The document has moved here.
|
||
Milli Məclis Əfqanıstanda yeni səfirliyin açılmasını təsdiqlədi | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında (Kabil şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.
"Xəbər365" xəbər verir ki, layihəni parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib.
Komitə sədri bildirib ki, bu qanun layihəsi həddindən artıq vacib və strateji əhəmiyyət kəsb edir: “Belə bir səfirliyin açılması Azərbaycanın maraqlarına tam uyğundur”. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. |
||
|
||
Milli, Məclis, Əfqanıstanda, yeni, səfirliyin, açılmasını, təsdiqlədi, |
|