Xəbər haqqında
27 Dekabr 2017 - Çərşənbə 10:11 4042 nəfər oxuyub
 
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?
BAXIŞ Xəbəri
Minimum əmək haqqı - Bir saatı 81 qəpiyə işləyəcəyik?

Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir.

 

Xeber365.com bildirir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu ötən gün imzalanan minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamı şərh edərkən deyib:

 

“2018-ci il üçün minimum əmək haqqı Azərbaycanda 64, Qazaxıstanda 72 avro, Ermənistanda 96, Rusiyada 139, Türkmənistanda 156 avro təşkil edəcək.

 

2018-ci il üçün işləyənlər üçün əməyin ödənilməsinin minimum aylıq məbləği 130 manat və ya 76 dollar, yaxud da 64 avro təşkil edəcək. Bu barədə Azərbaycan Respublikasının prezidenti fərman imzalayıb. Fərmanın şərhindən əvvəl, minimum əmək haqqının funksiyasına izah vermək istərdim. Minimum əmək haqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ həmçinin işləyənləri aşağı əmək haqqı ödənişindən qorumaq üçün tətbiq edilir. Bu normativ adətən işləyənin fizioloji tələbatlarının minimum səviyyəsini qarşılayacaq qədərində müəyyənləşdirilir. Minimum əmək haqqının yüksək olması dövlətin sosial öhdəliklərini azaldır. Çünki əməyin ödənilməsinin minimum səviyyəsi mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlərə şamil olunur. Minimum əmək haqqı həm də məşğulluq göstəricisinin tənzimlənməsində istifadə edilən əsas iqtisadi alətlərdən sayılır. 

 

Azərbaycanda minimum əmək haqqının yuxarıda sadalanan funksiyaların hamısı olmasa da bəzilərini müşahidə etmək mümkündür. Minimum əmək haqqının funksiyalarının hamısına malik olması onun məbləğindən asılıdır. Hazırda Azərbaycanda mövcud qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təsdiq edilib. Bu o deməkdir ki, aylıq iş saatlarının norması 160 saatdır. Bu hesabla da minimum əmək haqqının 1 saatlıq norması manatla 81 qəpik, dollarla 47,5 sent, avro ilə 40 sent təşkil edir. Müqayisə üçün qeyd edim ki, 1 saatlıq minimum əmək haqqı norması Avstraliyada 15,61 dollar, Lüksemburqda 14,31 dollar, Fransada 12,52 dollar, Belçikada 11,91 dollar, İrlandiyada 11,48, Yeni Zelandiyada 11,23 dollar, Hollandiyada 11,22 dollar, ABŞ-da 10,10 dollar, Kanadada 9,85 dollar, Türkiyədə 5,46 dollar, Əlcəzairdə 2,84 dollar, Hondurasda 1,94 dollar, Çadda 1,68 dollar, Rusiyada 1,06 dollardır. Bu həm də o deməkdir ki, Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir.

 

Azərbaycanla bərabər start vəziyyətində bazar iqtisadiyyatına keçid dövrünə başlayan və hazırda Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda isə minimum əmək haqqı 235-470 avro arasında dəyişir. Azərbaycanda minuimum əmək haqqı 64 avro olduğu halda Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur. 

 

Son məlumatlara görə, Avropada ən yüksək minimum əmək haqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro), Almaniyadadır (1498 avro). Göründüyü kimi Azərbaycanda minimum əmək haqqı Lüksemburqdan 30 dəfə, İrlandiyada, Hollandiyada, Belçikada və Almaniyadan isə 25 dəfəyədək azdır.

 

Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının 24,7 faizinin təşkil edir. Halbuki, Avropa Birliyinə əksər ölkələrində bu nisbət 40 faizdən yuxarıdır. Hətta, Portuqaliyada bu nisbət 64 faiz, Fransa və Sloveniyada isə 62 faizdir.

 

Avropa Birliyinə daxil olan ölkələrdən Avstriyada, Danimarkada, İtaliyada, Finlandiyada, İsveçdə və Kiprdə əmək haqqının minimum səviyyəsi müəyyənləşdirilmir.

 

Azərbaycanın Avropa ilə müqayisəsinə rişxənd edənlərə demək istərdim ki, neftlə zəngin olan keçmiş sovet respublikalarından - Azərbaycanda 2018-ci il üçün minimum əmək haqqı 64 avro, Qazaxıstanda 72 avro, Rusiyada 139 avro, Türkmənistanda 156 avro təşkil edəcək.

 

Heç bir resursa malik olmayan Ermənistanda minimum əmək haqqı 96,4 avrodur. Gürcüstanda minimum əmək haqqı norması müəyyənləşdirilmədiyinə görə, orta aylıq əmək haqqı göstəricisini müqayisə etmək istərdim. Belə ki, resurslarla kasıb Gürcüstanda orta aylıq əmək haqqı 350 avro, resurslarla zəngin Azərbaycanda isə müvafiq göstərici 262 dollar təşkil edir".

 

Mənbə: Müəllif:
Minimum, əmək, haqqı, -, Bir, saatı, 81, qəpiyə, işləyəcəyik?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı