğrafiyası, ermənilərin PKK ilə ənənəvi yaxınlığı, onların taktikasından istifadə edilməsi haqda fikirlər erməni cəmiyyətində və diasporda geniş təbliğ edilir.  Ona görə Laçın rayonunun sərhədlərinin nəzarət məsələsi həllini tapmasa qarşıdakı dövrlərdə daha çox terror hadisələrinə  şahid olacağıq. 

Azərbaycan dövlətinin ona qarşı qurulan planlara qarşı qətiyyətinin göstərmək baxımından, digər addım Qarabağdakı “Artsax müdafiə ordusu” (?) adlanan terrorçu təşkilatın Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş rəhbərlərini, ilk növbədə V.Balasanyan, A.Arutunyan, Arzumanyan, Karapetyan və beynəlxalq axtarışa verilən hərbi cinayətkarların xüsusi əməliyatlarla  həbsi və ya   zərərsizləşdirilməsi olmalıdır. Terror təşkilatlarının rəhbər kadrosonun ortadan qaldırlması onun zəifləyib dağılmasına səbəb olacaq.  Bu mənada yaxın zamanlarda Qarabağda “keçiriləcək seçkilərdə hakimiyyəti ələ keçirməyi” planlayan Vitali Balasanyana  “xüsusi diqqət” yetirilməlidir. 

 

Savaşda həlak olanların meyidlərini  axtaran erməni hərbçilərin nəzarətimizdəki ərazilərə buraxılmasına son verilməlidir. Bu adla gələn erməni kəşfiyatçıları ərazidəki mövqelərimiz və vəziyyət barədə lazımi məlumatlar toplayır, sonra isə hücumlar təşkil edirlər. Son terror hadisələri məhz bu məlumatlar əsasında baş verib.  

 

Rusiyanın əleyhimizə olacaq fəaliyyətləri və  dəstəklədiyi ermənilərin təxribatının qarşısının alınmasının yolu Azərbaycan cəmiyyətinin birliyi, ordumuzun döyüş əzmi ilə bərabər,  Türkiyə ilə hərbi müttəfiqlikdən çox asılıdır. Azərbaycan cəmiyyətinin əksəriyyəti ölkədə Türkiyənin hərbi bazalarının qurulmasına tərəfdardır. İki ölkə arasında imzalanacaq Hərbi müttəfiqlik sazişi əsasında Türkiyə Azərbaycanda rəsmi olaraq bazalarını qura bilər. Məsələyə münasibət bildirən siyasilər və ekspertlər tərəfindən  Tükiyə hərbi bazalarının qurulacağı yerlər kimi müxtəlif bölgələrin adı keçir. Fikrimizcə bu ərazilərdən biri  kimi Qubadlının üzərində düşünülə bilər.  Coğrafi mövqe və relyefi baxımdan Ermənistanın Zəngəzur (Sünik) bölgəsi, İran sərhədi, Zəngilan, Laçın və yuxarı Qarabağa qonşu olması Qubadlının önəmini artırır. Naxçıvandan sonra, 250 km uzaqlıqdakı  Qubadlı Türkiyəyə ən yaxın bölgələrdəndir. Nəzərə alınmalıdır ki, hərəkət və logistika baxımından əlverişli mövqeyinə görə sovet hakimiyyəti zamanı Qubadlının Xanlıq kəndində hərbi baza mövcud olub. Digər tərəfdən Zəngəzurda Rusiya hərbi bazasının yaradılması haqqında Ermənistanda səslənən çağırışlar da bunu şərtləndirən amillərdən biridir. Sabitləşdirici faktor olan Türkiyənin bölgədə hərbi mövcudluğunun reallaşması, işğalçı niyyətlərinin durdurulması, sabitliyin bərqərar olması və təxribatların qarşısının anında  alınmasına imkanları artacaq. 

 

Oqtay Qasımov 

politoloq

Mənbə: Müəllif:
"Meyit, alverçisi”ndən, növbəti, terror, siqnalı,
Xəbərin videosu
Şərhlər
Digər xəbərlər
Anar Əsədli: “Rusiya burada sahib deyil, tərəfdir”
Politoloq: Zəngəzur dəhlizində Rusiyanın da marağı var
Oqtay Qasımov:"Balasanyanın həbsi prinsip məsələsi olmalıdır!"
Anar Əsədli: "Zəfəri siyasi həyatımıza inersiya edək"
Səngər qazıntısından rahatsız olanlara
Dövlətə inam əsasdır!
Abutalıbın ümidinə qalan Rusiya
Nail Çelebi: ‘‘Kafkasya’da güçlenen Azerbaycan ve dengeleyici güç Türkiye var’’
Bəhrəm İsmayılov: “Sülhməramlıların fəaliyyət və səlahiyyətlərinin sərhədlərini biz müəyyənləşdirməliyik"
"44 günlük Vətən savaşının qürurlu anları" - "Səsimizi dünyaya çatdırdıq"
AY Partiyası başqanından Türkiyə-Azərbaycan əməkdaşlığına dair yeni təkliflər
Saatın əqrəbləri xeyrimizə işləyir
Anar Əsədli: “Sizi xristian təəssübkeşliyiniz çökdürəcək”
Anar Əsədli: “İnterpol axtarışda olan Araiki niyə Moskvada həbs etmədi?”
Qarabağın taleyi
Anar Əsədli: "Muxtariyyət söhbətlərinin müzakirəsi zərərlidir"
E.Mirzəyev: "İlham Əliyev milli liderə çevrilib"
Anar Əsədli: “Danışıqlardan ciddi heç nə gözləmirəm”
Bizə sülh(məramlılar) lazımdırmı?
"Biz heç vaxt torpaqlarımızdan vaz keçməyəcəyik"
Türkiyəli ekspertlər: Beynəlxalq qurumlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına qanunsuz yerləşdirməsini şiddətlə qınamalıdır
Azərbaycanlılar öz xalqı və dövləti üçün nə vaxt yaşamağa başlayacaq?
Sıradan çıxan əyləc
Ramiz Mehdiyev tək günahkardırmı?
Hacıbala Abutalıbov Ramiz Mehdiyevi xəyanətdə suçladı
15 sutkalıq bumeranqlar
Dərslər necə keçirilməlidir?
Tramp Ərdoğanı, Putini, Tzinpini və Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırıb
Növbədənkənar prezident seçkisinə nədən ehtiyac yarandı? - EKSPERT
Rəsulzadənin Çağdaş Azərbaycan Tarixi əsərinin təhlili
Rəsulzadə həyatla vidalaşdı, amma inam onu tərk etmədi - Elçin Əfəndiyev
Dilimiz təkcə Azərbaycan Respublikasının yox, 50 milyonluq Azərbaycan xalqının milli dilidir - Arif Rəhimoğlu
Afrinin əhəmiyyəti nədən ibarətdir?
20 Yanvar - Türkün dirilişidir!
Tofiq Zülfüqarov: Rusiya seçim etməlidir, ya Azərbaycan, ya da Ermənistan
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Rusiya o qədər irəliyə gedib ki...
İranda ərəb baharı?
Manatın devalvasiyası kimə sərf edir? - ŞƏRH
Kimsə iki dövlət qurumunu üz-üzə qoymaq istəyir - Ekologiya və Təbii Sərvətlər Nazirliyi
FHN alpinistlərin axtarışını tamamilə öz nəzarətinə alsın - Təklif
O taylı-bu taylı millətin birləşmək istəyinin nişanı - Həmrəylik Günü
Hər ilin öz oyun qaydaları var – Bəs it ilinin qaydaları?
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
İndi hansı bank bağlanacaq?
Ərəb ölkələri Türkiyəyə qarşı birləşərsə, regionu nə gözləyir? - ŞƏRH
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
Nazirlər Kabinetinin son qərarı benzinin qiymətini artıracaqmı?
“ƏMƏK” ordenlərinin görünməyən qəhrəmanları
Saytların daldan atdığı daş - Bu, medianın özünə vurduğu zərbə deyilmi?
Dünya Bankının qərarı Azərbaycandakı layihələrinə mənfi təsir göstərməyəcək- ŞƏRH
Doğrudanmı, ən pis azərbaycanlı Əkrəm Əylislidir? - Fazil Mustafa
Yazdığım statusun Müsavata heç bir dəxli yoxdur - Alya Yaqublu
Rusiya Ermənistana Naxçıvandan zərbə vura bilər - Ermənilər narahatlıq içində
Manat FED-in qərarından sığortalana bilməyəcək
İkitaylı Azərbaycanın bütövlüyü üçün ən böyük şans o gün yaranmışdı – 21 Azər
Azərbaycan Qüds məsələsində kimin yanında dayanmalıdır?
Heydər Əliyev ömrünü Türkiyə sevdalısı olaraq keçirmiş liderdir
Tehrandan Xankəndinə yol gedirmi?
Yaxın Şərq ölkələri hədəfdə - Amma əvvəlcə İran...
Bu günə toxunmaq ədəbsizliyinə kimsədə cürət olardımı? - Üzeyir Hacıbəylinin məqaləsi
Nazir təyinatı: Hökumətdaxili yerdəyişmə, yoxsa seçkiyə hazırlıq?
Özünü damdan atmaq da olar, yandırmaq da... Hikmət Hacızadə
Kamal Abdulla, Məleykə Abbaszadə, Hamlet İsaxanlı... - Yeni təhsil naziri kim olsun?
Türk generallarının Bakıya səfərləri nə ilə bağlıdır? - ŞƏRH
Saakaşvili taleyi ilə barışmalıdır - ŞƏRH
Gürcüstana gedən xəstələr ağır fəsadlarla qayıdır - ŞƏRH
Avropa xilafəti: müsəlmanların sayı 3 dəfə artacaq
Zərrabın etirafları Türkiyə-ABŞ münasibətlərini hara aparır? - ŞƏRH
Dövlətlər bitkoindən niyə qorxur? - SƏBƏB
Qarabağda karyerası sona qədər uğurlu olan varmı?
Bu nazirliklər öhdəlikləri yerinə yetirə bilmədi - EKSPERT
Ermənistan Rusiyanın təsir dairəsindən çıxmayacaq - Sazişin Detalları
Əflatun Amaşovun təklifinə reaksiya: Hərə yorğanı öz üstünə çəkəcək
Maliyyə naziri və baş bankir büdcə prosesinə təsir etmək gücündə deyil - ŞƏRH
Türkiyəni müstəmləkəçi ölkəyə çevirmək istəyirlər - AÇIQLAMA
Lavrovunku söz oyunu idi: Həsən keçəl, ya keçəl Həsən...
Qarabağda ermənilərin gözlədiyi Qızıl Ordunun ayaq səsləri
Prezidentin bu barədə sərəncamı olsa da, Milli Məclisin hələ də qərarı yoxdur
Çökdürülmüş ekspert institutunun səviyyəsi medianın səviyyəsindən yuxarıdır - Rövşən Ağayev
ABŞ Rusiyanı necə zərərsizləşdirəcəyini açıqladı
İnsanlarımız niyə ələ baxmalıdır ki? - Sosial yardım tamamilə dayandırılmayacaq
Azərbaycanda milyonlarla insanın həyatını dəyişdirən sistem - 25 illik miras
"Azpetrol"un proqnozu təəccüb doğurur - Yanacaq bahalaşmalıdırmı?
Siyasi partiyaların büdcəsi niyə artırılmalıdır? - MÜZAKİRƏ
Tikintiylə bağlı bizə çox müraciət olunub, ancaq... - Metropolitendən açıqlama
Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rolunu necə yüksəltməli?-ŞƏRH
Divarlardan Moskva əleyhinə döyüş cəbhəsi yaradılacağına şübhəniz olmasın - Zahid Oruc
Mətbuat Şurasının xəbərdarlığı və Eynulla Fətullayevin Lotu Quliylə fotosu
Bu, niyə Bakıda alınır Yerevanda yox? - TƏHLİL
Onları Azərbaycan bayrağı deyil, Sovet nostalgiyası riqqətə gətirir... - SORĞU
Qarsa gedən "sülh və müharibə qatarı" - TƏHLİL
2 milyardlıq Bakı-Tbilisi-Qars layihəsi hələ ki, xərclərini ödəyə bilməyəcək - SƏBƏB
Tehran görüşü Azərbaycanı hara aparır: İran, Rusiya, yoxsa Avropaya?
İlham Əliyevin Tehrana getməsi Avropadan üz döndərməsi demək deyil
Qarabağın azad edilməsində ən ciddi maneə budur - Qubad İbadoğlu
Neftin qiyməti düşərsə, manatı qorumaq olmayacaq - Açıqlama
Çovdarovun cəzası cinayətinə uyğun deyil - Cəmiyyətdə narazılıq
Bu layihə neft gəlirlərini əvəz edəcəkmi?-ŞƏRH
Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılır: Azərbaycan bundan necə faydalanacaq?
Zahid Oruc: "Madrid yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyini qoruya bilməyəcək"
Delta Telekomun vətəndaşları internetsiz qoyması yolverilməzdir – Osman Gündüz
Türkiyənin dəmir ledisi Meral Akşener – BİOQRAFİYASI + FOTOLAR
Tofiq Zülfüqarov: “Niyə həmsədrlər açıq-aşkar görmürlər?”
Ermənistan 93-cü ilin Azərbaycanına çox oxşayır - Zahid Oruc
Rusiya ilə Azərbaycan hansısa məxfi danışıq aparıb razılığa gəlsə... - Hikmət Hacızadə
Qubad İbadoğlu: “DYP-nin topladığı cərimələr dövlət büdcəsinə daxil olmur”
Nazirlik rəhbərliyinin erməni saytlarının yazdığından xəbəri oldumu? - Sabir Rüstəmxanlı
Ünüvar: “CHP-li millət vəkillərinin Azərbaycanın əleyhinə səs verməzi üzücüdür”
Buna deyərlər, Allahın evlərini döyüşdürmək - Zahid Oruc
Azərbaycan regional enerji mərkəzinə çevrilir - Yeni plan
Kredit borcları qırmızı xətti keçdi: nəticəsi nə olacaq?
Müstəqilliyin əleyhinə səs verim deyə mənə də təzyiq olunmuşdu - Millət vəkili
Fazil Mustafa: Türkmənlərin əsas düşməni İraq hökumətidir
İsa Yaşar Tezel - KƏRKÜK
Əliyev və Sarkisyan görüşündə hansı razılıq əldə olunub? - Açıqlama
Əliyev-Sarkisyan görüşü: sonra nə olacaq?
Azərbaycan hücuma keçə və bu mövqeləri qaytara bilər – Qışda müharibə planı
Azərbaycan və Rusiyanın yeni sətirdən - qardaşlıqdan başlaması hər iki dövlətin xeyrinədir- Zahid Oruc
Dünya Kataloniyaya göstərdiyi münasibəti Qarabağa niyə göstərmir?
Belə getsə, Azərbaycan böhrandan çıxa bilməyəcək - Qubad İbadoğlu
Emmanuel Makron iranlı həmkarını dəstəklədi
Azərbaycan yenə iki od arasında - Moskvayla Tehran iş başındadır
Ərdoğan: “ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır”
Azərbaycan Avropa Şurasından çıxa bilərmi? - ŞƏRH
Nə üçün Tramp Azərbaycanla daha sıx əməkdaşlıq etməlidir?
Dərslik məsələsində tarixçilərimiz belə söyüşdən o tərəfə keçmədilər – Qafar Çaxmaqlı
Bütün dünya niyə rus S-400-ünü almaq üçün növbəyə durub? - Sirri açıldı
Dərsliyin müəllifini vətən xaini adlandırmaq düzgün deyil – Aqil Abbas
Kürdlər və katalonlar çox hiyləgər gediş etdi- Elxan Şahinoğlu
Türkiyə-ABŞ qarşıdurmasının təsiri ciddi şəkildə olunacaq - Qubad İbadoğlu
Nizami haqda həqiqəti yazıblar, siz nədən küsmüsünüz? - Fazil Mustafa
Azərbaycan torpaqlarını qaytarmaq üçün kiminlə savaşacaq: Ermənistan, yoxsa Rusiyayla?
Rusiya Xəzərdə qəfil hərbi təlimlərə başladı - Həyəcan siqnalı
Tarix dərsliyindəki xəritə skandalı ciddi araşdırılmalıdır – Qubad İbadoğlu
Millət vəkili NATO-da Ermənistanın işğalçı siyasətindən danışdı
ABŞ Sudan üzərindən iqtisadi sanksiyaları qaldıracaq
Mətbuat Şurası mitinqdə monitorinq apardı - jurnalistləri qınadı
Vəziyyətin mürəkkəbliyini heç kəs dana bilməz - Zahid Oruc
İlham Əliyevdən anons: Avropa İttifaqı ilə yeni bir səhifənin açılışını edəcəyik
Ermənilər Cəbrayılda kilsə açdı - Rəsmi Bakıdan etiraz
İlham Əliyevdən Avropaya mesaj: Bununla həyatımızda heç nə dəyişməyəcək
Putin Qarabağla bağlı çağırış etdi - Ermənistana ciddi mesaj
Bu hotellərə görə Azərbaycan ilk 5-liyə düşdü - Lider isə İsraildir
İraqda yaşananlar neftin qiymətini oynadır - Bəs sonra nə olacaq?
“Kərkükə siyasi və iqtisadi yardımlar etməliyik” – Qənirə Paşayeva
Qarabağa qanunsuz gedən türkdən özəl açıqlama: Onlar ermənilərlə nə danışıblar?
Azərbaycandakı Kürdüstan aşiqləri – onlar nə dərəcədə təhlükəlidir?
"Onların Avropa siyasətinə təsiri olmayacaq" - Merkel
Azərbaycan üçün hazırlanmış tor – Ermənistanın gizli planı
Azərbaycan hökuməti Kərkük məsələsiylə bağlı bəyanat verməlidir - Açıqlama
Azərbaycanda PKK-nı təbliğ edən qəzet fəaliyyət göstərir - İDDİA
“Bu qərar BMT-də təsdiqlənib, dəyişmək olmaz” - LAVROV
Onlar Putinin yox, İlham Əliyevin sözüylə hərəkət edirdilər - Açıqlama
Bakıda erməni kəşfiyyatına işlədiyimi etiraf etməyimi istəyirdilər
Rusiya bu yolla Azərbaycan hakimiyyətindəki tərəfdarlarına dəstək verir - Açıqlama
Azərbaycan hökuməti:Nalbandyanın təklifini qəbul etmirik - ÖZƏL
Bəxtəvər Dədə Ədalətin başına!
Qəbul imtahanlarında minimum bal 280 olmalıdır
Kürdlərin layihəsi İslam dünyasının parçalanmasına xidmət edir - AÇIQLAMA
"Surinamın Azərbaycanda maraqları var" - NAZİR
İŞİD-ə qoşulan azərbaycanlının şikayətini təmin etmədi
Həbsxanada uşaq dünyaya gətirən ana barəsində məhkəmə qərar verdi
Türkiyəli millət vəkili Nəcdət Ünüvardan Bakıya təbrik
Tofiq Zülfüqarov: 7 rayonumuzu qoyub, qapalı kafedən danışırsınız...
"Əsrin müqaviləsi"nin şərtləri niyə dəyişdirildi?
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Sükanı belə saxlayın, cənab Prezident! - Tofiq Zülfüqarov
Lütfi Zadənin ölümü ilə bağlı xəbəri hələ dəqiqləşdirməmişəm - Vəkil
Bakı-Tbilisi-Qars dəmiryolunu gecikdirən Rusiya oldu - Ancaq maneələr dəf edildi
Azərbaycan KİV-ləri Qərbin Rusiya haqda bu cür materiallarını dərc eləmir, Rusiya isə...
26 restoranının sahibindən Dilavər Əzimliyə etiraz: Onda 26 saylı məktəbi də bağlayaq
OCCRP-nin mənbəsiz araşdırması - Nə dərəcədə əsaslı sayıla bilər?
Ermənistanın NATO təlimlərindən imtinasında Rusiya və Azərbaycan izi - Açıqlama
Türkiyə və Almaniya nəyi bölə bilmir? - TƏHLİL
Test üsulunun taleyi insanımızın, gələcəyimizin taleyidir - Mehriban Vəzir yazır
Erməni lobbisi Rusiyaya qarşı yenə “döyüş yolu”nu seçdi
Səninçün yenə yanağımdan süzüləcək iki damla yaş tapılar...- Elnur Astanbəyli
Qorbaçovun Əliyevə etdikləri alçaqlıq idi
Seçki sandığı məzarınıza çevriləcək - Əməkdar müəllim
Rusiya və ABŞ əməkdaşlığı qurulacaqmı? - PROQNOZ
3 milyon manatlıq avtomobil kolleksiyası - Cinayətə aparan yol
Sabiq Ermənistan prezidentindən tarixi bəyanat: İşğal etdiyimiz torpaqları qaytarmalıyıq
Ermənistanı daha nədə üstələyə bilərik? - Hüseynbala Səlimov yazır
Hər şey torpaq olacaq bir gün... - Ömər Xəyyam
İki erməni liderinin etirafları: Ona görə qırğınlar törətdik ki...
Banklarda böhranın ikinci fazası başlaya bilər?
Manat niyə möhkəmlənib? - 8 AMİL
Tibbi arayış satışından 3-5 milyon manat əldə edilir - Bu pullar hara gedir?
Allahın özü də erməni və qarabağlıdır - Zori Balayan
Dürüst və namuslu qalmaq - Rüşvəti yox etməyin yolu
Ermənilərin “Böyük Ermənistan” yaratmaq planları necə pozuldu?
Öz-özünüzü xoşbəxt edə biləcəyiniz 6 üsul
“Ermənistan bayrağı altında Azərbaycan mahnısı səslənəndə təəccüblənməyin”
Ermənilərə təklif: 24 apreli soyqırımı yox, bayram günü kimi qeyd edin
Şevarnadze göstəriş veribmiş ki, İlham Əliyevi institutdan çıxarsınlar - Teleaparıcı
İSLAMOFOBİYA: Avropa Birliyinin yeni meyarı – TƏHLİL
Trampı devirmək istəyən gizli xidmətlər var - TƏHLİL
ƏRDOĞAN "MİLLƏT" DEYƏNDƏ NƏYİ NƏZƏRDƏ TUTUR?
Ermənistanda seçkilər: onlar Qarabağı itirmək üzrədirlər?
Ruslar yenə də arzularına çatdılar – TƏHLİL
Qarabağı azad etmək üçüb tarixi fürsət yetişib? – TƏHLİL
Xanlar Vəliyevin diqqətinə: Yuri Zarviqorovu niyə həbs etmirsiniz?
Azərbaycan 25 ildir, nəyi gözləyir? - TƏHLİL
Trampın arxasında İsrail lobbisi dayanıb – TƏHLİL
AKP-nin arqumentləri ancaq siyasi spekulyasiyadır – TƏHLİL
Nazarbayev yolun sonuna gəlib, yoxsa?
Azərbaycan ABŞ-ın xətrinə İrana qarşı çıxacaqmı? – TƏHLİL
Əvvəlcə Receb İvedik və lotu qulilər, sonra təhsil və elm
İSTƏMƏSƏLƏR BELƏ, VİTSE–PREZİDENTLİK OLACAQ...
2017-ci il belə gəlib beləmi gedəcək? – İqtisadi təhlil
SEÇKİYLƏ BAĞLI SON AKKORDLAR...
Qərb üçün demokratiya Qərb üçündür
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
Bu il dünya da yerindən oynadı, Azərbaycan da... – SİYASİ HESABAT
2016-cı ilin uğurlu filmi: “Pərdə”?
Bob Dilan İsveç Akademiyasını barmağına doladı, bəs Salam Sarvanla Şəhriyar del Gerani?
2016-cı il: mediamızda kim uduzdu, kim uddu?
2016-cı il hansı ölkələr terrorun qurbanına çevrildi? – STATİSTİKA
Üçüncü devalvasiya artıq başlayıb...
Dünyada muxtariyyat modeli qalmayıb
Mediada qeyri-peşəkarlıq. Səbəbkarlar kimdir?
KQB, “Qadın öpüşü” və “bolqar çətiri”
4 milyard alınacaq ya alınmayacaq?
"Ölkə dağıdıcı tufan ərəfəsində"
Səudiyyə Ərəbistanı, yoxsa İran
Mişel Uelbek: Avropanın islamlaşmasında günahkar kimdir?
Rusiyanın Türkiyə ilə savaşmamalı olduğunun səkkiz səbəbi
Gizli xidmət şefinin sonu: qəfil və gözlənilmədən
Prezident hökuməti fövqəladə rejimə keçirir
Haber Yazılımı