The document has moved here.
|
||
Minatəmizləmə Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb | ||
- Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb.
"Xəbər365"in məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nizamnaməsində” əksini tapıb.
Bildirilib ki, Agentliyin fəaliyyət istiqaməti müvafiq sahənin inkişafını təmin etmək; müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək; müvafiq sahədə aidiyyəti dövlət orqanları və qurumları ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; müvafiq sahədə təhlil və proqnozlaşdırma işlərini təşkil etmək; Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış ərazilərin minalardan və partlamamış hərbi sursatdan (kimyəvi silah istisna olmaqla) təmizlənməsini həyata keçirmək; müvafiq sahədə fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirməkdən ibarətdir. |
||
|
||
Minatəmizləmə, Agentliyinin, fəaliyyət, istiqamətləri, açıqlanıb, |
|