The document has moved here.
|
||
Milli Qurtuluş Partiyası YAP-a qoşulmağa qərar verib | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Bu gün Milli Qurtuluş Partiyasının (MQP) V qurultayı keçirilib. Partiyadan bildirilib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub.
Qurultayda partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə salınıb.
Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər. |
||
|
||
Milli, Qurtuluş, Partiyası, YAP-a, qoşulmağa, qərar, verib, |
|