The document has moved here.
|
||
Millimiz səfərdə Yunanıstanı məğlub etdi | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Futzal üzrə Azərbaycan millisi AVR0-2022-nin seçmə mərhələsində ikinci oyununu keçirib.
"Xəbər365"in məlumatına görə, 3-cü qrupda yer alan Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv səfərdə Yunanıstanla qarşılaşıb. Afinadakı Daiss İdman Sarayında oynanılmış qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:0.
İlk iki qol 2-ci dəqiqədə vurulub. Əvvəlcə Vassura, daha sonra Eduardo Borges fərqlənib. Oyunda son nöqtəni isə 26-cı dəqiqədə Ramiz Çovdarov vurub. Bu nəticədən sonra Azərbaycan yığması 6 xalla qrupa başçılıq edir. Hələ xalı olmayan Yunanıstan isə sonuncudur. Avropa çempionatı Seçmə mərhələ, 3-cü qrup 20:00. Yunanıstan - Azərbaycan - 0:3 Qollar: Vassura, 2, Eduardo Borges, 2. Ramiz Çovdarov, 26 Hakimlər: İbrahim El Jilali, Lars Van Leeuven (Niderland) Afina, Daiss İdman Sarayı.
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda evdə Slovakiyanı 4:1 hesabı ilə məğlub edib. Yunanıstan isə səfərdə Moldovaya uduzub - 1:3. Martın 4-də Azərbaycan Moldovanı, Slovakiya Yunanıstanı qəbul edəcək. |
||
|
||
Millimiz, səfərdə, Yunanıstanı, məğlub, etdi, |
|